Elchi.az xəbər verir ki, bu barədə sosial media analitikləri Elon Maskın yanvarın 17-də Twitter-in bir nömrəli sosial media fenomeninə çevriləcəyini proqnozlaşdırırlar.
İlon Maskın Twitter hesabı hazırda ABŞ-ın keçmiş prezidenti Obamanın hesabından (130 milyon) sonra 120 milyon izləyici ilə ikinci ən çox izlənən hesabdır.
“Social Blade” sosial media analitik firmasının statistikləri Maskın Twitter-i almasından sonra izləyicilərinin sayının artdığını deyirlər.
Sosial media sənayesində heç vaxt belə bir vəziyyət olmayıb ki, platformanın baş direktoru da ən çox izlənən şəxs olsun.
Şayəstə