Erməni əsir niyə öldü – Şok iddia…

🗓 11.08.2014 02:04 ✍️ "Elçi" qəzeti

Azərbaycan Silahlı Qüvvələrinin ehtiyyatda olan mayoru, vaxtilə xüsusi təyinatlı dəstədə xidmətpetrosyan etmiş Ramin Əliyev dünən ölən erməni diversantıyla bağlı şok hesab ediləcək iddia ilə çıxış edib. Onun  göndərdiyi yazını oxuclara təqdim edirik:

“Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 7-də Tovuz rayonunun ərazisində ermənilərin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Düşmən qrupunun zərərsizləşdirilməsi istiqamətində görülən tədbirlər nəticəsində dəstənin 4 üzvü məhv edilmiş, daha bir üzvü, Berd rayonunun Çinari kənd sakini, 1989-ci il təvəllüdlü Karen Petrosyan isə əsgərlərimiz tərəfindən ələ keçirilmişdi. Avqustun 8-də səhər saatlarında dəstənin ələ keçirilmiş üzvü Karen Petrosyan qəflətən naməlum səbəbdən dünyasını dəyişib. İlkin ehtimala görə K.Petrosyanın ölümünə kəskin ürək-ağciyər çatışmazlığı, kəskin miokardial çatışmazlıq səbəb olub. Hazırda Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Gəncə regional bölməsinin ekspertləri ölümün səbəblərini dəqiqləşdirir. Hadisə barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi məlumatlandırılıb.”

 Dəyərli dostlar, yuxarıda qeyd olunanlar dünən mətbuatda və internet portallarında, sosial şəbəkələrdə bir nömrəli xəbərə çevrildi. Hərbçilərimiz tərəfindən ələ keçirilmiş erməni diversantı Karen Petrosyanın Korpus Komandirinin qəbul otağında davranışları, sifətindəki yazıq və həm də hiyləgərlik maskası səbəbi bizə dəqiq məlum olmayan bir çox qaranlıq məqamlardan xəbər verir ki, bunlar da aşağıda sadalayacağım faktorlar üzrə qiymətləndirildikdə mütəxəssislər onun əsl ölüm səbəbini ortaya qoya biləcəklər.

 Belə ki: – Düşmən kəşfiyyatçısının özünün də etiraf etdiyi kimi xüsusi hazırlıq kursu və ya kursları keçmişdir ki, onun hərtərəfli hazırlığında yüksək səviyyədə peşəkarlığa nail olunmuşdur. (Çünki düşmən xüsusi xidmət orqanları hazırlıqsız bir hərbi qulluqçunu və ya əməkdaşı xüsusi kəşfiyyata göndərə bilməz)

- Yayılmış videosüjeti izlədikdə diversantın özünün də qeyd etdiyi kimi onun kəşfiyyatçı- istehkamçı olması və bu peşə üzrə də xüsusi hazırlıq keçməsi bizə məlum olur. Burdan əlavə olaraq adi hərb anlayışı olan şəxslər də çox yaxşı bilirlər ki, bir istehkamçının hazırlığı uzun müddət tələb edir. Bu hazırlıq dövründə istehkamçı təxribat və ya digər xüsusi əhəmiyyətli kəşfiyyat tədbirləri keçirilən zaman əsas tapşırıqların yerinə yetirilmə üsul və qaydalarını mükəmməl öyrənir ki, döyüşdə bu tapşırıqlar onların üzərinə düşür (partlatma, sıradan çıxartma, məhv etmə, mina və partladıcıların hazırlanması, quraşdırılması, eyni zamanda özünün və digər diversant yoldaşlarının həyat fəaliyyətlərinin qorunub saxlanmasında mühüm rol oynayırlar. (Qeyd: Tovuz rayonuna qonaq gəlmiş qız uşağı çayda tapdığı gəlinciyi oynadarkən gəlincik partlamış və həmin qızcığaz həlak olmuşdu. Həmin gəlincik məhz erməni xüsusi xidmət orqanlarının istehkamçı diversantları tərəfindən hazırlanaraq çaya buraxılmısdı. Dünyada bu cür kustar üsulla hazırlanan minalar sürpriz minalar kimi qəbul edilir)

- Hələ Sovetlər dönəmindən xüsusi kəşfiyyatda bir deyim vardı, hansı ki, Ermənistan xüsusi təyinatlı dəstələrində həmin ifadəni özlərinə əsas şüar seçmişdilər, bu da internetdə yayımlanmış bir çox reklam çarxlarında aşkar görünüb eşidilməkdədir: “Erməni kəşfiyyatçısını döyüş tapşırığının icrasından yalnız ölüm azad edə bilər!”

