Çində sənaye şirkətlərinin mənfəəti 2022-ci ilin yanvar-oktyabr aylarında keçən ilin eyni dövrü ilə müqayisədə 3 faiz azalıb.
Elchi.az xəbər verir ki, Milli Statistika Bürosunun (UIB) məlumatına görə, illik dövriyyəsi 20 milyon yuandan (təxminən 2,79 milyon dollar) çox olan sənaye müəssisələrinin ümumi mənfəəti 10 ayda 6,98 trilyon yuan (təxminən 970 milyard dollar) təşkil edib.
Sənaye müəssisələrinin məcmu gəlirləri illik müqayisədə 7,6 faiz, xərcləri isə 10,6 faiz artdığı halda, mənfəətləri 3 faiz azalıb.
41 sənayedən 19-da mənfəət artımı qeydə alınıb, 22-də isə rentabellik azalıb.
Sənaye müəssisələrinin mənfəəti birinci rübdə 8,5 faiz artdığı halda, artım ikinci rübün sonunda yüzdə 1, üçüncü rübün sonunda isə 2,3 faiz azalıb.
Şayəstə