Oradan Ukraynaya məxsus hərbi geyim də tapıblar.
Elchi.az xəbər verir ki, Rusiya təhlükəsizlik qüvvələri Enerqodarda yerli kazak generalının yaşadığı evdə çoxlu sursat və silah anbarı aşkarlayıb, Zaporojye vilayətinin hüquq-mühafizə orqanları məlumat yayıb.
RİA Novosti-nin məlumatına görə, “keş” qarajda təchiz olunmuş zirzəmidə yerləşirdi. Oradan döyüş sursatı və silahlarla birlikdə Ukrayna tipli hərbi geyim də tapılıb. Ümumilikdə təhlükəsizlik qüvvələri üç “Kalaşnikov” avtomatı, 15 trotil dama, yeddi qumbara və müxtəlif çaplı 1,3 minə yaxın patron aşkar edib.
Şayəstə