Ermənilər Türkiyədən monastırın qaytarmasını tələb edir
Apostol kilsəsi vəkilləri Konstitusiya Məhkəməsinə müraciət edərək Adanadakı “Kilikya Müqəddəs Makamı”na aid monastırın qaytarmasını istəyir. Erməni diasporu yeni bir hüquq mübarizəsi başladıb. ABŞ-ın “New York Times” qəzetinin xəbərinə görə, Erməni Apostol kilsəsinin iki müqəddəs mövqeyindən biri olan Kilikya Katolikosluğu Konstitusiya Məhkəməsinə müraciət edib.
Müraciətdə Adananın Kozan mahalındakı Kilikya Monastırının mülkiyyətinin qaytarılması tələb edilib. Tarixi miladdan əvvəl üçüncü əsrə söykənən Kilikya Katolikosluğunun mərkəzi 1930-ci ilə qədər Adananın Kozan ilçəsi idi. Katolikosluq 1930-cu ildən etibarən Livanın Antelias şəhərinə köçürülüb. Şikayətlərin mövzusu monastıra isə 1915-ci ildə əl qoyulmuşdu.
Erməni tarixində əhəmiyyətli bir yer tutan Kilikya Krallığının tarixi torpaqlarındakı dini mülkləri geri almaq erməni cəmiyyəti və kilsəsi üçün maliyyə baxımdan olduğu qədər simvolik əhəmiyyət də daşıyır.
Şikayəti hazırlayan hüquqşünas qrupun başında Hollandiyanın Lahey şəhərindəki Beynəlxalq Cəza Məhkəməsinin köhnə savcılarından Payam Akhavan yer alır. Haaqa Köhnə Yuqoslaviya Beynəlxalq Cinayət Məhkəməsi Savcılığına məsləhətləşməni davam etdirən Akhavan şikayətində bildirib ki, erməni kilsəsinin 100 il əvvəl əl qoyulan mülklərin qaytarılmasını istəyirlər.
Həmin şikayətin erməni cəmiyyəti və Ermənistanın 1915-ci ildəki qondarma “soyqırımı” anmasından bir neçə gün sonra gerçəkləşməsi diqqət çəkir.