"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Emal edilməmiş almazın idxalı, ixracı və izlənməsiylə bağlı dövlət nəzarəti mexanizmi yaradılır

02 Fevral 2026 - 17:15
in İQTİSADİYYAT
FacebookVatsap

Azərbaycanda emal edilməmiş almazın idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahəsində dövlət nəzarəti mexanizmi yaradılır.

Bunu da oxuyun

Xarici dövlət borcunun yeni tərkibi açıqlanıb

Azərbaycanın dövlət borcu 2 mlrd. manatdan çox azalıb

Qızıl və gümüş ucuzlaşmağa davam edir

Elchi.az-ın xəbərinə görə, Milli Məclisin bu gün keçirilən iclasında “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanuna əlavələr edilməsi təklif olunub.

Əlavələrə əsasən, emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahələrində dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək.

Azərbaycan Respublikasında emal edilməmiş almazların idxalı və ixracı yalnız “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə üzv dövlətlərdən həyata keçirilə bilər. Emal edilməmiş almazların idxalı və ixracı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi əsasında həyata keçiriləcək.

Bu tələbləri pozan şəxslər qanunla müəyyən edilmiş hallarda məsuliyyət daşıyacaqlar.

Bu qanun Azərbaycan Respublikasının “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə qoşulduğu gündən qüvvəyə minəcək.

Qeyd edək ki, layihə ölkəmizin “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə qoşulmasının dəstəklənməsi məqsədini daşıyır. Kimberli Prosesi emal edilməmiş almazların dövriyyəsini tənzimləyən beynəlxalq ticarət kanallarından “münaqişəli” almazların kənarlaşdırılmasına hədəflənmiş daimi fəaliyyət göstərən dövlətlərarası konfransdır. “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nin tələblərinə əsasən hər bir üzv ölkənin emal edilməmiş almazların ixracına və idxalına nəzarəti həyata keçirən səlahiyyətli qurumu müəyyən olunmalı, ölkəyə gətirilən və ölkədən aparılan almazlara nəzarətın həyata keçirilməsi məqsədilə səlahiyyətli orqan tərəfindən rəy verilməli, eləcə də ixrac zamanı emal edilməmiş almazlar Kimberli Prosesinin tələblərinə uyğun olan sertifikatla müşayiət olunmalıdır. Eyni zamanda, qanunvericiliyin tələblərinin pozulması hallarının qarşısının alınması məqsədilə məsuliyyət tədbirləri müəyyən olunmalıdır. Adıçəkilən beynəlxalq sənədə qoşulmaq məqsədilə ölkə başçısı tərəfindən “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə Azərbaycan Respublikasının qoşulması ilə bağlı tədbirlər haqqında” 25 fevral 2025-ci il tarixli sərəncam imzalanıb. Həmin sərəncamda bu istiqamətdə bir sıra tədbirlərin həyata keçirilməsi, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi nəzərdə tutulub.

Qanun qəbul edildikdən sonra “Emal edilməmiş almazın idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi və emal edilməmiş almazın ixracı ilə əlaqədar “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nin tələblərinə uyğun sertifikatın forması və verilməsi qaydaları” təsdiq ediləcək.

Xatırladaq ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamında emal edilməmiş almaza dövlət nəzarəti sahəsindəki fəaliyyətin rəqəmsallaşdırılması, bu sahədə mühafizənin təşkili, müvafiq laboratoriyaların yaradılması və bu kimi digər təşkilati məsələlər də nəzərdə tutulub.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Previous Post

İranda Tehran Vaşinqton danışıqlarına başlamaq planları açıqlanıb

Next Post

Böyükşor gölünə tullantı suları axıdanlar barəsində inzibati protokol tərtib edilib

Bənzər yazılar

Xarici dövlət borcunun yeni tərkibi açıqlanıb

Xarici dövlət borcunun yeni tərkibi açıqlanıb

28 Oktyabr 2026 - 12:13

2026-cı il oktyabrın 1-nə Azərbaycanın xarici dövlət borcunun həcmi 4 milyard 509,5 milyon ABŞ dolları təşkil edib. Elchi.az Maliyyə Nazirliyinə...

