"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Elçibəyin oğlu: “Atanın satqın olması çox pis şeydir…”

16 Fevral 2017 - 15:07
in XƏBƏR LENTİ
FacebookVatsap

Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyevin Lent.az-a yazısını təqdim edirik.
Son günlər Zərdüşt Əlizadənin müsahibəsində atam haqqında dedikləri ilə bağlı söz-söhbətlər gedir. Dünən bu barədə mənim də fikrim soruşuldu, lakin müsahibə barədə tam məlumatlı olmadığımdan qısa cavab verdim. Sonradan həm müsahibə ilə, həm də digər yazılarla tanış oldum və fikrimi yazılı şəkildə sizlərə çatdırmağı düşündüm.
Siyasətlə məşğul olmasam da, gündəlik mətbuatı, internet və sosial medianı izləyən adamam. Lakin son günlər, bəzi şəxsi işlərimlə əlaqədar başım qarışıq olduğundan, açığı, baş verənlərdən xəbərim yox idi. Həm də, mənim atam sıradan bir insan olmadığından, zaman-zaman onun bir dövlət adamı və siyasətçi kimi tənqid olunmasına da, hakimiyyətdə olduğu dövrün araşdırılmasına da normal yanaşıram. Bunu elə məhz atamdan öyrənmişəm. Hətta düşmənləri belə onun böyük demokrat olduğunu danmırlar. Lakin bu gün müzakirə olunan məsələ, daha doğrusu, Zərdüştün dediklərinin bir xeylisinin nə siyasətə, nə də tarixə dəxli var.
Mən bir övlad və bir vətəndaş kimi yanaşıram məsələyə. Zərdüşt mənim atamın kürd olduğunu deyir. Bizim nəsil şəcərəmiz, ulu babalarımızın kimlər olması çox aydın və açıq şəkildə ortadadır. Necə ki, atam Türk olduğunu hər fürsətdə dilə gətirib, mən də Türk oğlu Türk olduğumla fəxr etmişəm. Milli kimlik, bu kimliyin fərqində olan insançün yalnız fəxarət ola bilər. Məgər dünyaya kürd, talış və ya ləzgi kimi gəlmək qəbahətdirmi? Mənim digər xalqlardan, etniklərdən tanıdığım kifayət qədər yaxşı insanlar, öz milli kimlikləri ilə fəxr edən adamlar var və bu, belə də olmalıdır.
Mən bir övlad kimi, bütün ömrüm boyu atama minnətdar və duaçı olacağam. Şərəfli və layiqli bir ömür yaşadığı, tər təmiz ad qoyub getdiyi üçün. Alnım hər zaman və hər kəsin qarşısında açıq olduğu üçün. Qoy Zərdüşt də bu barədə düşünsün. Öz vicdanı qarşısında təkbətək hesab versin, görək kim öz atasından daha çox razıdır? Atanın hansı millətdən olması övlada başıaşağılıq gətirməz, amma atanın satqın olması çox pis şeydir. Allah hər bir övladı belə utancdan qorusun!
Müsahibədə atama, Elçibəyə acıqlandığını deyir. Niyəsi maraqlıdır. Deyir ki, 30-40 adam yığışıb onu gözləyirdik. Maraqlıdır, adam niyə siyasi savadı olmadığı, xalqa düşmən olduğunu iddia elədiyin birisini oturub 40 dəqiqə gözləsin ki? Başlayardız da. Özü də söhbət 1999-2000-ci ildən gedir. Adama deyərlər, elə etiraz edən kişiydinsə, çıxıb gedərdin də…
Amma əgər atam hansısa tədbirə yubanarsa, yubandığına görə üzr istəyərdi. Hətta Zərdüştdən də. Bax, buna hamı inanar.
Müsahibənin bir yerində uzun-uzadı babalarından danışan adam, dərhal sonra deyir ki, “ümumiyyətlə, mənim nəyimə lazımdır sənin atan baban kim olub”. Nə deyim, vallah, Allah özü kömək olsun. Türk dilini başa düşmədiyini iddia edir, özününsə azərbaycan dilində danışdığından heç nə anlamaq olmur.
Ümumiyyətlə, arada bir belə söz-söhbətlər olur. Təbii ki, mediamız istənilən fikri  yayınlamaqda sərbəstdir, buna etiraz edə bilmərik.
Mən kənddə doğulmuşam, kənd uşağıyam. Ona görə də fikrimi sadə bir kənd bənzətməsi ilə bitirmək istəyirəm. Kəndin bağ-bağatını hər zaman öz xoş iyi ilə bəzəyən güllər-çiçəklər olur. Amma bundan başqa, nə olduğu məlum olan bəzi pisliklər də olur bağda. Formasını dəyişsə, qurusa da, bəzən bilərəkdən və ya bilməyərəkdən o pisliklərə kimsə toxunanda istənməyən, pis bir qoxu ətrafı bürüyür. Bu bir an çəkir, sadəcə bir an. Daha sonra yenə də bağ gül-çiçəyin iyinə bürünür. Hamımız gül-çiçək iyli bağı daha çox sevirik, elə deyilmi?

