"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Əmlakın qeydiyyatına dair yeni prosedur müəyyənləşir

14 İyul 2025 - 12:37
in CƏMİYYƏT

ipoteka

FacebookVatsap

Əmlakın qeydiyyatına dair yeni prosedur müəyyənləşir.

Bunu da oxuyun

Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” keçirib – FOTO

Bakıda 8 marşrutun hərəkət sxemi dəyişdirildi

ADY-də qanvermə aksiyası keçirildi

Elchi.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərlə torpağın kateqoriyası (məqsədli təyinatı) dövlət torpaq kadastrında saxlanılan məlumatlara uyğun gəlmədikdə qeydiyyat orqanının vəzifəli şəxsləri tərəfindən 15 iş günü müddətində yerquruluşu sənədlərinin təhlili yolu ilə araşdırma aparılacaq. Araşdırmanın nəticəsinə əsasən təqdim edilən sənədlərdə göstərilən məlumatların doğruluğu təsdiq edildikdə, əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınacaq və dövlət torpaq kadastrında müvafiq düzəlişlər ediləcək.

Qeyd edilib ki, praktikada hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə göstərilən torpağın kateqoriyası (məqsədli təyinatı) ilə dövlət torpaq kadastrında saxlanılan məlumatlar (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriya) arasında uyğunsuzluq hallarına rast gəlinir. Bu məsələ ilə bağlı qanunvericilikdə dəqiq tənzimləmə olmadığından qeydiyyat orqanlarının hüquqların qeydiyyatından imtina barədə qərarlarından məhkəmələrə müraciət edilirdi. Bu isə çoxsaylı məhkəmə mübahisələrinin yaranmasına və eyni zamanda fərli məhkəmə qərarlarının qəbuluna səbəb olurdu. Məsələnin aktuallığını nəzərə alaraq və vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Konstitusiya Məhkəməsi yuxarıda qeyd olunan hüquqi mövqeləri müəyyən etsə də, bu sahədə yaranan məsələlərin qanunvericilik qaydasında tənzimlənməsinə zərurət vardır. Qeyd olunanları nəzərə alaraq, müvafiq qanun layihəsi təqdim olunmuşdur. Qanun layihəsi aşağıdakıları nəzərdə tutur:

– qeydiyyat üçün təqdim olunan sənəddəki torpağın kateqoriyası (məqsədli təyinatı) ilə kadastr məlumatı arasında uyğunsuzluq aşkar edildikdə qeydiyyat orqanının vəzifəli şəxsləri tərəfindən 15 iş günü müddətində yerquruluşu sənədlərinin təhlili yolu ilə araşdırmanın aparılması. Qeyd etmək lazımdır ki, bu cür araşdırmanın aparılmasının qanunvericilikdə təsbit olunmaması səbəbindən məsələ tam araşdırılmır, bəzən qeyri-müəyyən qalırdı. Eyni zamanda belə araşdırmanın aparılması qeydiyyat orqanının mülahizəsindən asılı olurdu;
Aparılan araşdırmanın nəticəsinə əsasən aşağıdakı tədbirlər görüləcək:

– təqdim edilən sənədlərdə göstərilən məlumatların doğruluğu təsdiq edildikdə, əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınır və dövlət torpaq kadastrında müvafiq düzəlişlər edilir;

– təqdim edilən sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə isə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər.

Beləliklə, qanun layihəsi qeydiyyat üçün təqdim olunan sənəddəki torpağın kateqoriyası (məqsədli təyinatı) ilə kadastr məlumatı arasında uyğunsuzluq aşkar edildikdə müvafiq araşdırmanın aparılmasının, araşdırma nəticəsində uyğunsuzluq təsdiq edildikdə isə torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilməsinin hüquqi əsaslarını təsbit edir.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Previous Post

Bitkoinin qiyməti 122.000 dolları keçərək rekord silsiləsini davam etdirir

Next Post

“Azərbaycanda ən ciddi problemlərdən biri torpaqdan təyinatı üzrə istifadə olunmamasıdır”- Elçin Mirzəbəyli

Bənzər yazılar

Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” keçirib – FOTO

Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” keçirib – FOTO

15 Oktyabr 2026 - 18:43

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsinin 18 nömrəli Yanğından Mühafizə Hissəsində,...

