"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result

Dustaq anası: “Yalansa onun dədəsinin…”

02 May 2015 - 12:11
in Kateqoriyasız
FacebookVatsap

1430512938Daldalanmağa, gün işığından qorunmağa yer də yoxdur. Bir qədər kənarda boy verən, yenicə yarpaqlayan söyüd ağacının gövdəsinə dirsəklənirəm.

Bunu da oxuyun

Türkiyə 12 ölkənin İsrailə qarşı sanksiya qərarını dəstəkləyib

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib

Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçirilib, 90-dan çox vakansiya təqdim olunub

 

Hələ aprelin ilıq yaz havasıdır, bəs bu adamlar görəsən qışın soyuğunda, yayın qora bişirən istisində nə edəcəklər? Harada kölgələnəcək, harada isinəcəklər? Yox, onların içinin qışda hərarəti, yay da isə sərinliyi tikanlı məftillərlə “hörüklənmiş” bu daş hasarın o tayında – cəzalarını çəkən doğmalarının yanında olur. Onlar bu hasarın bəri üzündə – həyatın azadlıq olan tərəfində istini, soyuğu hiss etmirlər. Bəs görəsən içəridəkilər nə çəkir? Bu da başqa bir söhbətin mövzusudur.

 

Foto-müxbirimiz İsmiyə işarə edirəm. O da həmişəki kimi hazırdır. Məndən sonra, görüşə gələnlərin qeydiyyata düşdüyü kiçik, amma səliqəli otağa daxil olur. Təxminən 40-45 yaşlı yaraşıqlı bir qadın görüş almaq üçün icazə vərəqəsinə adını yazdırır. Görünür, tez-tez gəlib-gedir, icazə vərəqəni dolduran nəzarətçi qadın onunla hal-əhval tutur, vəziyyəti ilə maraqlanır. Qadının nigarançılığı yalnız içəridə olan oğlundandır:

 

– Hər şey yaxşıdır. Dolanırıq. Bircə balamı tez buraxsaydılar, toyunu da edərdim, – deyir.

 

Yalansa onun dədəsinin…

 

– İnşallah toyunu da edərsiniz, nəvənizin də toyunda oynayarsınız da, – deyib, baş tutacaq söhbətimizə ərklə giriş verirəm.

 

Dolu, yaraşıqlı, həm də gözləri kədərli bu qadın səsə – mənə tərəf boylanır:

 

– Allah sizinkinin də qapısını açsın. Bura heç düşməninin də yolu düşməsin. Gör biz burada, azadə həyatda nə çəkirik, o yazıq balalar orada nə edir.

 

Əlinin ehtiyatsız hərəkəti sellofan torbanı aşırdır. Kartoflar otaq boyu diyirlənir. Cəld əyilib yığışdırır. Paltarının ətəyi yuxarı dartılır. Kapron corabının dizindən aşağı süzülmüş yeri görünür. Baxışlarımı əks tərəfə çevirirəm. İki nəfər üzütüklü, əlində təsbeh oynadan, dustaq yanına gəlmiş gəncin baxışları isə hələ də kartof yığan qadındadır.

 

– Alışqanınız olmaz?

 

Baxışlar mənə tərəf çevrilir, hər ikisi əlini cibinə aparır, alışqan çıxarır. Bayıra çıxıram:

 

– Gəlin, çöldə yandıraq, –  deyirəm və bu iki miskin gəncin iyrənc baxışlarını qadının ayaqlarından ayırıb arxamca çölə aparıram.

 

Bir azdan qadın da çölə çıxır. Aprel günəşinin istisi və ağır zənbilləri ardıyca sürüməsi onu yorub, alnının tərini xırda əl dəsmalı ilə silir. Gözləri ilə kimisə axtarır. Sonra yenidən otağa keçir. Mən içəri keçəndə isə o, artıq başqa qadınla söhbətə başlamışdı:

 

– Xaraba qalsın buranı. İncidirlər. Pulsuz heç nə başa gəlmir ki. Bura yenə də yaxşıdır, uşaq əvvəl olduğu yerdə az qala əllərini açıb adamın üstünə qaçırdılar.

