Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən, ehtiyatda olan hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə “N” hərbi hissəsində keçirilən təlim toplanışı davam edir.
Bu barədə Elchi.az-a Müdafiə Nazirliyindən bildirilib.
Təlim çərçivəsində şəxsi heyətin asudə vaxtının səmərəli təşkili məqsədilə Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin səyyar təşviqat qrupu hərbi hissədə olub, mədəni-kütləvi tədbir keçirilib.
Tədbirdə ehtiyatdan çağırılan hərbi vəzifəlilərə vətənpərvərlik mövzusunda konsert proqramı təqdim olunub.
Keçirilən tədbir şəxsi heyət tərəfindən ruh yüksəkliyi və rəğbətlə qarşılanıb.
Sonda hərbi vəzifəlilərə hərbi-vətənpərvərlik mövzusunda film nümayiş etdirilib.
Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir
Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin plastdarmına çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı yaratmalıdırlar. Elchi.az xəbər verir ki,...