"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“Gürcüstanda ermənilərlə azərbaycanlılar arasında normal münasibət var, belə də olmalıdır…”

26 May 2016 - 09:50
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Türk millətçiliyini zəhərləməyə çalışanlar… – Baxçalı

BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib

ABŞ Çin vətəndaşı ilə əlaqəli 5 təşkilata sanksiyalar tətbiq edib

“Gürcüstanda ermənilərlə azərbaycanlılar arasında normal münasibət var, belə də olmalıdır...”Tofiq Yaqublu: “Adamlar rayon mərkəzinə məni qarşılamağa bayraqlarla gəlmişdilər”

Mart əfvi ilə azadlığa çıxan Müsavat başqanının müavini Tofiq Yaqublu hazırda doğulduğu Gürcüstanın Borçalı mahalındadır. Həbsdən çıxandan sonra ilk dəfə yaxınları ilə görüşən başqan müavini sosial şəbəkələrdə paylaşdığı fotolarla səfər təəssüratlarını azacıq olsa da bölüşür.
 
Yaqublu ilə 3 illik ayrılıqdan sonra getdiyi əzəli Azərbaycan torpaqları, Gürcüstanda yaşayan soydaşlarımızın yaşayış durumları və digər məsələlərlə bağlı söhbət etdik. 
Keçmiş vicdan məhbusu üç il əvvəlki tarixi ərazilərimizin hazırkı durumunda müsbətə doğru ciddi dəyişikliklərin olduğunu söylədi: “Rayon mərkəzindən kəndimizə gedən yol əvvəllər bərbad vəziyyətdə idi. Amma indi keyfiyyətli  yol çəkiblər. Mərkəzdən kəndimizə indi 12 dəqiqəyə çatmaq olur. Tiflisin özündə də ciddi dəyişikliklər var. Yeni binalar tikilib. Gəzdiyim ərazilərin gözəlləşdiyinin şahidi oldum, kəndlərə qaz çəkilib, evlər təmir olunub. İnsanın ürəyi dağa dönür. İnsanlar da məişətlərini durmadan yaxşılaşdırırlar. Bizim kəndlə Kəpənəkçi kəndi arasında Xaçın adlı erməni kəndi var. Bərbad gündədir. Amma o kəndin sağ və solunda türk kəndləri var. İncəoğlu və Kəpənəkçi kəndinə baxırsan təmirli, gözəldir.  Kənd camaatı əkin-biçinlə, maldarlıqla məşğuldur. Texniki imkanlar əvvəlki illərə nisbətən artıb, kənd sakinləri daha çox məhsul əldə edirlər. Bildiyiniz kimi, yayda Avropa Birliyi ilə Gürcüstan arasındakı viza məsələsi həll olunacaq. Gürcü vətəndaşları rahat şəkildə Avropa ölkələrinə gedəcəklər. Soydaşlarımızda da böyük ümidlər yaranıb. Rusiyanın yaratdığı çətinliklər məlumdur. Amma Avropa Birliyinin viza məsələsini həll etməsi gürcü vətəndaşlarına fürsət yaradacaq ki, xarici ölkələrdə işləyə bilsinlər. Soydaşlarımızın ümidləri boşuna deyil. Kəndli həyatı istər Azərbaycan, istərsə də bura olsun, eynidir. Hər iki ölkədə eyni işlə məşğul olurlar. Göz ilə görünən odur ki, Borçalı ilbəil daha da inkişaf edir, gözəlləşir. 10 il əvvəl insanlar ev də təmir etmirdilər ki, müvəqqəti yaşayırıq. Amma indi fərqli situasiya yaranıb”.
 