 

Həmsöhbəti olan ikinci qadın buranın qiymətlərini soruşur. Aramla, səbrlə başa salır. Kimə nə qədər vermək lazımdır, dedikcə, qara çarşablı yaşlı qadın başını aşağı-yuxarı aparmaqla ovcundakı manatları ayırır.

 

– Xanım, oğlunuz nə günah sahibidir? – dillənirəm.

 

– Ehh, nə bilim, başına dönüm, tifilim dost-tanışının güdazına getdi.

 

Sonra yenə də həmsöhbəti olan yaşlı qadına tərəfə dönür:

 

– Mən ərsiz qadınam. Çox ağırdır. Həm evi dolandırmalı, həm də ki, burdakıları saxlamalıyam, – deyib, əlini otağın pəncərəsində qalın, hündür divarlara tərəf uzatdı. Mən də, yaşlı qadın da onun barmaqlarının “izinə” düşürük. Tikanlı hasarların o biri tərəfi görünmür..0.

 

– Neçə nəfər dustağınız var ki?

 

Bu dəfə də mən özümü arzuolunmayan müsahib kimi ortalığa atıram. Amma deyəsən, qadın bunun fərqində deyil. Söhbətcildir və düşünürəm ki, söhbət etməklə, paylaşmaqla həm də yüngülləşir.

 

– Bunları deyirəm e, – əllərini çiyninə aparır, – paqonluları. Hər gələndə bir ətək pulum çıxır.

 

İsmi ətək sözünü eşitcək, nəzərlərini telefonun uzaq maraq bucağından ayırıb qadının ətəklərinə yönəldir. Sonra yenidən, onun üçün daha maraqlı olan telefonunda kiminləsə yazışır.

 

Qadınla söhbətim yavaş-yavaş alınır. Ona türmə ilə bağlı bəzi bildiklərimi nəql edirəm. Qulaq asır, “düz deyirsən”, – deyir və pıçıltı ilə əlavə edir:

 

– Bura yenə də yaxşıdır. Mənim oğlum 2-ci “kalonda” idi, Binədə. Ondan telefon tutdular, “raskrutkaya” salıb göndərdilər bura. Buranın rəisi yaxşı adamdır deyirlər.

 

– Nəyə görə tutulmuşdu? Bura Ciddi rejimdir, yəqin əməli ağır olub.

 

– Narkotik istifadəçisi kimi.

 

– Yəqin şərləyiblər oğlunuzu, – könlünü almaq, söhbəti yarımçıq kəsməməsi üçün etdiyim jestdir bu.

 

– Yalansa onun dədəsinin… – ardını demir, üst başını sahmana salırmış kimi əlini paltarında gəzdirir. – Yox, istifadə edirdi. Amma buna görə adam tutmazlar axı. Göndər müalicəyə də. Ya da başqa cəza ver. Bu adam onsuz da özünü zəhərləyir də. Öz cəzası özünə bəsdir. Tək qadınam, mənə çətindir. Şəhərə gəlib-getmək üçün düz bir ay hazırlaşıram.

 

Axırda da o zəhrimara qurşanıb

 

Qadına burada söhbət etməyimizin doğru olmadığını deyirəm:

 

– Nəzarətçilər içəri girib-çıxır, eşidərlər, uşağa ziyanı dəyər, – bayıra dəvət edirəm, razılaşır. Rahat bir yer tapırıq. Qadın içindəki illərin dərdini paylaşır:

 

– Hiss etdim, sən dustaq yanına gəlməmisən. O qıvrım başlı da, sənə əmi deyə-deyə bayaqdan xəlvətə salıb şəkil çəkir. “Asob addeldən” deyilsən ki?

 

Qadına xüsusi şöbənin əməkdaşı olmadığımı, jurnalist olaraq bura gəldiyimi deyirəm.

 

– Məqalə yazacam.