Bunu da oxuyun

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Azərbaycan-BƏƏ müştərək taktiki-uçuş təlimi keçirilir – VİDEO

Azərbaycan və Kamboca əməkdaşlığı genişləndirir

Previous Post

Elçibəyin oğlu: “Atanın satqın olması çox pis şeydir…”

Next Post

Dünya birliyi Qarabağdakı `referendum`u tanınmayacaq

Bənzər yazılar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

12 Oktyabr 2026 - 19:20

“Azərbaycanda təhsilalanlar və təhsilverənlər üçün vahid geyim qaydalarının təsdiq edilməsi dünyəvi təhsil prinsipinin, habelə təhsil mühitində vahid yanaşmanın təmin olunmasına...

Azərbaycan-BƏƏ müştərək taktiki-uçuş təlimi keçirilir – VİDEO

Azərbaycan-BƏƏ müştərək taktiki-uçuş təlimi keçirilir – VİDEO

12 Oktyabr 2026 - 18:26

Ölkəmizdə Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hərbi Hava Qüvvələrinin aviasiyası, eləcə də hava hücumundan müdafiə vasitələrinin iştirakı ilə “Şahinlərin...

Azərbaycan və Kamboca əməkdaşlığı genişləndirir

Azərbaycan və Kamboca əməkdaşlığı genişləndirir

12 Oktyabr 2026 - 16:24

Azərbaycanın praqmatik xarici siyasət kursu dünya ölkələri ilə milli maraqlara söykənən əməkdaşlığın genişlənməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və dövlətlərarası münasibətlərin bərabərhüquqlu...

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 - 15:13

Ukrayna Silahlı Qüvvələri (USQ) oktyabrın 9-na keçən gecə Rusiyanın Nijni Novqorod vilayətində, Sırovatixa yaşayış məntəqəsi yaxınlığında yerləşən Qitələrarası Ballistik Raketlərin...

Next Post

Dünya birliyi Qarabağdakı `referendum`u tanınmayacaq

Namiq Əsgərov prezidentin sərəncamını dəyərləndirdi

Son xəbərlər

Merz ABŞ və Rusiya arasında yanacaqla bağlı razılaşmaya münasibət bildirib

Merz ABŞ və Rusiya arasında yanacaqla bağlı razılaşmaya münasibət bildirib

12 Oktyabr 2026 - 19:28
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

12 Oktyabr 2026 - 19:20
Lavrov: Zelenskinin dincəlməyə layiq olduğunu düşünmürəm

Lavrov: Zelenskinin dincəlməyə layiq olduğunu düşünmürəm

12 Oktyabr 2026 - 19:11
Bakıda Azərbaycan-Kamboca biznes forumu keçirilib – YENİLƏNİB

Bakıda Azərbaycan-Kamboca biznes forumu keçirilib – YENİLƏNİB

12 Oktyabr 2026 - 18:56
Zelenski: Ukraynada seçkilər mümkün deyil

Zelenski: Ukraynada seçkilər mümkün deyil

12 Oktyabr 2026 - 18:43
Kəmaləddin Heydərov İranın daxili işlər naziri ilə görüşüb

Kəmaləddin Heydərov İranın daxili işlər naziri ilə görüşüb

12 Oktyabr 2026 - 18:35
Azərbaycan-BƏƏ müştərək taktiki-uçuş təlimi keçirilir – VİDEO

Azərbaycan-BƏƏ müştərək taktiki-uçuş təlimi keçirilir – VİDEO

12 Oktyabr 2026 - 18:26
“Sabah”ın oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Sabah”ın oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

12 Oktyabr 2026 - 18:19
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb

Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb

12 Oktyabr 2026 - 17:57
Düyüdəki gizli təhlükə!

Düyüdəki gizli təhlükə!

12 Oktyabr 2026 - 17:45
Tramp ilə Zelenski arasında gərginlik artır

Tramp ilə Zelenski arasında gərginlik artır

12 Oktyabr 2026 - 17:36
Aİ Rusiyanın hərbi-sənaye kompleksinə qarşı təxminən 1600 yeni sanksiya tətbiq edir

Aİ Rusiyanın hərbi-sənaye kompleksinə qarşı təxminən 1600 yeni sanksiya tətbiq edir

12 Oktyabr 2026 - 17:28
Küləklə bağlı sarı xəbərdarlıq verilib

Küləklə bağlı sarı xəbərdarlıq verilib

12 Oktyabr 2026 - 17:17
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

12 Oktyabr 2026 - 17:09
Çin xarici işlər naziri Van İ Azərbaycana səfər edəcək

Çin xarici işlər naziri Van İ Azərbaycana səfər edəcək

12 Oktyabr 2026 - 16:57
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.