"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MÖVQE

Ermənistan təslim olmağa hazırlaşır? Petrosyanın bəyanatı, Paşinyanın rəftarı

28 Sentyabr 2022 - 21:40
in MÖVQE
FacebookVatsap

“Son iki ildə ciddi fərq nədir, bilirsiniz? Qarabağla bağlı bəyanatları həmişə Bakıdan, Gəncədən, Qəbələdən, Naxçıvandan.. verərdik, hazırda bu bəyanatlar Qarabağın özündən, özəyindən səsləndirilir”.

Bunu da oxuyun

Cənubi Koreya ilə Ukrayna arasında üzr gərginliyi artır

Rusiya-Ukrayna müharibəsi hələ bitməyib: Moskva təzyiqi artırır

Qətərin Baş naziri Əl Sani: Netanyahu müharibə cinayətkarıdır

Elchi.az xəbər verir ki, bu barədə siyasi şərhçi Azər Ayxan FB hesabında qeyd edib:

“30 il beynəlxalq təşkilatların mənzil qərargahlarından, tribunalarından Qarabağın işğal edildiyini sübuta yetirməyə çalışdıq. Onlar da ədalı-forslu tavrlar göstədilər. İndi Qarabağdan deyirik, “Qarabağ Azərbaycandır!”. Amma vaxt var idi o beynəlxalq lotular üzümüzə dirəşirdilər, “münaqişənin hərbi yolla həlli mümkün deyil” söyləyirdilər.
Beynəlxalq təşkilatların rəhbərləri, nümayəndələri torpaqlarımızdan qovduğumuz erməniləri müdafiə edirlər, bəzən də şantaja əl atırlar. Biri “soyqırım” gözyaşları axıdır, digəri “Dağlıq Qarabağ xalqı” deyir. Nə o saxta göz yaşı, nə də “DQ xalqı” ifadəsi vəziyyəti dəyişmək gücündə deyil. Nə deyirlər, desinlər. Lap belə dombalaq aşsınlar. Fakt budur ki, Müzəffər Ordumuz işğaldakı torpaqları azad edib, dünyanı fakt qarşında qoyub. Ermənilərin özlərini, himayəçilərini mat qoyub. BMT-nin, ATƏT-in hıqqanıb görə bilmədiyi işi (əslində görmək istəmədiyi işi) Ali Baş Komandan və Ordumuz 44 günə gördü.
Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Əliyeva 27 sentyabr Anım Günü Füzulidə, Şuşada oldular. Prezidentin Füzulidə çıxışında əsas motiv budur: “İmkan verməyəcəyik ki, düşmən bir daha torpaqlarımızı işğal etsin”! 30 il məğlubiyyətdən az qalsın beli bükülmüş Azərbaycan xalqı dikəldi, ayağa qalxdı, ümidə, bayrağa və dövlətə sarıldı, Vətən müharibəsi başladıb, torpaqlarının əhəmiyyətli hissəsini işğaldan azad etdi.
Azərbaycan xalqı savaşçı xalqdır. Torpağını qoruya bilməyəndə ümidini qoruyur. Toparlanıb, yenidən savaş başladır. Qələbə qazanır.
Savaş indi də davam edir – həm cəbhədə, həm diplomatiyada, həm siyasətdə, həm də informasiya məkanında atəş kəsilmir. Azərbaycan 730 gündür (2 il) böyük savaşın içindədir. Dünya bu millətin qələbəsini qəbullana bilmir. Bizi gözü yaşlı, üzü kədərli, çarəsiz və məğlub görməyə alışıblar. Bilirlər ki, bu prosesin sonu Quzey Azərbaycanın bütövlüyünə, böyüməsinə, güclənməsinə aparır. Bunun nə demək olduğunu İran da, Rusiya da, Qərb də gözəl başa düşür. Ona görə də dünya üstümüzə-üstümüzə gəlir.
O dünya dediyimiz bədxah gücün burdakı tör-töküntüləri sahibləri tərəfindən necə qısqırdılıbsa, gecə-gündüz Azərbaycanın üzərinə hürürlər. Təsəvvür edin, bu ölkənin vətəndaşı, soydaşı olasan, deyəsən ki, ordumuz Ermənistana hücum edib, Ermənistanın ərazisini işğal edib. Bunları seyr etmək ağırdı.
