Dünyanın ən  zəngin insanların yaşadığı şəhər buradır

122

“Wealth-X” araşdırma şirkətinin məlumatlarına görə, sərvəti 30 milyon dolları keçən planetin 400 minə yaxın sakininin ən çoxu Honq-Konq şəhərində yaşayır.

Baxmayaraq ki, 2022-ci ildə Honq-Konqda belə vətəndaşlar təxminən dörddə bir azalıb, Nyu-York isə 11.845 zəngin sakini ilə reytinqdə ikinci yerdə qalıb. Bu, bütün varlı insanların 15 faizinin yaşadığı ilk 10-luqdakı beş ABŞ şəhərindən biridir.

İl ərzində San-Fransisko, Çikaqo və Sinqapurda da varlı sakinlərin sayı artıb.

Bundan əvvəl həmin siyahıdan məlum olub ki, 2022-ci ildə varlıların sayı 2021-ci illə müqayisədə 5,4 faiz azalaraq 395,07 min nəfər təşkil edib. Onların ümumi sərvəti 5,5 faiz azalaraq 45,4 trilyon dollara düşüb. Tədqiqatçıların fikrincə, varlı insanların sayındakı azalma 2015-ci ildən bəri ən böyük azalma olub.

Havar Şəfiyeva