"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Elçibəyin Sovet məhkəməsində 20 yanvarla bağlı çıxışı: “Corc Buş AXC-dən üzr istədi, Özala dedim ki, bu, şiəlik hərəkatı deyil” – TARİX

20 Yanvar 2016 - 08:33
in GÜNDƏM
FacebookVatsap

elcibey06.png

20 yanvar 1990-cı il Azərbaycan xalqının tarixinə qanlı gün kimi yazılaraq, onun müstəqillik qazanmasında ən önəmli səhifəsini təşkil edir.

Bunu da oxuyun

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Azərbaycan-BƏƏ müştərək taktiki-uçuş təlimi keçirilir – VİDEO

Xəzərlə bağlı bu davam edərsə, nəticələr fəlakətli ola bilər

SSRİ prezidenti Mixail Qorbaçovun rəhbərliyi ilə qəddarcasına həyata keçirilən bu qətliamda yüzlərlə insan –uşaq, qadın, qoca həlak oldu. Azadlıq Hərəkatının mühüm periodu olan 20 yanvar qətliamı özünün siyasi nəticəsini çox gözlətmədi. SSRİ-nin dağılmasının qarşısını belə qanlı cinayətlə saxlamaq cəhdi faydasız oldu: cəmi bir idən sonra müstəqil Azərbacanın üçrəngli bayrağı vətənmizin azadlığının simvolu kimi dalğalanırdı.

O vaxtdan 26 il ötüb. Faciə ilə bağlı çox suallar da açıq qalıb. Müxtəlif siyasi liderlərin 20 yanvarla bağlı çıxışlarını oxuduqca bu prosesin ağrılı izini bir daha hiss edirsən.

Strateq.az mərhum prezident, Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəyin heç vaxt çap olunmamış məhkəmə çıxışını oxuculara təqdim edir.

1990-cı ildə AXC İdarə Heyətinin üzvü Etibar Məmmədovun Mərdəkanda keçirlmiş məhkəmə prosesində şahid qismində ifadə verən Ə. Elçibəy 20 yanvarla bağlı qapalı qalmış maraqlı məqamlara toxunub.

etibar mehkeme.png

AMİP sədri Etibar Məmmədovun məhkəməsi. 1 noyabr 1990. Bakı, Mərdəkan

Çıxışı zamanı Əbülfəz Elçibəy 1990-cı ildə yaradılmış Milli Müdafiə Şurası ilə bağlı danışır. AXC sədri bildirir ki, Milli Müdafiə Şurası o zamankı Azərbaycan SSR rəhbərliynin dəstəyi ilə yaradılıb və Dağlıq Qarabağda erməni separatçılarının hucumlarının qarşısını almaq üçün nəzərdə tutulubmuş:

“Rayonlarda Milli Müdafiə Şurasına katiblər, prokurorlar, milis rəisləri üzv yazılırdılar. Rəhbərlik bizə silah məsələsində kömək etməyə söz vermişdi. Bizə deyilmişdi ki, yaradılması nəzərdə tutulmuş fəhlə drujinları hökümət tərəfindən rəsmiləşdirildikdən sonra silah veriləcəkdi. Bütün bu işlər detallı aparılırdı”.

AXC sədri bu prosesin başında Azərbaycan Kommunist Partiyasını ikinci katibi Viktor Polyaniçkonun durduğunu deyərək onu “yanvar faciəsinin müəllifi” adlandırıb:

“Onun da ötürücüsü Yaxın Şərq məsələsini hər cür fırladan Yevgeni Primakovdur. Ondan yuxarını mən tanımıram. Bu iki xəttin  işini də ən yaxşı yerinə yetirən Barannikovdur”.

Ə.Elçibəy məhkəmədən 20 yanvar qətlimanın açılmasını tələb edib: “Bu gün bu açılmasa, sabah başqa bəla bu xalqın başına gələr”, – deyir.

Daha sonra Ə. Elçibəy 20 yanvarla bağlı cinayət işini araşdıran vəkil Jinyavski ilə söhbətini açıqlayır. Vəkil Elçibəyə Azərbaycan Kommunist Partiyasının birinci katibi olmuş Əbdürrəhman Vəzirovdan və Nazilrlər Sovetinin sədri Ayaz Mütəllibovdan ifadə almağa hazırlaşdığını bildirib:

“Ona dedim ki, çağıra bilməyəcəksən. Gücün bizə çatacaq”.