Xaricdəkiləri hardasa başa düşməyə çalışırıq. Tutaq ki, orda erməni diasporunun, daşnakların qucağına sığınıblar, əlacları yoxdur, burcuda bilmirlər, bu səbəbdən Vətəninə, ordusuna şər atırlar. Bunun üzərinə bir də savadsızlıqlarını, cahilliklərini gəlirsən, mənzərə tap aydınlaşır. Baxmayaraq ki, Vətəni sevmək savadla, intellektlə əlaqəli bir şey deyil. Və yaxud, Vətənə dönük çıxmağın cahilliklə, kəmsavadlıqla yaxından-uzaqdan əlaqəsi yoxdur. Amma yenə də olsun deyək.
Bəs özünü partiya sədri adlandıranların, intellektual, savadlı, təcrübəli sayanların xainliyini hara yazasan? Qərbdən Azərbaycanın üzərinə yönəlmiş basqını prezident İlham Əliyevin siyasi məğlubiyyəti kimi qələmə verən “müxalifət lideri”nin hıçqırıqlarına baxmaq əzabdı. Adam onun yerinə utanır. ABŞ-dan, Fransadan, İrandan üzərimizə gələn təzyiqlər ermənilərin Azərbaycan torpaqlarının işğalına haqq qazandırmaq cəhdləridir. Bu təzyiqlər separatçıları qorumağa, onları Qarabağda saxlamağa xidmət edir. Bunu anlamaq o qədərmi çətindir? Bu təzyiqlər Zəngəzur dəhlizinin açılmaması üçündür. Guya bu gerçəyi bilmirlər? Yaxşı anlayırlar. Sadəcə tapşırıq “yuxarıdan gəlib”. Bunlar hazırda o vəziyyətdədirlər ki, az qalsınlar Nensi Pelosi kimi ermənilər üçün göz yaşı axıtsınlar.
Azərbaycan qurtuluş savaşı aparır. Geridönməz proses gedir. Xainlər açıq və ya gizli formada özlərini büruzə verirlər. Agentura şəbəkəsi aldığı təlimat üzrə bu savaşa inamı azaltmaq, cəmiyyətdə tərəddüd yaratmaq üçün əlindən gələni etməyə çalışır. Fəqət, gecdir. Azərbaycan elə bir mərhələdədir ki, xain çetenin cəhdləri bu azman prosesi ləngidə bilməz. Orduda, siyasətdə, dövlət idarəçiliyində illərdir məskən salmış xainlər xeyli zərərsizləşdirilib. Müxalifətçi, mediaçı, QHT-çi və s. adlar altında kamuflyaj olunanlar isə 12-14 sentyabr döyüşlərində özlərini açıq etdilər. 44 günlük müharibə zamanı edə bilmədikləri pisliklərin əvəzini indi çıxmaq istədilər. Lakin ictimai qəzəb, qınaq snayper dəqiqliyi ilə alınlarının ortasından dəydi.
Artıq Ermənistanın, Paşinyanın ədalı davranışları, bəyanatları bizə vız gəlir. Bizimlə, Türkiyə ilə sülh sazişi bağlamaqdan başqa yol qalmayıb. Onlar üçün yolun sonu iki il öncə bu günlərdə görünməyə başlayıb. Keçmiş prezident Levon Ter-Petrosyan bu günlərdə deyib ki, Ermənistan Türkiyə və Azərbaycanla sülh sazişi imzalamasa, təslim olmasa, məhvə məhkumdur. Erməni olanda nə olar, ağıllı düşünür, gerçəyi anlayır. Bu, həm də informasiyaya əsaslanan mülahizədi. Ter-Petrosyan 2021-ci ilin yayında oxşar bəyanat vermişdi. Demişdi, dünya Ermənistanı satıb. “Məsələ bizim üçün bitib” – söyləmişdi. Yeri gəlmişkən, iki gün öncə Ermənistan iki PKK-çını Türkiyəyə təhvil verib. Bəzi ekspertlər bunu gözlənilən Ərdoğan-Paşinyan görüşünə Ermənistanın “əlidolu” getməsi kimi şərh edir.
Paşinyadan artıq erməni olmaq istəyən bəzi azərbaycanlılar da bu gerçəyi anlasalar… Belə götürdükdə, heç anlayan günləri olmasın. Nə qədər millətin, ölkənin önündə olacaqlar, tarixə də o şəkildə düşəcəklər.
Xainləri qanun bağışlasa da, tarix heç vaxt əfv etmir. Üstündən min il keçsə belə…”.