Azərbaycanın dövlət borcu 2 mlrd. manatdan çox azalıb

Azərbaycanın dövlət borcu 2 mlrd. manatdan çox azalıb

28 Oktyabr 2026 - 12:07

Azərbaycanın dövlət borcu 2026-cı ilin ilk 9 ayı ərzində azalıb. Elchi.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 1-nə ölkənin ümumi...

Qızıl və gümüş ucuzlaşmağa davam edir

Qızıl və gümüş ucuzlaşmağa davam edir

28 Oktyabr 2026 - 09:36

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. Elchi.az xəbər verir ki, COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.61% azalaraq 4.050...

Azərbaycan nefti 122 dollara satılır

Azərbaycan nefti 122 dollara satılır

28 Oktyabr 2026 - 09:28

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb. Elchi.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 5,11 dollar...

Next Post
Böyükşor gölünə tullantı suları axıdanlar barəsində inzibati protokol tərtib edilib

Böyükşor gölünə tullantı suları axıdanlar barəsində inzibati protokol tərtib edilib

Kallas Avropa NATO-sunun yaradılması ideyasını dəyərləndirib

Kallas Avropa NATO-sunun yaradılması ideyasını dəyərləndirib

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq – PROQNOZ

28 Oktyabr 2026 - 12:26
DYP elektroskuter istifadəçilərinə müraciət edib

DYP elektroskuter istifadəçilərinə müraciət edib

28 Oktyabr 2026 - 12:20
Xarici dövlət borcunun yeni tərkibi açıqlanıb

Xarici dövlət borcunun yeni tərkibi açıqlanıb

28 Oktyabr 2026 - 12:13
Azərbaycanın dövlət borcu 2 mlrd. manatdan çox azalıb

Azərbaycanın dövlət borcu 2 mlrd. manatdan çox azalıb

28 Oktyabr 2026 - 12:07
Tramp gözünü həmin ölkəyə dikib: ABŞ-ın “51-ci ştatı” ola bilər

Tramp gözünü həmin ölkəyə dikib: ABŞ-ın “51-ci ştatı” ola bilər

28 Oktyabr 2026 - 11:51
ABŞ-ın İranla bağlı hərbi əməliyyatlarının xərci 47,1 milyard dollara çatıb

ABŞ-ın İranla bağlı hərbi əməliyyatlarının xərci 47,1 milyard dollara çatıb

28 Oktyabr 2026 - 11:37
“Maraqlar toqquşması haqqında” qanun layihəsi hazırlanıb

“Maraqlar toqquşması haqqında” qanun layihəsi hazırlanıb

28 Oktyabr 2026 - 11:24
Prezident İƏT dövlətlərinin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin görüşünün iştirakçılara müraciət ünvalayıb

Azərbaycan lideri Çex Respublikasının Prezidentini təbrik edib

28 Oktyabr 2026 - 11:15
Modriç İbrahimoviçin A Seriyası rekordunu qırdı

Modriç İbrahimoviçin A Seriyası rekordunu qırdı

28 Oktyabr 2026 - 11:09
Prezident İƏT dövlətlərinin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin görüşünün iştirakçılara müraciət ünvalayıb

Prezident İlham Əliyev: Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir

28 Oktyabr 2026 - 10:57
Pezeşkian: ABŞ və İsrail qlobal enerji təhlükəsizliyini təhdid edir

Pezeşkian: ABŞ və İsrail qlobal enerji təhlükəsizliyini təhdid edir

28 Oktyabr 2026 - 10:43
Netanyahudan birlik çağırışı: Sionist çoxluq özünə gəlməlidir

Netanyahudan birlik çağırışı: Sionist çoxluq özünə gəlməlidir

28 Oktyabr 2026 - 10:34
Prezident İƏT dövlətlərinin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin görüşünün iştirakçılara müraciət ünvalayıb

Prezident İƏT dövlətlərinin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin görüşünün iştirakçılara müraciət ünvalayıb

28 Oktyabr 2026 - 10:32
Bakıda İƏT ölkələrinin korrupsiyaya qarşı mübarizə qurumları rəhbərlərinin görüşü başlayıb

Bakıda İƏT ölkələrinin korrupsiyaya qarşı mübarizə qurumları rəhbərlərinin görüşü başlayıb

28 Oktyabr 2026 - 10:23
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır

Şagirdlərin elektron yerdəyişməsinə başlanılır

28 Oktyabr 2026 - 10:16
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.