“Bizim hərəkatı şiəlik hərəkatı elan etmək istəyirdilər”

AXC sədri daha sonra 20 yanvar faciəsinə aparan siyasi hadisələri açıqlayıb. O çıxışında bildirir ki, Azərbaycanda iki xətt aparılırdı:

“Deyirdilər ki, Azərbaycanda islam fundamentalizmi var. Bu da İrandan gəlir. Onlar xristianları və yəhudiləri qırıb qovacaqlar. Bu, psixoloji hazırılq idi. Mixail Qorbaçov özünü itirdi.  O saat dünyaya elan etdi ki, biz Bakıya demokratiyanı boğmağa getməmişik, İrandan keçmə islam fundamentlzimini məhv etmək üçün girmişik. Xarici işlər naziri Eduard Şverdnadze xaricdə olarkən ondan Bakıda baş vermiş hadisə barədə soruşdular. Dedi ki, Zaqafqaziyada millətçilik hərəkatı var, millətlər bir-birini qırırlar. Bunun qarşısını almaq üçün ordunu yeritdik.

Ancaq əsl həqiqəti hərbçilər dedilər: adətən, hərbi cəhətdən güclü olanlar siyasi cəhətdən çox zəif olurlar.  Odur ki, SSRİ müdafiə naziri Yazov birbaşa açıq dedi ki, məqsədləri AXC-nin strukturlarını dağıtmaqdır”.

qorbi bus.jpg

“Bir həfdən sonra Corc Buş dedi ki, “ABŞ AXC ilə bağlı tələsib və sözünü geri götürür”

Ə.Elçibəy daha sonra Azərbaycanda başlanan xalq hərəkatına dünya ölkələrinin liderlərinin münasibətini açıqlayıb. Onun sözlərinə görə, ABŞ prezidenti Corc Buş və Türkiyə prezidenti Turqut Özal  Azərbaycanda gedən proseslər haqqında əvvəlcə səhv məlumatlandırılıb:

“Corc Buşun özü də bu məsələdə çaşdı. Bakıya ordu girməsini müdafiə elədi. Bir həfdən sonra Buşa başa saldılar və o dedi ki, “ABŞ tələsib və sözünü geri götürür”. Türkiyənin prezidenti də səhv elədi. ABŞ-da olan Türkiyə prezidenti Azərbaycanda gedən xalq hərəkatını elə izah elədi ki, guya bu islam fundamentalizmi və şiəlik hərəkatıdır. Ona sual verəndə ki, “Azərbaycan məsələsinə necə baxırsınız?”  Özal cavabında “Azərbaycandakı hərəkat şiəlik hərəkatıdır. Biz isə sünnüyük. Onları müdaifə edə bilmərik ”,- dedi”.

Daha sonra Elçibəy vurğulayır ki, bu çıxışına görə, öz əlaqələri vasitəsilə Turqut Özala xəbər göndərib:

“Mən öz kanalım vasitəsilə Turqut Özala çatdırdım ki, Azərbaycanda  demokratik və xalq hərəkatı gedir. Bilmirsə danışmasın. Turqut Türkiyəyə qayıdandan sonra dedi ki, “məni ABŞ-da aldadıblar, Azərbaycandakı hərəkatı başa düşməmişəm”. Corc Buş da dedi ki, “Tələsməyin. AXC məsələsinə bir də baxmaq lazımdır””.

“Vəzirovun yıxılmasını 7-8 nəfər istəyirdi”

Daha sonra AXC sədri öz çıxışında Azərbaycanda hakimiyyət uğrunda gizli şəkildə mübarizə aparan yerli qruplara toxunur: “Ən böyük bədbəxtliyimiz o idi ki, Vəzirovun yıxılmasını 7-8 nəfər istəyirdi. Hamısı da onun yerinə göz dikmişdi. Bakı şəhər partiya komitəsinin rəhbəri Müslüm Məmmədov belə birinci katib olmaq istəyirdi. Bu adam dünən dediyini bu gün başqa cür deyirdi. Bunu ona deyəndə, “sklerozam da, yadımdan çıxıb” cavabını verirdi”.

Məhkəmə hakimi 19-20 yanvarda Milli Müdafiə Şurasının fəaliyyəti haqqında danışmağı xahiş edir.