Bakıda 8 marşrutun hərəkət sxemi dəyişdirildi

Bakıda 8 marşrutun hərəkət sxemi dəyişdirildi

15 Oktyabr 2026 - 17:56

Binəqədi şosesinin Mehdiabad yolu ilə kəsişməsindən Zəngəzur küçəsi ilə kəsişməsinədək olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar 16 oktyabr saat...

ADY-də qanvermə aksiyası keçirildi

ADY-də qanvermə aksiyası keçirildi

15 Oktyabr 2026 - 17:15

Dəmir yolu işçilərinin peşə bayramı münasibətilə ADY-də hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə növbəti qanvermə aksiyası...

Kredit götürüb işsiz qalanlar üçün yenilik

Kredit götürüb işsiz qalanlar üçün yenilik

15 Oktyabr 2026 - 14:14

"Azərbaycan bankları müştərilərinə işsizlikdən sığorta xidmətini məcburi qaydada təqdim edəcək". Elchi.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının...

Next Post

“Azərbaycanda ən ciddi problemlərdən biri torpaqdan təyinatı üzrə istifadə olunmamasıdır”- Elçin Mirzəbəyli

“İdarəetmədə ifrat mərkəzləşmə iqtisadi inkişafa çox ciddi ziyan vurur”-Qüdrət Həsənquliyev

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb

Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb

15 Oktyabr 2026 - 22:21
Papuaşvili: Gizli xarici maliyyələşdirmə demokratiya və dövlət suverenliyi üçün ciddi risklər yaradır

Papuaşvili: Gizli xarici maliyyələşdirmə demokratiya və dövlət suverenliyi üçün ciddi risklər yaradır

15 Oktyabr 2026 - 22:19
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib

Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib

15 Oktyabr 2026 - 22:17
Kobaxidze Orta Dəhlizin mühüm nəqliyyat marşrutu kimi rolunu vurğulayıb

Kobaxidze Orta Dəhlizin mühüm nəqliyyat marşrutu kimi rolunu vurğulayıb

15 Oktyabr 2026 - 22:15
ABŞ-nin neft ehtiyatları 8,6 milyon barel azalıb

ABŞ-nin neft ehtiyatları 8,6 milyon barel azalıb

15 Oktyabr 2026 - 21:58
IEA: Sərbəst buraxılan neft ehtiyatlarının həcmi 400 milyon bareli ötəcək

IEA: Sərbəst buraxılan neft ehtiyatlarının həcmi 400 milyon bareli ötəcək

15 Oktyabr 2026 - 19:29
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib

ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib

15 Oktyabr 2026 - 19:09
Prezidentin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15 Oktyabr 2026 - 18:51
Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” keçirib – FOTO

Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” keçirib – FOTO

15 Oktyabr 2026 - 18:43
COVID-19 xəstələrinə qulluq edən tibb işçilərinin maaş əlavəsi uzadıldı

COVID-19 xəstələrinə qulluq edən tibb işçilərinin maaş əlavəsi uzadıldı

15 Oktyabr 2026 - 18:34
Cəbrayılda günəş elektrik stansiyasının tikintisinə icazə müddəti uzadıldı

Cəbrayılda günəş elektrik stansiyasının tikintisinə icazə müddəti uzadıldı

15 Oktyabr 2026 - 18:26
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü – YENİLƏNDİ

Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü – YENİLƏNDİ

15 Oktyabr 2026 - 18:17
Husilərin hücumları səbəbindən Aİ və Körfəz ölkələrinin sammiti təxirə salınıb

Husilərin hücumları səbəbindən Aİ və Körfəz ölkələrinin sammiti təxirə salınıb

15 Oktyabr 2026 - 18:05
Dünya üçün Azərbaycan nümunəsi

Dünya üçün Azərbaycan nümunəsi

15 Oktyabr 2026 - 18:01
Bakıda 8 marşrutun hərəkət sxemi dəyişdirildi

Bakıda 8 marşrutun hərəkət sxemi dəyişdirildi

15 Oktyabr 2026 - 17:56
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.