Qatil Çarles Manson bu səbəbdən evlənməkdən imtina edib
Dünyanın ən məşhur qatillərindən biri olan Çarles Manson evlənməkdən imtina edib.
ANS PRESS-in məlumatına görə, 80 yaşındakı killer 27 yaşındakı nişanlısı Afton Elaine Barton ilə evlənmək fikrindən daşınıb.
Ötən ay “Star” ləqəbli gənc qadınla həbsxanada evlənəcəyini açıqlayan Manson fikrini dəyişməyə gənc sevgilisinin olduğunu deyib: “Nişanlım mənimlə evlənməyi cəsədimi ələ keçirə bilmək üçün istəyir”.
Jurnalist Daniel Simon isə Bartonun bu istəyinin səbəbini açıqlayıb. Jurnalist iddia edir ki, gənc qız Manson öldükdən sonra onun cəsədini Los Ancelesdə bir muzeydə sərgiləyəcək.
Barton qatili görməyə gələcək şəxslərdən toplayacağı pullarla zəngin olacağına inanır.
ANS PRESS