Şayəstə

Previous Post

Ermənistan təslim olmağa hazırlaşır? Petrosyanın bəyanatı, Paşinyanın rəftarı

Next Post

Növbəti təxribat: Ermənistan Qərbin təşkil etməyə çalışdığı danışıqlarda əlini gücləndirmək istəyir”

Bənzər yazılar

Cənubi Koreya ilə Ukrayna arasında üzr gərginliyi artır

Cənubi Koreya ilə Ukrayna arasında üzr gərginliyi artır

02 Oktyabr 2026 - 10:52

Cənubi Koreya Prezidenti Li Çe-myun (Lee Jae-myung) Ukraynanı iki Şimali Koreyalı hərbi əsirin Cənubi Koreyaya təhvil verilməsi faktını açıqladığına görə...

Rusiya-Ukrayna müharibəsi hələ bitməyib: Moskva təzyiqi artırır

Rusiya-Ukrayna müharibəsi hələ bitməyib: Moskva təzyiqi artırır

01 Oktyabr 2026 - 11:23

Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı hərbi kampaniyadan imtina etmək niyyətində olduğunu göstərən heç bir əlamət nümayiş etdirmir. Döyüş meydanındakı ağır...

Qətərin Baş naziri Əl Sani: Netanyahu müharibə cinayətkarıdır

Qətərin Baş naziri Əl Sani: Netanyahu müharibə cinayətkarıdır

30 Sentyabr 2026 - 10:17

Qətərin Baş naziri və Xarici İşlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Sani İsrailin Baş naziri Binyamin Netanyahunun "müharibə cinayətkarı" olduğunu...

Trampın İran müharibəsi ilə bağlı mesajı: “Çox tezliklə qalib gələcəyik”

Trampın İran müharibəsi ilə bağlı mesajı: “Çox tezliklə qalib gələcəyik”

29 Sentyabr 2026 - 10:46

ABŞ Prezidenti Donald Tramp Oval Ofisdə keçirilən tədbir zamanı İranla gərginlik barədə açıqlama verib. Jurnalistlərin ABŞ rəsmilərinin İranla münaqişəyə son...

Next Post
Növbəti təxribat: Ermənistan Qərbin təşkil etməyə çalışdığı danışıqlarda əlini gücləndirmək istəyir”

Növbəti təxribat: Ermənistan Qərbin təşkil etməyə çalışdığı danışıqlarda əlini gücləndirmək istəyir"

Növbəti təxribat: Ermənistan Qərbin təşkil etməyə çalışdığı danışıqlarda əlini gücləndirmək istəyir”

Növbəti təxribat: Ermənistan Qərbin təşkil etməyə çalışdığı danışıqlarda əlini gücləndirmək istəyir"

Son xəbərlər

“Səssiz tələ” sənədli filmi təqdim olunub

“Səssiz tələ” sənədli filmi təqdim olunub

04 Oktyabr 2026 - 19:15
Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

04 Oktyabr 2026 - 14:33
İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

04 Oktyabr 2026 - 14:32
Məkkə sazişinə qoşulanların sayı arta bilər

Məkkə sazişinə qoşulanların sayı arta bilər

04 Oktyabr 2026 - 13:08
İran ABŞ-nin təklifinə cavab verib

İran ABŞ-nin təklifinə cavab verib

04 Oktyabr 2026 - 12:55
Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

04 Oktyabr 2026 - 12:52
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

04 Oktyabr 2026 - 12:39
Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

04 Oktyabr 2026 - 12:33
SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

04 Oktyabr 2026 - 11:13
Merts Ukraynaya elan olunmamış səfər edib

Merts Ukraynaya elan olunmamış səfər edib

04 Oktyabr 2026 - 11:11
Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

04 Oktyabr 2026 - 11:10
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

04 Oktyabr 2026 - 11:08
4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

04 Oktyabr 2026 - 00:00
Filosof İoanna Kuçuradi vəfat edib

Filosof İoanna Kuçuradi vəfat edib

03 Oktyabr 2026 - 23:00
İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

03 Oktyabr 2026 - 21:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.