Əbülfəz Elçibəy bildirir ki, sovet ordusuna qarşı əhali dinc müqavmət göstərib. Əhali yalnız ordunun şəhərə girməsinə etiraz edib: “Bizm yazıq millət tarixi kinolarda görüb ki, adətən, belə olanda bir ağacı yıxıb yolun üstünə qoyurlar, tanklar da dayanır. Bu camaat da belə elədi. Ordu əvvəl bir-iki gün buna qulaq asdı. Sabit bəy, Pənah bəy (Sabit Bağırov və Pənah Hüseyn nəzərdə tutulur-red) gedirdilər və danışırdlar ki, bu aksiya orduya qarşı deyil. Bizim nə döyüşmək gücümüz, nə belə fikirmiz var. Bu, sadəcə, gücə qarşı demokratik etirazdır. Camaat etiraz edir. Biz də bunun üstündə durmalıyıq ki, qarışıqlıq olmasın. Nəzarət edirik ki, qırğın, toqquşma olmasın”.

elcibey04.png

“Bizi ən çox aldadan Primakov oldu”

Məhkəmədə Əbülfəz Elçibəy SSRİ-nin Bakıda olan rəhbər şəxsləri ilə apardıqları danışıqları açıqlayır. Bu danışıqlar SSRİ İttifaq Sovetinin sədri Yevgeni primakov, Girenko və Kommunist Partiyasının şöbə müdiri Mixaylov ilə aparılıb.

Elçibəy bu danışıqlarda aldadıldıqlarını etiraf edib: “Bizi ən çox aldadan Girenko ilə Primakov oldu. AXC İdarə Heyətinindən müəyyən edilmiş bir qrup onlarla söhbət apardı. Onlara sual verdik. Dəqiq yadımdadı. Primakovdan soruşduq ki, “Siz İttifaq Sovetinin sədri kimi, deyin görək, Bakıda hərbi vəziyyət elan ediləcək ya yox? O dedi “yox”.  Mən İttifaq Sovetinin sədri kimi sizə söz verirəm ki, Bakıda hərbi vəziyyət elan edilməyəcək.”

Bundan sonra görüşdə iştirak edən yoldaşlar tələb elədi ki, bunu xalq bilmir. Bizi kabinetdə aldada bilərisiniz. Çıxın televizyaya və bunu xalqa elan edin”. Dedilər lap yaxşı. Mixaylova tapşırdılar ki, sən çıxarsan TV-yə. O da razılaşdı. Yanvarın 17-də Azərbaycan Kommunist Partiyasının ideoloji işlər şöbəsinin müdiri Əfrand Daşdəmirovla Mixaylov efirə çıxdılar və dedilər ki, Bakıda heç bir hərbi vəziyyət elan edilməyəcək”.

Elçibəy məhkəmədə bildirir ki, AXC bu bəyanata da inanmır. Qərara gəlinir ki, Elmlər Akademiyasında böyük toplantı keçirlisin: “AXC-dəki yoldaşlar dedilər ki, “onlara inanmaq olmaz”. Nə edək? Qərara gəldik ki, sabah Elmlər Akademiyasında yığıncaq keçirək və akademikləri Mərkəzi Komitəyə göndərək. Biz Elmlər Akademiyasında iclas çağırdıq. Akademiklərin çoxu orda idi. Mən çıxış edib onlara dedim ki, “siz elə indicə Mərkəzi Komitəyə gedin. Moskva ilə əlqə yaratmasanız, balalarımız tankın altında qalacaq.  250 nəfərin imzası ilə 17 nəfər nümayəndə seçildi. Göndərdilər Mərkəzi Komitəyə. Mərkəzi Komitədə onları əmin etdilər ki heç bir şey olmayacaq, şaiyələr inanmayın. Budur cinayətkarlar. Onlar cavab verməlidirlər. 19 yanvar axşamı xəbər gəldi ki, televziya blokunu partladıbar. Mən dedim, hər şey qurtardı. Başlandı. Hökmən qan olacaq”.

“Yoxsa həlak olanlar lap çox olardı”

Ə.Elçibəy məhkəmədə 19 yanvar gecəsi AXC rəhbərliyinin fəaliyyətinə də toxunub. AXC sədri bildirib ki, küçələrə dağılıb camaatı etiraz yerlərindən çıxarmaq qərara alındı: “Qərargahda İdarə Heyətindən 3-4 nəfər qaldı:

Vurğun bəy və Sabit bəyin adını çəkə bilərəm. Sabit bəy sonra qərargahdan çıxıb bir yedə camaatı dağıtmışdı da. Mənim dəqiq bildiymə görə, həmin günün gunorta çağı Etibar bəy, Rəhim bəy etirazçıların yanında olub və camaatın dağılmasını xahiş ediblər. Görüblər camaat çıxmır, deyiblər heç olmasa qadınlar və uşaqlar olmasın…  Ondan sonra qadın və uşaqları həmin yerdən çıxartdılar. Yoxsa, həlak olanlar lap çox olardı”.

