"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Eldar Həsənovun «Qızıl dəvə» problemi: “MTN İŞİ” SƏFİRİ ÇƏTİNƏ SALIB

08 Dekabr 2015 - 22:16
in aktual-banner, Banner
FacebookVatsap
Eldar Həsənovun «Qızıl dəvə» problemi: “MTN İŞİ” SƏFİRİ ÇƏTİNƏ SALIB

Zakir Tağıyev ona məxsus 7 milyonluq heykəlin tapılması üçün Baş Prokurorluqdan yardım istəyib, səfirlə bağlı araşdırmalar isə “Delta Com”a qədər uzanır

Bunu da oxuyun

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

Eldar Mahmudovun və kriminal dəstəsinin MTN-dən kənarlaşdırılmasından sonra bir çox qaranlıq işlərə işıq düşməkdədir. Artıq müəmmaya çevrilən bir sıra cinayətlərin də izi məhz MTN generallarına aparıb çıxarır. Belə işlərdən biri də keçmiş Baş prokuror, hazırda Balkan ölkələrində səfir vəzifəsində çalışan Eldar Həsənovun Eldar Mahmudovla iş birliyi içində olması barədə məlumatların ortaya çıxmasıdır.

Mətbuata daxil olan ilginc məlumata görə, təqribən on il bundan əvvəl müəmmalı şəkildə yoxa çıxan, prezidentliyə keçmiş namizəd, iş adamı Zakir Tağıyevə məxsus olan və dəyəri 6 milyondan artıq olan «Qızıl dəvə»nin prokurorluq işçiləri tərəfindən Zakir Tağıyevin evindən götürürlməsindən sonra, həmin «Qızıl dəvə»nin Dubayda peyda olması birbaşa Eldar Mahmudovla Eldar Həsənovun iş birliyi nəticəsində baş verib.

Zakir Tağıyevin qohumlarının verdiyi məlumata görə, Dubayda satılırkən aşkarlanan və sonradan yenidən yoxa çıxan «Qızıl dəvə»nin tapılması üçün Zakir Tağıyev yenidən Baş Prokurorluğa müraciət edib. İş adamı müraciətində «Qızıl dəvə»nin Dubaya aparlmasında və sonra Dubaydan da yoxa çıxmasında MTN işçilərinin rolu haqqında ətraflı məlumat verib. Mənbənin bildirdiyinə görə, Zakir Tağıyevin ərizəsi Baş Prkurorluqda icraata alınıb və onun araşdırılma aparılmasını, xüsusən də istitaq zamanı «Qızıl dəvə»nin Akif Çovdarovdan sorulmasını gözləyir.

Mənbənin bildirdiyinə görə, «Qızıl dəvə»nin Dubaya aparılıb, orda satmağa cəhd olunmasını birbaşa Eldar Həsənov sabiq MTN şefindən özü xahiş edib. Lakin sonradan Dubayda satışı həyata keçirmək mümükün olmayıb. Çünki Dubay polisi təqribən 7 milyona satılan «Qızıl dəvə»nin oğurluq olub-olmamasını yoxlamağa başlanması Eldar Həsənovu qorxudub. Bundan sonra Eldar Həsənovun Dubaydakı adamı «MTN-nin pəncərəsi»ndən istifadə edərək «Qızıl dəvə»ni yenidən Bakıya qaytarıb. Hazırda isə «Qızıl dəvə»nin harda olması ilə heç bir təsəvvür yoxdur. Ehtimala əsasən «Qızıl dəvə» Eldar Mahmudov tərəfindən gizlədilib.

Qeyd edək ki, 1995-ci ildə həmin vaxt prezidentliyə namizəd olmuş tanınmış iş adamı Zakir Tağıyevin evində Baş Prokurorluğun əməkdaşları axtarış aparıblar. Axtarış zamanı Tağıyevin evində olan, qiyməti milyonlarla dollar dəyərində qızıldan hazırlanmış dəvə heykəli yoxa çıxıb. Həmin yoxa çıxmış dəvə isə bir xeyli sonra Dubayda peyda olub.

Mətbuatın yaydığı məlumata görə araşdırmalar nəticəsində məlum olub ki, Zakir Tağıyev sözügedən qızıl dəvə heykəlini hələ 90-cı illərin əvvəllərində heykəltaraş Rahib Həsənova hazırlatdırıb. Moskvada ərsəyə gələn heykəli qanuniləşdirmək məqsədi ilə Tağıyevlə Həsənov arasında müqavilə belə bağlanılıb və daha sonra malın kimə məxsus olmasına dair sertifikat alınıb.

Amma əməliyyat-axtarış tərdbirlərindən sonra yoxa çıxmış «Qızıl Dəvə» Dubayda satılarkən, satan şəxs «ilişir». Məlum olur ki, həmin heykəlin qiymətləndirilməsi üçün ABŞ-dan dəvət edilmiş ekspert ona 6,8 milyon dollar qiymət qoyub. Belə bahalı malı satarkən Dubay polisinin də araşdırması, onun oğurluq olub-olmaması vacib hal sayıldığından onların rəyi nəzərə alınır. Və məlum olur ki, «Qızıl Dəvə»nin həqiqi sahibi heç də satan şəxslər deyil, Zakir Tağıyevdir.

Bu heykəl Fransada təşkil olunmuş sərgidə Tağıyevin əmlakı olaraq nümayiş belə etdirilib. Vəziyyətin qəlizləşdiyini görən satıcılar dərhal Bakıya qayıtmalı olublar. Daha doğrusu, canlarını qurtarıblar.

