"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Eldar Mahmudovun şifrəli mesajları haqda heyrətamiz məlumatlar

26 May 2016 - 09:40
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

Eldar Mahmudovun şifrəli mesajları haqda heyrətamiz məlumatlarSabiq nazir əlindəki kompromatlardan istifadə etməklə özünü qoruyur – iddia

Deputat Zahid Orucun Eldar Mahmudovla bağlı ötən həftə dediyi fikirlər maraqla qarşılanıb. Onun dediklərindən belə anlaşılır ki, bu gün də Eldar Mahmudov təhlükəsi qalır. Sabiq nazir əlindəki kompromatlardan istifadə etməklə özünü qoruya bilir. 
Z.Orucun modern.az-a açıqlamasından sitat: “Belə düşünürəm ki, Eldar Mahmudovun ev dustaqlığı davam edir. Onun yeri kənara, başqa ölkəyə doğru dəyişməyib. O, güclü nəzarət altındadır. Bununla bərabər, Eldar Mahmudovun ətrafındakı keçmişdən gələn qüvvələr hansısa formada ona məlumat sızdırmaları ilə məşğuldurlar. Kimsə özünün təhlükəsizliyini təmin etmək üçün hardasa şifrəli məlumatlar yerləşdirib və bu vasitə ilə özünü qoruyur. Müxtəlif nazirliklər, orqanlar, dövlətin elitasını özünümüdafiəyə vadar edərkən belə metod əsas iş prinsipi olub. Düşünüblər ki, adamlar hamısı özlərini qorumaqla məşğul olacaq və Eldar Mahmudovun mənəvi, hüquqi, siyasi hakimiyyəti onlar üzərində bərqərar olacaq”.
 
Deputatın bu fikirləri, xüsusilə E.Mahmudovun şifrəli mesajlarla özünü qoruya bilməsi diqqəti cəlb edir, maraqlı suallar yaradır. Məsələn, sabiq milli təhlükəsizlik naziri şifrəli mesajlarını hara, necə və kimlərin vasitəsilə yerləşdirə bilər? 11 il strateji bir posta rəhbərlik etmiş şəxs “vurularaq” ev dustağı edilib və ciddi nəzarət altında saxlanıldığı bir vaxtda şifrəli mesajları necə ötürə biləcəyi   gerçəkdən maraq doğurur.  Üstəlik, Eldar Mahmudov tutduğu postdan uzaqlaşdırılandan sonra çevrəsi işdən çıxarılaraq həbs olunub, inzibati resurslar əlindən alınıb. Eldar Mahmudovun durumunda olan şəxs hansı yollardan istifadə edə bilər?
Məlumdur ki, MTN çetesinin nəzarətində kifayət qədər kütləvi informasiya vasitələri olub. Bu haqda çox ciddi iddialar var. Bu gün də MTN çetesinə daxil olan media şəbəkəsinin fəaliyyətdə olmasına dair məlumatlar var. E.Mahmudov hələ də sıradan çıxarılmayan həmin saytlar vasitəsilə mesajlarını çatdıra bilər. Məşhur seriallarda da bu tip şifrəli informasiyaların ötürülməsi haqda maraqlı epizodlar var. Xüsusilə din, kültür, məişət və s. baxımından Azərbaycana yaxın olan Türkiyə filmlərində də belə epizodlar yer alır.
Məsələn, qəzetlərin ulduz falında dolça bürcünə aid proqnozda gedən məlumat həmin informasiyanı gözləyən dairəni hərəkətə gətirir. Müəyyən məlumatların yayılması üçün siqnal rolunu oynayır. 
Mətbuatdakı iş elanlarının da sifrəli mesajların obyektinə çevrilməsi səhnələri də seriallarda diqqəti cəlb edir. Ev oğruları, insan alverçiləri də şifrəli mesajlarını qəzetlərdə elan şəklində yerləşdirə bilirlər.
Şifrəli mesajların facebook, odnoklassniki, vatsapp, tvitter kimi sosial xəbərləşmə şəbəkələri üzərindən də ötürülməsi mümkündür.
Bu gün Eldar Mahmudovun belə vasitələrə çıxışı haqda konkret nəsə demək üçün məlumatlara malik deyilik. Amma “vurulmuş” kadr olaraq E.Mahmudovun revanş hissi ilə yaşaması şübhəsizdir. Onun sıradan çıxarılmasında rolu olanlardan əvəz çıxmaq, intiqam almaq arzusunun olması da təbiidir. Bu baxımdan Eldar Mahmudovun bağlı olduğu deyilən xarici qüvvələr vasitəsilə də şifrəli mesajlarını istədiyi ünvanlara çatdırmaqla özünü qoruya bilər.
Bir neçə ay öncə maliyyə naziri Samir Şərifov haqda  sensasion sayıla biləcək iddialar ortaya çıxdı. SSRİ KQB-sinin I Baş İdarəsinin keçmiş zabiti, bir vaxtlar əfsanəvi sayılan sovet kəşfiyyatçısı, eks-mayor Yuri Şvetsin heç vaxt nəzər salmadığı, onun üçün uzaq və anlaşılmaz ölkə olan Azərbaycana yönələn müsahibə verdi. Ukrayna portallarından birinə verilmiş müsahibədə eks-kəşfiyyatçı Azərbaycanın maliyyə naziri Samir Şərifovu hədəf götürdü, onu 3 qat agent adlandırdı.
S.Şərifov Şvetsi niyə bu qədər  maraqlandırıb? Keçmiş KQB zabitinin Azərbaycanın maliyyə nazirinin fəaliyyətinə diqqəti haradan qaynaqlanırdı?
Samir Şərifovla Eldar Mahmudovun qudası Cahangir Hacıyevin münasibətlərini nəzərə alanda Şvetsin “ilhamverici” qüvvəsinin kimliyi də ortaya çıxır. Bu məqam həm də deputat Zahid Orucun dediyi kimi, sabiq nazirin şifrəli mesajlarını ötürmək iqtidarında olduğunu da təsdiqləyir.
Əgər S.Şərifovla bağlı məlumatların Şvetsə yönləndirilməsində iddia olunduğu kimi, sabiq nazirin rolu varsa, deməli, Eldar Mahmudov Azərbaycanın siyasi elitasına daxil olan digər şəxslər barəsində də eyni addımları ata bilər. Vaxtilə xüsusi xidmət orqanlarında çalışmış və ya əməkdaşlıq etmiş şəxs hər vaxt Azərbaycanın adı çəkilməyən sayta və ya qəzetə müsahibə verməklə bütün Azərbaycan cəmiyyətini silkələyə biləcək məlumatları ictimailəşdirə bilər.
Bu baxımdan Z.Orucun E.Mahmudovun şifrəli mesajlarla özünü qorumasını vurğulamasını təsadüfi hesab etmək olmaz. Mümkündür ki, E.Mahmudov S.Şərifovla bağlı məlum müsahibəni təşkil etməklə “iki hədəfə 1 güllə” atıb. Həm S.Şərifovu həbsdəki C.Hacıyevə qarşı addımlardan çəkindirməyə çalışıb, digər tərəfdən isə əlində kompromatların olduğunu bir daha nümayiş etdirməklə özünü sığortalayıb.
Previous Post

