“Duzlu göldən istifadə hələ də qadağandır”.
Elchi.az xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirib.
O qeyd edib ki, vətəndaşlar həmin göldən heç bir tibbi təyinat olmadan istifadə edirlər:
“Duzlu göldən istifadə edilməsinə dair qadağa qüvvədədir. Deyilmişdi ki, guya təmir aparılır. Lakin ərazidə heç bir təmir işi getmir. Ötən illərdə olduğu kimi, bu gün də antisanitar vəziyyət müşahidə olunur”.