Elchi.az xəbər verir ki, Çin hakimiyyəti sərt tədbirlərlə ölkədə xüsusilə gənclər arasında oyun asılılığı problemini “rəsmi olaraq həll etdiklərini” açıqlayıb.
Ötən il Çində yaşı 18-dən aşağı olan yeniyetmələrə həftədə üç saatdan çox video oyunlara baxmaq qadağan edilib.
Çin Oyun Sənayesi Komitəsi tərəfindən dərc edilən yeni hesabatda, gənclərin təxminən 75 faizinin vaxt məhdudiyyətinə əməl etdiyi və sağlamlıq vəziyyətlərinin bundan müsbət təsirləndiyi ifadə edildi.
Səlahiyyətlilər sərt tədbirlərlə gənclərin oyun aludəçiliyi problemini “rəsmi olaraq həll etdiklərini” açıqlayıblar.
Çin Oyun Sənayesi Komitəsi oyun asılılığını “mənəvi opiat” kimi təsvir edir.
Video oyunların xüsusilə uşaqlara təsiri ilə bağlı müxtəlif nəticələr verən bir sıra araşdırmalar var.
Şayəstə