ABŞ-ın baş prokuroru Ferqüson şəhərinə göndərildi

🗓 19.08.2014 22:47 ✍️ "Elçi" qəzeti

Şəhərdə etirazçılarla polis arasında qarşıdurmalar yenidən qızışıbimg1618717

Amerika Birləşmiş Ştatlarının Missuri ştatının Ferqüson şəhərində polislə etirazçılar arasında iğtişaşlar yenidən baş qaldırıb.
ANS PRESS-in məlumatına görə, qaradərili yeniyetmənin ağdərili polis tərəfindən öldürülməsinə etiraz edənlər aksiyanı ötən gecə də aksiyanı davam etdiriblər. Polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etməli olub. Etirazçılar Sent-Lüis bölgəsində tutduqları əsas yolu boşaltmaqdan imtina ediblər və polisə butulkalar atıblar.
Toqquşmalar Missuri qubernatoru Cey Nikson Ferqüsonda kommendant saatını ləğv etdikdən və ABŞ Milli Qvardiyasının hissələrinin şəhərə yeridildiyini elan etdikdən sonra baş verib.
ABŞ prezidenti Barak Obama hərbçilərin müdaxiləsinin vəziyyəti daha da gərginləşdirməməsi üçün onların hərəkətinə nəzarət edilməli olduğunu deyib. Bundan başqa, ölkə başçısı Baş prokuror Erik Holderi də Ferqüson şəhərinə göndərib.

Bənzər yazılar