“Mərkəzi Komitədə birinin qeyrəti çatmadı bunu eləməyə?”

Əbülfəz Elçibəy çıxışında Azərbaycan hakimiyyətinin o zamankı laqeydliyini kəskin tənqid edib. O bildirib ki, yerli hakimiyyətin əlində hər cür imkan olsa da, heç bir hərəkət etməyib:

“Məni düşündürən bu idi. Hökümətin hər şeyi vardı. Niyə baş nazir, daxili işlər naziri maşına oturub küçələrə düşüb camaata səslənmədilər? Bir nəfər belə.  Yəni o boyda Mərkəzi Komitənin Aparatında bu xalqın varı, pulu ilə yaşayan birinin qeyrəti çatmadı bunu eləməyə? Moskva elan etmir, hökümət elan etmir. Hamı girib bir-biri ilə sövdələşib. Ortada camaat qırılır. Sonra deyirlər ki, “Xalq Cəbhəsi xalqı tankın qabağına verdi”. Cinayəti özləri törədib xalqın üstünə qoymaq istəyirlər. AXC deməklə xalqı xalqın əli ilə vurmaq istəyirlər. AXC biziksə, qoy bizi tutsunlar. Biz bilirk ki, bu gün həbsxnalarda olan insanların 3-5 ildən sonra haqqı veriləcək. Xalq biləcək ki, biz haqlıyıq”.

tahir mehkeme.png

“Ziyalı millətin zirehdir. O zireh isə bizdə yoxdur”

Əbülfəz Elçibəy ziyalıların Azərbaycandakı demokratik hərəkatında iştirakdan imtina etməsini kəskin pisləyib: 

“Xalqımızn taleyinin ağırlığı odur ki, bizim ziyalılar hələ özlərinin layiq olduğu mövqeləri tutmayıblar. Ziyalı millətin zirehdir. O zireh yoxdur. Bütün respublikaların ziyalıları öndədir, bizimkilər hələ gözləmə mövqeyindədirlər. Ziyalının bu cür susması və gözləmə mövqeyi tutması  xəyanətdir.

Ölkədə ortalama 50 min ziyalı var. Bunlardan heç 10 nəfəri belə bu seçkidə deputat seçilə bilməyiblər. (1990-cı ilin sentyabrnda Azərbaycan Ali Sovetinə keçirlmiş seçkilər nəzərdə tutulur-red)  AXC zor-güc, dava-dalaşla 30 nəfəri keçirə bildi. Kim ki, AXC-nin dəstəyini alıb onlar seçilib. Müstəqil seçilən ziyalı yoxdur. Faciəni görürüsünzmü?  Filan rayonun katibi yarım milyon qoyub katib olub, bu gün də yarım milyon verib olub deputat… Öz haqqını müdafiə edə bilməyən ziyalı millətin haqqını necə müdafiə edəcək?”

“Azərbaycandakı satqın dəstələrinin cinayətləri açılmalıdır”

Daha sonra öz çıxışında Əbülfəz Elçibəy SSRİ rəhbərliyinin 20 yanvarda törətdikləri cinayətə görə cavab verməsini tələb edib: “AXC-nin nə günahları var? Bu məsələyə cinayət törədənlər aşkar edildikdən sonra qayıdarıq. İlk növbədə Moskvanın cinayəti, erməni lobbisinin cinayətkarlığı açılmalıdır. Azərbaycandakı satqın dəstələrinin cinayətləri açılmalıdır, ziyalılar susduqlarını etiraf etməlidirlər. O zaman AXC günahı nədirsə onu ortaya qoyacaq.  Biz istəyirik ki birinci cinayətkar tapılsın sonra günahkar müzakrə edilsin”.

Hakim Ə.Elçibəydən kütləvi aksiyaları təşkil edərkən hakimiyyət orqanlarına məlumat verib-vermədikləri barədə sual verir.

Elçibəy bildirir ki, Bakıda keçirlən aksiyaların vaxtı barədə hakimiyyətə həmişə xəbər verilib. Bu məsələdə AXC-ni ittiham etmək yersizdir.

Hakim Elçibəydən AXC-nin sovet ordusuna qarşı manelərin təşkil edilməsində rolu barədə sual verir.