Lakin məsələ bununla da bitmir. Eldar Həsənovun adamları olan şəxslərin «Qızıl Dəvə»nin orjinalını itirmək üçün onun «kopya»sını hazırlamağa başlayıblar. Bir il bundan əvvəl həmin surət də hazırlanır və kimə satıldığı isə məlum deyil.

Onu da bildirək ki, Dubayda heykəli satmaq istəyənlərin Eldar Həsənovun yaxın adamları olduğu və onların bir neçə belə «əməliyyatlar» həyata keçirdikləri də iddia olunur. Vurğulanır ki, həmin şəxslər uzun müddət bu fəaliyyətlə məşğul olublar və onları MTN «sığorta» edib. Bu isə Eldar Həsənovla Eldar Mahmudovun işbirliyi nəticəsində mümkün olub.

Başqa bir mənbədən daxil olan məlumata görə Eldar Həsənovla Eldar Mahmudovun işbirliyi həmçinin «Delta Com» şirkətində də baş verib. Eldar Mahmudovun işdən azad olunmasından sonra müəmmalı şəkildə yanan və Azərbaycanı internetlə təmin edən əsas «Delta Com» şirkətinin payçılarından birinin də məhz Eldar Həsənov olduğu bildirilir.

Bu barədə isə növbəti yazımızda. Bizi izləməkdə davam edin. Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Previous Post

Eldar Həsənovun «Qızıl dəvə» problemi: “MTN İŞİ” SƏFİRİ ÇƏTİNƏ SALIB

Next Post

Eldar Həsənovun «Qızıl dəvə» problemi: “MTN İŞİ” SƏFİRİ ÇƏTİNƏ SALIB

Bənzər yazılar

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

15 İyul 2026 - 23:26

Odessa şəhəri yaxınlığında dron hücumuna məruz qalan gəmidən xilas edilən 10 Azərbaycan vətəndaşı bu gün Ukraynadan Vətənə yola salınıb. Elchi.az...

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

15 İyul 2026 - 23:22

ABŞ-la qarşılıqlı anlaşma memorandumu onun müddəalarına əməl edildiyi zaman məna daşıyır, əks halda İranın ona riayət etməsi üçün heç bir...

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

15 May 2026 - 20:32

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiya Silahlı Qüvvələrinin Ukraynaya, xüsusilə "qərar qəbuletmə mərkəzləri"nə yeni raket-dron zərbələri endirməyə hazırlaşması barədə...

KİV: ABŞ Çinin hərbi fəaliyyətinin izlənilməsini təkmilləşdirmək üçün 12 milyard dollardan çox vəsait xərcləyəcək

KİV: ABŞ Çinin hərbi fəaliyyətinin izlənilməsini təkmilləşdirmək üçün 12 milyard dollardan çox vəsait xərcləyəcək

25 Fevral 2026 - 23:25

ABŞ hakimiyyəti Çinin hərbi fəaliyyətini izləmə sistemini gücləndirmək məqsədilə daha 12,6 milyard dollar xərcləyə bilər. Elchi.az xəbər verir ki, bu...

Next Post

Eldar Həsənovun «Qızıl dəvə» problemi: “MTN İŞİ” SƏFİRİ ÇƏTİNƏ SALIB

Eldar Həsənovun «Qızıl dəvə» problemi: “MTN İŞİ” SƏFİRİ ÇƏTİNƏ SALIB

Son xəbərlər

Pezeşkianla Xameneinin görüntüləri yayıldı – (Video)

Pezeşkianla Xameneinin görüntüləri yayıldı – (Video)

17 Avqust 2026 - 15:13
Aİ Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar paketini hazırlayır

Aİ Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar paketini hazırlayır

17 Avqust 2026 - 15:00
Azərbaycanla bağlı sevindirici göstərici – Dünyada 15-ciyik!

Azərbaycanla bağlı sevindirici göstərici – Dünyada 15-ciyik!

17 Avqust 2026 - 14:53
Bu gün “Qarabağ”ın matçı var

Bu gün “Qarabağ”ın matçı var

17 Avqust 2026 - 14:44
Ukraynalı səfir İlham Əliyevə təşəkkür etdi

Ukraynalı səfir İlham Əliyevə təşəkkür etdi

17 Avqust 2026 - 14:30
DİN əməliyyat keçirib, saxta profillərlə kiberdələduzluq edən 8 nəfər saxlanılıb – VİDEO

DİN əməliyyat keçirib, saxta profillərlə kiberdələduzluq edən 8 nəfər saxlanılıb – VİDEO

17 Avqust 2026 - 14:14
“Bu üç ölkədən birinə hücum edilərsə…” – Ərdoğan

“Bu üç ölkədən birinə hücum edilərsə…” – Ərdoğan

17 Avqust 2026 - 14:00
Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

17 Avqust 2026 - 13:45
İxtisas seçimi ilə bağlı vədlərə inanmayın!

İxtisas seçimi ilə bağlı vədlərə inanmayın!

17 Avqust 2026 - 13:30
İstanbul aeroportu rekord qırıb

İstanbul aeroportu rekord qırıb

17 Avqust 2026 - 13:16
Çin yeni bir peyk buraxıb

Çin yeni bir peyk buraxıb

17 Avqust 2026 - 13:00
Bu ilin I yarımilində yanğın zamanı 22 nəfər həlak olub

Bu ilin I yarımilində yanğın zamanı 22 nəfər həlak olub

17 Avqust 2026 - 12:52
Son altı ayda təbii və texnogen mənşəli hadisələrdə 28 nəfər ölüb

Son altı ayda təbii və texnogen mənşəli hadisələrdə 28 nəfər ölüb

17 Avqust 2026 - 12:43
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

17 Avqust 2026 - 12:30
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident İlham Əliyev DSX-nin bir qrup hərbi qulluqçusunu təltif edib

17 Avqust 2026 - 12:24
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.