İranda şəhərətrafı qeyri-standart bölgələrdə yaşayan əhalinin sayı normal həddi keçərək 25 milyon nəfərə çatıb.
Elchi.az xəbər verir ki, bunu iranlı iqtisadçı Fərşad Mömini deyib.
O, gün keçdikcə insanların daha da yoxsullaşdığının narahatedici tendensiyaya çevrildiyini və əhalinin 40%-nin yoxsulluq həddindən aşağı düşmək ərəfəsində olduğunu bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl başqa iqtisadi tədqiqatçı Zəhra Kaviani 2023-cü ildə əhalinin təxminən 30%-nin (26 milyon nəfər) yoxsulluq həddinin altında olduğunu bildirmişdi.