- Müasir dövrdə istənilən dövlətin xüsusi xidmət orqanlarında və ya xüsusi təyinatlı dəstələrdə kəşfiyyatçıları insana anatomiyası çox mükəmməl bir şəkildə tədris edilir ki, bu da kəşfiyyatçıların həyatda qala bilməsinə, döyüş meydanında yaralanma olduğu halda özünə və yoldaşına ilk tibbi yardımın göstərilməsinə, ixtisaslı həkim müdaxiləsi qeyri-mümkün olduqda hətta güllə və ya qəlpələrin müxtəlif üsullarla bədəndən çıxarılmasına, yaraların tikilməsinə, qanaxmaların qarşısının alınmasına, sınıqlar, yanıqlar, zədələnmələr və şok halları zamanı tibbi müdaxiləyə, eyni zamanda döyüş meydanında və xüsusi əməliyyat rayonunda əsir düşərək ələ keçirildiyində müxtəlif üsullarla özünə qəsd etməyə xidmət edir!

- Özünə qəsd və ya intihar kəşfiyyatçı diversantlarda xüsusi dərmanlar vasitəsi ilə, ürək və ağ ciyərlərin fəaliyyətinin xüsusi iradi bacarıqla dayandıraraq həyata keçirmək mümkündür, nəzərə alsaq ki, diversant bunu mükəmməl bacarıb!

- Yayılmış video süjeti diqqətlə izlədikdə diversant Karen Petrosyan Korpus Komandirinin qəbul otağında özünü xüsusi məharətlə huşsuzluğa yönləndirməyə çalışır ki, verilən suallardan yayınsın və ya bizə məlum olmayan səbəblərdən vaxt qazansın. Lakin Korpus Komandirinin qabaqdan görmə bacarığı və böyük təcrübə sahibi olması buna imkan vermir, dərhal diversanta su içizdirir ki, huşu itməsin! Düşünürəm ki, diversant ona ayrılmış xüsusi otaqda özünü yorğun və daha sonra yatmış kimi göstərmiş, məhz həmin dövrdə də özünün mükəmməl bildiyi üsuldan istifadə edərək intihar etmişdir!

Və beləliklə, dəyərli dostlar, unutmayaq ki, qarşımızda çox hiyləgər və eyni zamanda qorxaq düşmən durur! Diversantın ölümündə isə demək olar ki, kimsə günahkar deyil, bu onun özünün hazırlıq səviyyəsindən xəbər verir! Deməli, Müdafiə Nazirliyinin məlumatı tam doğru və əsaslıdır ki, ələ keçirilən erməni vətəndaşı xüsusi hazırlanmış və diversiya məqsədi ilə ərazilərimizə göndərilmiş Ermənistan xüsusi xidmət orqanlarının kəşfiyyatçı diversantıdır! Tovuz və digər sərhədyanı rayonlarda yaşayan vətendaşlarımız təkcə erməni diversantlarına qarşı deyil, həm də onların müxtəlif diversiya və təxribatlarına qarşı ayıq və sayıq olmalı, hər zaman özləri və hətta azyaşlı uşaqları daxil belə hallarla rast gələcəklərinə hazır olmalıdırlar! Rast gəlinən şübhəli hər bir şəxs və əsya haqqında dərhal yerli icra nümayəndəliklərinə və yaxında olan hərbçi qardaşlarımıza məlumat verin! Bu kimi halları telefonlara çəkib sosial şəbəkələrdə yaymaq olmaz! Sonda bir daha hər bir Azərbaycan vətəndaşından xahiş edirəm ki, Silahlı Qüvvələrimizə dəstək olaq, qaydalara əməl edərək ordumuza sahib çıxaq!

Hörmətlə, ehtiyyatda olan mayor Ramin Əliyev

Bənzər yazılar