Başqan müavini uzun müddətdən sonra doğma elində yaxınları, dostları ilə görüşündən və keçirdiyi duyğusal hisslərdən də söz açdı: “Mənim üçün gözəl anlar oldu. Kəndçilərim, qohum-əqrəbam məni təmtəraqlı qarşıladılar, hətta utandırdılar. Rayon mərkəzinə məni qarşılamaq üçün çox adamlar avtomobillər, bayraqlarla  gəlmişdilər. Həyətimizə çoxsaylı soydaşlarımız toplamışdılar, küçələrdən keçəndə mənə əl edirdilər. Bu anlar xoşuma gəldi, o mənada ki, bunları Borçalı camaatının Azərbaycan müxalifətinə olan dəstəyi kimi başa düşdüm. Gürcüstanda yaşayan soydaşlarımız demokratiyanın ölkəyə nələr verdiyinin fərqindədirlər. Gürcüstanla Azərbaycan arasındakı fərqi çox asanlıqla sezə bilirlər. İlk fərqləri ”Sınıq körpü” keçid məntəqəsində görürlər. Gürcüstan tamam başqa ölkədir, hər şey qanun çərçivəsindədir. Soydaşlarımız Gürcüstanın bu yerlərə məhz demokratiya sahəsində gəldiyinə əmin olublar. Onlar yaxşı bilirlər ki, Tofiq Yaqublu Azərbaycanda demokratiya uğrunda mübarizə aparır, ölkəsində haqq-ədalətin bərpasını istəyir. Verdikləri dəstəyə görə onlara minnətdaram. O qədər çox dəvətlər var ki, inanın, vaxt edib iştirak edə bilmirəm. Bunlar məni duyğulandırır. Təəssüf ki, vaxtım azdır. 28 mayda Novxanı qəsəbəsində olmalıyam. Yəqin ki, 27-sində buradan çıxacam”.
Başqan müavini Azərbaycan və Gürcüstanda yaşayan azərbaycanlıların siyasi proseslərə baxışlarına da toxundu: “Ciddi fərqlər var. Əminəm ki, Azərbaycan vətəndaşları buradakı soydaşlarımız kimi siyasi dəyişikliyə inansalar, bunu dərk etsələr, ölkəmizdə dəyişikliklər daha tez olar. Amma etiraf edək ki, burada dəyişikliklər olan vaxt soydaşlarımız siyasi proseslərə ciddi yanaşmırdılar. Sanki bunlar milli mentalitetimizlə bağlıdır. Amma son illərdəki hakimiyyət dəyişiklikləri insanlarımızın sanki gözlərini açıb. Siyasi partiyalara üzv olurlar, mübarizə aparırlar, seçkilərdən gözləntiləri olur. Düşünmürlər ki, kimin gəlməyinin bizə dəxli yoxdur, yaxud kim gəlirsə gəlsin. Hamı əmindir ki, seçkilərdə verəcəyi səsin təsiri olacaq. Baxırsan ki, yaşlı insanlar siyasi müzakirələr aparırlar, obyektiv dəlillər irəli sürürlər. Buna sevinməmək mümkün deyil. Bu situasiyanın yaranmasına heç şübhəsiz ki, ”Qızılgül” inqilabından sonra gedən proseslər səbəb olub. İnsanlar həqiqəti artıq dərk ediblər. Oxuduğum məktəbə getdim, müəllimlərlə görüşdüm. 70-ci illərdə situasiya fərqli idi. Gürcü dili dərsində futbol oynayırdıq. Amma indi gürcü dilini soydaşlarımız öyrənirlər. Artıq dərk edirlər ki, bura Gürcüstandır, bu ölkənin dilini bilmək vacibdir. Burada valideynlərin də təsiri çoxdur. Bu da sevindirici haldır”.
T.Yaqublu hazırkı gürcü hakimiyyətinin soydaşlarımıza münasibətinin müsbət olduğunu qeyd etdi: “Çox normal münasibət var. Demokratiya nəyi tələb edirsə, onu da edirlər. Hakimiyyətin milli zəmindəki münasibəti  gündəmdən çıxıb. Əvvəllər gürcü-azərbaycanlı söhbəti var idi. Hökumət indi heç bir fərq qoymur. İnsanların hüquqları var, bu hüquqlar da hər kəs arasında bərabər paylanıb. Gürcüstanda yaşayan ermənilər və azərbaycanlılar arasında da normal münasibət var. Sözsüz ki, onlar ermənilərin, azərbaycanlılar da bizim təəssübümüzü çəkirlər. Belə də olmalıdır. Çünki məişət birdir. Sovetlik, inzibati idarələr bir yerdədir. Sovet dövründəki birgə yaşayış qalıb. Bunu dəyişmək mümkün deyil”.
 
Müsahibimiz AXCP-Müsavat birliyi müzakirələrindəki son durumdan da danışdı: “Proses dayanmayıb. Əvvəl də ehtiyatlı danışırdım.  AXCP-Müsavat münasibətlərinin gərgin olduğunu bilirdim. İlk addımlardan əmin oldum ki, hər iki partiya rəhbərliyi bu zərurəti dərk edirlər. Sadəcə, prosesləri qabaqlamaq lazım deyil. Ümidlərim artıb. Sadəcə, ölkədə bir siyasi proses yoxdur ki, bunlar görünsün. Narazılıqlar əvvəlki kimi deyil. Müşahidə etsəniz görərsiniz. Qarşıdakı illərdə birlik zərurəti yaranacaq və hər kəs bunu görəcək. O zaman müxalifət birlikdə olacaq. Hər iki partiya rəhbərliyində ağıllı insanlar var. Bunu tək mənimlə bağlamaq düzgün deyil. Hər iki qurum eyni yoldadır. Onlar da Novxanıya gedəcəklər, biz də. Bunu birlikdə etmək də olardı. Amma prosesləri sürətləndirməyə ehtiyac yoxdur. Bu adi bir bayram tədbiridir. Bizlər Rəsulzadənin davamçılarıyıq”.
Previous Post

“Gürcüstanda ermənilərlə azərbaycanlılar arasında normal münasibət var, belə də olmalıdır…”

Next Post

Putinin müşaviri “Donbas” deyib Qarabağı işarə verdi – “Separatçı ərazilər bizlikdir!”