Elçibəy cavabında deyir ki, bu maneləri  əhali özü yaradırdı: 

“Biz deyirdik ki, bu, demokratik formada etirazdır. Amma mübarizə vasitəsi ola bilməz. O boyda sovet hökmətinin ordusunun qarşısında Amerika, İngiltərə tir-tir əsir. Azərbaycan xalq  nə ilə çıxacaq? Biz ordu ilə əhali arasında toqquşma olmasın deyə, prosesi nəzarətsiz qoya bilməzdik. Bir vətəndaş kimi iştirak etməliyidk”.

elcibey esas.jpg

“Mənim ən böyük səhvim o oldu”

Əbülfəz Elçibəy daha sonra qeyd edir ki, 1989-cu ildə sovet ordusunun Tbilisdə törətdiyi qanlı hadisədən sonra SSRİ rəhbərliyinin bir daha buna əl atmayacağına inanırmış: “Qorbaçov çox böyük günah edib. Tiflisdən sonra biz dedik ki, ordu daha heç kimin üstünə yeriməyəcək. Azərbaycanda da hamı elə bildi ki, Tiflisdən sonra daha belə olmayacaq. Mən də buna inandım. Mənim ən böyük səhvim o oldu. Mən heç vaxt bu imperiyaya inanmamışdım. Amma ona inandım. Dedim, yəqin atmazlar. 20-ci əsrdə necə belə vəhşilik edə bilərlər?”

Hazırladı:

Xaqani SƏFƏROĞLU

Previous Post

Elçibəyin Sovet məhkəməsində 20 yanvarla bağlı çıxışı: “Corc Buş AXC-dən üzr istədi, Özala dedim ki, bu, şiəlik hərəkatı deyil” – TARİX

Next Post

Bu bizim tariximizdir

Bənzər yazılar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

12 Oktyabr 2026 - 19:20

“Azərbaycanda təhsilalanlar və təhsilverənlər üçün vahid geyim qaydalarının təsdiq edilməsi dünyəvi təhsil prinsipinin, habelə təhsil mühitində vahid yanaşmanın təmin olunmasına...

Azərbaycan-BƏƏ müştərək taktiki-uçuş təlimi keçirilir – VİDEO

Azərbaycan-BƏƏ müştərək taktiki-uçuş təlimi keçirilir – VİDEO

12 Oktyabr 2026 - 18:26

Ölkəmizdə Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hərbi Hava Qüvvələrinin aviasiyası, eləcə də hava hücumundan müdafiə vasitələrinin iştirakı ilə “Şahinlərin...

Xəzərlə bağlı bu davam edərsə, nəticələr fəlakətli ola bilər

Xəzərlə bağlı bu davam edərsə, nəticələr fəlakətli ola bilər

09 Oktyabr 2026 - 15:16

Xəzərin ən ciddi problemlərindən biri onun dayazlaşmasıdır. Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi artıq uzun illərdir ki, davam edir. Təəssüf ki,...

Prezident MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

Prezident MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

09 Oktyabr 2026 - 13:34

Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edən digər dövlət və hökumət başçıları...

Next Post

Bu bizim tariximizdir

4 nazirlik və 6 dövlət komitəsi ləğv edilir - siyahı

Son xəbərlər

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

12 Oktyabr 2026 - 23:40
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

12 Oktyabr 2026 - 23:38
UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

12 Oktyabr 2026 - 23:35
İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

12 Oktyabr 2026 - 23:31
“Liverpul”un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib

“Liverpul”un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib

12 Oktyabr 2026 - 22:54
İran səfiri Böyük Britaniya XİN-in iddiasını rədd edib

İran səfiri Böyük Britaniya XİN-in iddiasını rədd edib

12 Oktyabr 2026 - 22:53
Bəhreynin “Gulf Air” şirkəti Ər-Riyada uçuşları dayandırıb

Bəhreynin “Gulf Air” şirkəti Ər-Riyada uçuşları dayandırıb

12 Oktyabr 2026 - 22:00
Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq

Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq

12 Oktyabr 2026 - 21:58
Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib

Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib

12 Oktyabr 2026 - 21:57
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

12 Oktyabr 2026 - 21:05
Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb

12 Oktyabr 2026 - 20:59
“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

12 Oktyabr 2026 - 20:44
Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

12 Oktyabr 2026 - 20:41
Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur

Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur

12 Oktyabr 2026 - 20:39
Böyük Britaniya İrana qarşı sanksiyalar elan edib

Böyük Britaniya İrana qarşı sanksiyalar elan edib

12 Oktyabr 2026 - 20:35
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.