Ermənistanın Qoris şəhərində bloger Mikael Badalyan yoxa çıxıb. Elchi.az xəbər verir ki, bu barədə “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov özünün “Teleqram” kanalında məlumat verib.
“İrəvandakı yaxşı dostlarımdan mənə indicə məlumat verdilər ki, rusiyayönlü bloqer və fəal Mika Badalyan Qorisdəki otelin yaxınlığında maskalı naməlum şəxslər tərəfindən qaçırılıb”, – Primakov bildirib.
Primakov Badalyanın yoxa çıxmasının onun Sputnik radiosunun efirində iştirakı ilə bağlı ola biləcəyindən narahatlığını ifadə edib, o, Ermənistan hökumətinə qarşı tənqidi mühakimələrini bildirib, onu anti-Rusiya siyasətində ittiham edib.
“Mən gözləyirəm ki, Ermənistan Respublikasının səlahiyyətli orqanları vəziyyəti dərhal yoluna qoyacaq və Mikayel Badalyanın taleyi və təhlükəsizliyi ilə bağlı ictimaiyyətə hərtərəfli və şəffaf cavab verəcək”, – deyə siyasətçi yekunlaşdırıb.
Qeyd edək ki, Badalyan 2020-2021-ci illərdə Ermənistanda keçirilən etiraz aksiyalarında iştirak etmiş “Azatağrum” erməni hərəkatına rəhbərlik edir.
Havar Şəfiyeva