Ekvador Baş Prokurorluğu mitinq zamanı iki polis və ölkənin milli assambleyasına üzvlüyə namizəd də daxil olmaqla 9 nəfərin yaralandığını bildirib. Elchi.az xəbər verir ki, Agentliyin “Twitter” hesabında bildirilir ki, bundan əvvəl prezidentliyə namizəd Fernando Villavicencio öldürülüb.
“İndiyədək bir məclis namizədi və iki polis məmuru da daxil olmaqla doqquz nəfərin yaralandığı bildirilir”, – deyə rəsmi açıqlamada bildirilir.
Bundan əvvəl yerli Baş Prokurorluq qətldə şübhəli bilinən Fernando Villavisensionun güllə yaralarından öldüyünə aydınlıq gətirib.
Qeyd edək ki, vqustun 9-da Ekvadorun 2023-cü il seçkilərində prezidentliyə namizədi seçkiqabağı görüşdən sonra qətlə yetirilib. Siyasətçi başından aldığı üç güllədən dünyasını dəyişib. Hadisə zamanı daha 8 nəfər də yaralanıb. Daha sonra Ekvador prezidenti Gilyermo Lasso Fernando Villavisensionun öldürülməsi faktını təsdiqləyib. O, həmçinin yaxın vaxtlarda təhlükəsizlik kabinetinin iclasının başlayacağını açıqlayıb.
Havar Şəfiyeva