Eldar Mahmudovun şifrəli mesajları haqda heyrətamiz məlumatlar

Next Post

“Gürcüstanda ermənilərlə azərbaycanlılar arasında normal münasibət var, belə də olmalıdır…”

Bənzər yazılar

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

12 Oktyabr 2026 - 23:40

İran həm diplomatiya, həm də ölkəni müdafiə etmək üçün hazırdır. Elchi.az ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran xarici...

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

12 Oktyabr 2026 - 23:38

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb. Elchi.az paylaşımı...

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

12 Oktyabr 2026 - 23:35

Bazar günü Hörmüz boğazından keçən tanker atəşə tutulub. Elchi.az xəbər verir ki, bu barədə bazar ertəsi Böyük Britaniya Hərbi Dəniz...

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

12 Oktyabr 2026 - 23:31

İran Xarici İşlər Nazirliyi (XİN) Böyük Britaniyanın Tehrana qarşı ittihamlarını pisləyib. Elchi.az IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran...

Next Post

“Gürcüstanda ermənilərlə azərbaycanlılar arasında normal münasibət var, belə də olmalıdır...”

“Gürcüstanda ermənilərlə azərbaycanlılar arasında normal münasibət var, belə də olmalıdır...”

Son xəbərlər

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

12 Oktyabr 2026 - 23:40
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

12 Oktyabr 2026 - 23:38
UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

12 Oktyabr 2026 - 23:35
İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

12 Oktyabr 2026 - 23:31
“Liverpul”un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib

“Liverpul”un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib

12 Oktyabr 2026 - 22:54
İran səfiri Böyük Britaniya XİN-in iddiasını rədd edib

İran səfiri Böyük Britaniya XİN-in iddiasını rədd edib

12 Oktyabr 2026 - 22:53
Bəhreynin “Gulf Air” şirkəti Ər-Riyada uçuşları dayandırıb

Bəhreynin “Gulf Air” şirkəti Ər-Riyada uçuşları dayandırıb

12 Oktyabr 2026 - 22:00
Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq

Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq

12 Oktyabr 2026 - 21:58
Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib

Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib

12 Oktyabr 2026 - 21:57
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

12 Oktyabr 2026 - 21:05
Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb

12 Oktyabr 2026 - 20:59
“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

12 Oktyabr 2026 - 20:44
Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

12 Oktyabr 2026 - 20:41
Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur

Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur

12 Oktyabr 2026 - 20:39
Böyük Britaniya İrana qarşı sanksiyalar elan edib

Böyük Britaniya İrana qarşı sanksiyalar elan edib

12 Oktyabr 2026 - 20:35
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.