“Sabah qondarma rejim Xankəndidə “mitinq” olacağını bildirir. Səbəb isə Xankəndinin “müstəqillik” gününü qeyd etmək göstərilir. Hətta mitinqə İrəvandan da “qonaqlar” gələcək. Özü də “Mənim Addımım” partiyasından da gələn olacağını bildirirlər”.
Elchi.az-ın məlumatına görə, bu barədə siyasi şərhçi Rusif Məmmədsoy Feysbuk hesabında bildirib.
“Deməli burdan belə bir nəticəyə gəlmək olar ki, bunlarla ancaq və ancaq güc dilində danışmaq lazımdır. Bəli, biz bundan sonrakı işlərimizi savaşsız görməyi planlaşdırırıq, lakin qarşı tərəf ( Rusiya, Ermənistan. Separatçılar tərəf ola bilməz) bizim bu addımlarımıza adekvat cavab vermək istəmirlər. Brüssel görüşü hələ dünən bitib. Rusiya bununla Azərbaycana təsir də etmək istəyə bilər. Hansı ki, Brüsseldə görüş keçirilərkən Mariya Zaxarova Avropaya yönəlik bəzi açıqlamalarla yadda qaldı. Həmin açıqlamada ümumi olaraq bildirir ki, vasitəçiliyi özümüz həyata keçiririk və.s. Yəni bu görüşləri Kreml qısqanclıqla qarşılayır. Ancaq bizim üçün bunun elə bir əhəmiyyəti olmamalıdır. Rusiya və ya Qərb, bizim üçün vacib olan yekun sülh sazişinin tez bir zamanda imzalanmasıdır. Bir qədər də konkretləşdirsək, əgər sabah həqiqətən də qondarma rejimin dediyi ssenari gerçəkləşərsə Xan Kəndinə enməli və gələn “qonaqları” da separatçılardan ayırmamalıdır. Alternativ yoxdur!”.
Yeganə