Yerdəki qlobal istiləşmə təbiətdəki su dövriyyəsinə ciddi ziyan vurur, bu fakt yaxın illərdə dəhşətli quraqlığa səbəb ola bilər.
Bu barədə Amerika elm adamları iddia ediblər.
Bildirilib ki, temperaturun yüksəlməsi su ehtiyatlarının istehlakını artırır.
Alimlər təəssüflənirlər ki, siyasətçilər onların kataklizmlər barədə xəbərdarlıqlarına məhəl qoymurlar. Onların fikrincə, daha əvvəl reaksiya verilsəydi, ən azı qlobal istiləşmənin təsirlərini yumşaltmaq mümkün olardı.
Alimlər qlobal istiləşməni azaltmaq üçün fəaliyyət planını müəyyən etməyə çalışırlar. Plana əsasən, dövlətlər iqlim dəyişikliyinə uyğunlaşmaq, emissiyaları azaltmaq və bərpa olunan enerji mənbələrinə keçid üçün tədbirlər görməlidir.