Müxtəlif bölgələrdə minə yaxın çayda dəyişiklikləri təhlil edən Hollandiyanın Utrext Universitetinin ekoloqlarının fikrincə, ekstremal hava şəraiti səbəbindən bütün dünyada çay suyunun keyfiyyəti pisləşib. Elchi.az xəbər verir ki, tədqiqatın nəticələri “Nature Reviews Earth & Environment” jurnalında dərc edilib.
Mütəxəssislər qeyd ediblər ki, vəziyyətin pisləşməsi son onilliklərdə isti dalğaları, quraqlıq, leysan yağışlar və digər hadisələrlə bağlıdır. Onlar insanları təmiz su ilə təmin etmək üçün strategiyaların işlənib hazırlanmasında belə tədqiqatların vacibliyini vurğulayıblar.
Alimlər müəyyən ediblər ki, əksər çaylar qlobal istiləşmə ilə bağlı hava anomaliyaları səbəbindən dəyişib. Belə ki, 68 faiz hallarda istilik dalğaları və quraqlıq suda oksigen konsentrasiyasının azalması və duzluluğun artması ilə nəticələnib.
Havar Şəfiyeva