Elchi.az xəbər verir ki, Efiopiya hökuməti və qiyamçı Tiqray Xalq Azadlıq Cəbhəsinin yüksək rütbəli komandirləri tərksilah və humanitar keçidlə bağlı yeni saziş imzalayıblar.
Keniyanın paytaxtı Nayrobidə təxminən bir həftə davam edən danışıqlardan sonra Efiopiya hökuməti və qiyamçı Tiqray Xalq Azadlıq Cəbhəsi (TXAC) hərbi nümayəndə heyətləri münaqişənin dayandırılması üçün atılacaq addımlar barədə razılığa gəliblər.
İmzalanan müqaviləyə əsasən, yüngül silahlarını yerə qoyacaq TXAC xarici və qeyri-efiopiya qüvvələrinin bölgədən çıxarılması ilə eyni vaxtda ağır silahlar tədarük edəcək.
Bütün şəraitdə mülki şəxslər qorunacaq və bölgəyə humanitar yardımın çatdırılması üçün əməkdaşlıq ediləcək.
Şayəstə