 

– Mənim başıma gələnlər məqaləlik deyil, kitablıqdır, – deyir qadın.

 

Bir neçə dəqiqədən sonra isə artıq həyat hekayətini danışır.

 

– Mən oxumuş qadınam. Yaxşı vəzifədə çalışmışam, kitabxana müdiri olmuşam. İndi də pis deyil, iş yerim, dolanışığım var. Amma çatdıra bilmirəm. Tək başına oğul böyütmək, tərbiyə vermək çətindir.

 

– Böyütməyə böyütmüsünüz, amma tərbiyəsində deyəsən bir az boşluq olub axı.

 

– Yox, əksinə. Mən tərbiyəmi çox yaxşı vermişəm. Böyüyə hörmət dib, uşağımın əlindən oğurluq gəlməyib, təhsil vermişəm, işə düzəlib, qazanıb.

 

Başsız qadının qayğısını çəkmək istəyənlər çox olur

 

Yenə ah çəkir. Dəsmalı ilə boğazının altını sığallayır.

 

– Dədəsiz böyüyüb. Ətrafı pis adamlarla dolu olub. Yeyib-içiblər, cavanlıq ediblər, axırda da o zəhrimara qurşanıb.

 

– Gərək duyuq düşəydiniz, qarşısını alaydınız, – günahı yenə də ana olaraq onda görürəm.

 

– Heç hiss etmədim. O qədər mehriban, ana qədri bilən, işgüzar idi ki. Tutulanda isə, pulumuz olmadı ki, uşağı təmizə çıxardaq. Lazım olmayanda qanunlar elə gözəl işləyir ki.

 

– İndi gərək valideyn çox həssas ola. Axı, indiki uşaqlar daha çox zəmanənin övladıdır, deyirlər.

 

Qadın razılaşmır:

 

– Zəmanədə nə günah, hər şey insanın öz əlindədir.

 

– Dədəsiz böyüdü oğlum, dediniz. Niyə, atası necə oldu?

 

– Atası, bu iki yaşında olanda çörək dalınca Kazana getdi. Sonra da uzaq Şərqə. SSRİ dağıldı, ondan xəbər çıxmadı. Əvvəllər zəng edirdi, pul göndərirdi. Sonradan səs-soraq kəsildi. Bir iki dəfə istədim “Səni axtarıram”a deyəm. Oğlum razı olmadı. Çıxaram, özüm səni saxlayaram, daha o bizə lazım deyil. Şəkilləri ilə qorxudurdum uşağı, deyirdim, zəhmli atan var, gəlib səni döyər, sənin pis xəbərini eşidib qərib yerdə fikir edər. Sonradan, ağlı kəsəndən sonra isə oğlum dedi ki, bu şəkilləri yığ divardan, qoy şkafa, mənə elə ata lazım deyil.

 

– Vallah, utanıram da, amma siz qadın olaraq indi də çox gözəlsiz. Bu kişi niyə sizi dəyişdi?

 

– Mən demədim ki, o məni kiməsə dəyişib. O, iş dalınca gedib, xəbəri gəlməyib. Amma sizin də sözünüzü qəribçiliyə salmıram. Ola bilsin ki, gözü başqasını tutub. İndi heç maraqlı da deyil.

 

– Bir neçə dəfə “mənə çox çətindir”, dediniz. Görünür, üzərinizdə indi də yad baxış-zad hiss edirsiniz.

 

– Pis adamlar çoxdur. Təksənsə, başsız qalıbsansa, o qədər qayğını çəkmək istəyən, adama ürək yandırıb, guya ki, kömək etmək istəyənlər olur ki.

 

Dur rədd ol otaqdan

 

Sonra susqun-susqun üzümə baxdı:

 

– Görəsən gec olacaq? – görüşə veriləcək icazəni nəzərdə tuturdu.