Bənzər yazılar

Türk millətçiliyini zəhərləməyə çalışanlar… – Baxçalı

Türk millətçiliyini zəhərləməyə çalışanlar… – Baxçalı

20 Oktyabr 2026 - 15:08

12 sentyabr çevrilişindən sonra türk millətçiliyi ideologiyasını və Milliyyətçi Hərəkat Partiyasını (MHP) sarsıtmağa çalışanlar indi də kənardan gətirilmiş anlayışlar və...

BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib

BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib

19 Oktyabr 2026 - 21:32

Azərbaycanın BMT Baş Assambleyasının Altıncı Komitəsində gündəliyin 81-ci bəndi ("1949-cu il Cenevrə Konvensiyalarına əlavə və silahlı münaqişə qurbanlarının müdafiəsinə dair...

ABŞ Çin vətəndaşı ilə əlaqəli 5 təşkilata sanksiyalar tətbiq edib

ABŞ Çin vətəndaşı ilə əlaqəli 5 təşkilata sanksiyalar tətbiq edib

19 Oktyabr 2026 - 21:30

ABŞ Dövlət Departamenti amerikalı şəxslərdən kommersiya sirlərinin oğurlanması ilə əlaqədar Çin vətəndaşı Linvey Din ilə əlaqəli 5 təşkilata qarşı sanksiyalar...

Özbəkistanla ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə edilib

Özbəkistanla ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə edilib

19 Oktyabr 2026 - 21:27

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə ABŞ-nin dövlət katibi Marko Rubio görüş zamanı strateji tərəfdaşlığın möhkəmləndirilməsini və ikitərəfli, o cümlədən ticarət,...

Next Post

Putinin müşaviri “Donbas” deyib Qarabağı işarə verdi – “Separatçı ərazilər bizlikdir!”

Putinin müşaviri “Donbas” deyib Qarabağı işarə verdi – “Separatçı ərazilər bizlikdir!”

Son xəbərlər

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək – CƏDVƏL

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək – CƏDVƏL

20 Oktyabr 2026 - 16:37
Azərbaycanla BMT arasında Anlaşma Memorandumu təsdiq edilib

Azərbaycanla BMT arasında Anlaşma Memorandumu təsdiq edilib

20 Oktyabr 2026 - 16:14
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradılıb

Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradılıb

20 Oktyabr 2026 - 16:09
Qarabağ Milli Parkı yaradılır – SƏRƏNCAM

Qarabağ Milli Parkı yaradılır – SƏRƏNCAM

20 Oktyabr 2026 - 16:03
Trampın reytinqi 31%-ə düşüb

Trampın reytinqi 31%-ə düşüb

20 Oktyabr 2026 - 16:00
“Şərqi Azəri” platformasından hasil olunan neftin həcmi açıqlanıb

“Şərqi Azəri” platformasından hasil olunan neftin həcmi açıqlanıb

20 Oktyabr 2026 - 15:44
Ukrayna Rusiya ilə dialoqu bərpa etməyə çağırılıb

Ukrayna Rusiya ilə dialoqu bərpa etməyə çağırılıb

20 Oktyabr 2026 - 15:30
Kartla ödəniş üçün ən azı 1 manatlıq alış etməlisiniz? – RƏSMİ

Kartla ödəniş üçün ən azı 1 manatlıq alış etməlisiniz? – RƏSMİ

20 Oktyabr 2026 - 15:16
Türk millətçiliyini zəhərləməyə çalışanlar… – Baxçalı

Türk millətçiliyini zəhərləməyə çalışanlar… – Baxçalı

20 Oktyabr 2026 - 15:08
Federasiya Şurasından Kallasa XƏBƏRDARLIQ

Federasiya Şurasından Kallasa XƏBƏRDARLIQ

20 Oktyabr 2026 - 15:00
Vuçiçdən Rusiya ilə münasibətlərə görə Avropaya SƏRT CAVAB

Vuçiçdən Rusiya ilə münasibətlərə görə Avropaya SƏRT CAVAB

20 Oktyabr 2026 - 14:52
BŞİH-də qışa hazırlığa həsr olunmuş müşavirə keçirilib

BŞİH-də qışa hazırlığa həsr olunmuş müşavirə keçirilib

20 Oktyabr 2026 - 14:43
QHT-lər üçün qrant müsabiqəsi elan edildi

QHT-lər üçün qrant müsabiqəsi elan edildi

20 Oktyabr 2026 - 14:30
Azərbaycanda KSM  institutunun inkişafı üçün biznes və QHT-lərin missiyası necə olmalıdır?

Azərbaycanda KSM institutunun inkişafı üçün biznes və QHT-lərin missiyası necə olmalıdır?

20 Oktyabr 2026 - 14:16
Bakıda bu şəxslər üçün pulsuz avtobuslar ayrıldı

Bakıda bu şəxslər üçün pulsuz avtobuslar ayrıldı

20 Oktyabr 2026 - 14:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.