 

– Yox, gec olmaz. Sadəcə, bu gün təzə dustaqların karantin müddəti bitir, görünür, rəis onları qəbul edir, bir azdan icazə vərəqini imzalayıb geri göndərər. Siz deyirsiniz ki, pis adamlar çoxdur, amma onu da deyirsiniz ki, yaxşılıq etmək, qayğı göstərmək istəyirlər. Bu ki yaxşı haldır.

 

– Ay-hay. Ərim 3-4 il idi getmişdi. Müharibə vaxtı idi. Bizim şəhərdə yüksək vəzifəli biri vardı. İcra başçısı bütün idarə müdirlərini iclasa çağırmışdı. Bu adam da mənimlə yanaşı oturmuşdu. Söhbət etdik. İclasdan sonra dedi ki, kitabxananın bir şeyə ehtiyacı olsa de. Mən də dedim. Fəhlə göndərdi, xırda sınıq-sökük vardı, düzəltdilər. Gəlib işi yoxladı, otağıma dəvət etdim, çay süzdüm. Mənə qayğısını təklif etdi, “özünün nəyə ehtiyacın var”, – dedi. Dedim heç nəyə. Əl çəkmədi. Dəfələrlə zəng vururdu, söhbətə tuturdu. Gəlirdi, gedirdi. Nə isə, bir də başım onda aynıdı, ətrafda söz-söhbət gəzir ki, guya bu adam mənimlə yaxındır. Zəng edib, “ayıb olsun” dedim. Dözmədim, bir dəfə də zəng vurub kitabxanaya çağırdım. Gəldi. Dedim ki, bu nə söz-söhbətdir. Dedi, mənlik deyil. Amma sən tək qadınsan, çətin zəmanədir, bir uşağın var, mənim də insanlıq borcumdur, sənə köməyimi təklif edirəm. Dedim, lazım deyil, insanlıq borcunu yerinə yetirirsənsə idarəndə oğlu şəhid olmuş xadimən var, ona kömək et. Dedi, sənin xətrinə edərəm, dedim, xətrin əziz olmasın, dur rədd ol otaqdan. Sonra mənim kitabxanama yoxlamalar göndərtdi, müdirlikdən uzaqlaşdırdı. Utanmadan zəng vurub deyirdi ki, bu mənlikdir, mən etdirirəm. İndi eləcə kitabxanaçı işləyirəm.

 

– Kitabxanaçılıqdan alınan maaşla doğurdan da çətin olar.

 

– Sonra kiçik bir biznes qurdum. Dükan açmışam. Yenə də şükür, pis deyil.

 

– Amma biznesin qurulması da heç asan iş deyil.

 

– Hə, bu işdə mənə yardımçı olan oldu. Amma adımı rayonla bir etdikdən sonra “sağ ol” da deyə bilmirəm ona.

 

– Niyə? Bəlkə həmin o xeyirxah adam imiş sizin yardımçınız?

 

Həbsxanaya açılan ağır dəmir qapının “xırırltılı” səsi qadının baxışlarını ayaqlarının ucundan qaldırdı. Əlində icazə vərəqi tutmuş nəzatərçiyə baxdı, ah çəkdi:

 

– Hə, o, günahlarını yumaq istədi, xeyirxahlıq etdi. Oğlum bunları bilmir. Mən tək idim, çətin idi mənə…

Previous Post

Dustaq anası: “Yalansa onun dədəsinin…”

Next Post

Suriyanın daxili işlər naziri ölkədən qaçdı

Bənzər yazılar

Türkiyə 12 ölkənin İsrailə qarşı sanksiya qərarını dəstəkləyib

Türkiyə 12 ölkənin İsrailə qarşı sanksiya qərarını dəstəkləyib

08 Sentyabr 2026 - 21:54

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Böyük Britaniya, Fransa və Kanadanın on iki ölkə tərəfindən İordan çayının Qərb sahilində qeyri-qanuni yaşayış...

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib

08 Sentyabr 2026 - 21:51

Azərbaycanın yeni səfiri Rəşad Aslanov sentyabrın 8-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana etimadnaməsini təqdim edib. Elchi.az  xəbər verir ki, Türkiyə...

Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçirilib, 90-dan çox vakansiya təqdim olunub

Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçirilib, 90-dan çox vakansiya təqdim olunub

08 Sentyabr 2026 - 21:49

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı və Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin dəstəyi...

Böyük Britaniyanın hava limanlarının işi pozulub

Böyük Britaniyanın hava limanlarının işi pozulub

08 Sentyabr 2026 - 21:47

Böyük Britaniyanın bir sıra iri hava limanlarının işi hava hərəkətinin idarə edilməsi sistemindəki texniki nasazlıq səbəbindən pozulub. Elchi.az  xəbər verir...

Next Post

Suriyanın daxili işlər naziri ölkədən qaçdı

Suriyanın daxili işlər naziri ölkədən qaçdı

Son xəbərlər

Türkiyə 12 ölkənin İsrailə qarşı sanksiya qərarını dəstəkləyib

Türkiyə 12 ölkənin İsrailə qarşı sanksiya qərarını dəstəkləyib

08 Sentyabr 2026 - 21:54
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib

08 Sentyabr 2026 - 21:51
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçirilib, 90-dan çox vakansiya təqdim olunub

Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçirilib, 90-dan çox vakansiya təqdim olunub

08 Sentyabr 2026 - 21:49
Böyük Britaniyanın hava limanlarının işi pozulub

Böyük Britaniyanın hava limanlarının işi pozulub

08 Sentyabr 2026 - 21:47
Kanadanın ABŞ mallarına 20 milyard dollarlıq rüsumları qüvvəyə minib

Kanadanın ABŞ mallarına 20 milyard dollarlıq rüsumları qüvvəyə minib

08 Sentyabr 2026 - 19:34
2026-cı ilin ən yaxşı qapıçısı üçün namizədlər: Siyahıda Vozinya da var

2026-cı ilin ən yaxşı qapıçısı üçün namizədlər: Siyahıda Vozinya da var

08 Sentyabr 2026 - 19:20
Elnur Məmmədov Bakıda ABŞ-ın Ermənistandakı müvəqqəti işlər vəkili ilə TRIPP-in icrasını müzakirə edib

Elnur Məmmədov Bakıda ABŞ-ın Ermənistandakı müvəqqəti işlər vəkili ilə TRIPP-in icrasını müzakirə edib

08 Sentyabr 2026 - 19:11
Suraxanıda 14 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Suraxanıda 14 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

08 Sentyabr 2026 - 19:00
Pensiya və müavinətlər bu tarixdə ödəniləcək – Rəsmi

Pensiyalar və müavinətlərin ödəniləcəyi tarix məlum olub

08 Sentyabr 2026 - 18:53
DTX-nin yeni rəqəmsal sistemi dövlət platformalarına inteqrasiya olunur

Nazirlər Kabineti diplomatik xidmət əməkdaşlarının təminatı ilə bağlı dəyişiklik edib

08 Sentyabr 2026 - 18:44
Xocavənd rayonunda mina partlayışı baş verib

“Minatəmizləmə fəaliyyətinə dair Tələblər” təsdiq edildi

08 Sentyabr 2026 - 18:37
Bosniya XİN-dən Serbiyaya diplomatik zərbə: 48 saat vaxt verildi

Bosniya XİN-dən Serbiyaya diplomatik zərbə: 48 saat vaxt verildi

08 Sentyabr 2026 - 18:25
Ödənişsiz psixoloji yardımın göstərilməsi qaydası və şərtlərində dəyişiklik edildi

Ödənişsiz psixoloji yardımın göstərilməsi qaydası və şərtlərində dəyişiklik edildi

08 Sentyabr 2026 - 18:13
Merkelin keçmiş hökumət təyyarəsi ABŞ-də satışa çıxarılıb

Merkelin keçmiş hökumət təyyarəsi ABŞ-də satışa çıxarılıb

08 Sentyabr 2026 - 17:59
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi

Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi

08 Sentyabr 2026 - 17:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.