"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Dünyada Azərbaycan uğurunda mübarizə gedir”- Əli Həsənov (Video)

20 Aprel 2015 - 13:26
in MANŞET, XƏBƏR LENTİ
FacebookVatsap

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ANS-də yayımlanan “Hesabat” verilişinin qonağı olub. O, verilişdə ölkə üçün əhəmiyyətli olan bir çox məsələlərə toxunub. 
Elchi.az həmin müsahibəni təqdim edir:– Əli müəllim, son zamanlar apardığım müşahidələr göstərir ki, Azərbaycanın yeni bir mötəbər tədbir ərəfəsində müəyyən mənada basqılarla üzləşdiyini və bu basqıların müxtəlif səviyyələrdə baş verdiyini cəsarətlə demək olar. Təbii ki, bu basqıların qabağına biz cəsarətlə çıxırıq. Amma burada təzə olan nədir?. Axı həmişə Azərbaycan bu basqılarla üzləşib. Birdən-birə nə daha çox bir dövlət olaraq narahat etməyə başlayıb axı?– Bəzi beynəlxalq dairələr tərəfindən – 2012-ci ildə ölkəmizdə keçirilən ”Evrovison” musiqi yarışmasında da bunu hiss etdik. Azərbaycan tipli modern inkişaf etmiş, dünyada cəlbedicilik faktoruna çevrilmiş dövlətlərin özünü təqdim etməsini nədənsə, həzm edə bilmirlər. Azərbaycan bu kimi tədbirlərdə özünü, mədəniyyətini, xalqının adət-ənənələrini, keçdiyi yolu, tarixini, bir sözlə sivil dünyanın dövlətin dəyərləndirməsində istifadə elədiyi digər dəyərlərini dünyaya təqdim edir. Və müvafiq olaraq əlbəttə əgər Azərbaycan bu gün İsveçrə, Norveç, Fransa, İngiltərə kimi inkişaf etmiş Avropa dövlətləri ilə bir sırada durur və bu cür səviyyəli tədbirləri keçirisə və bu tədbirlərin ən yüksək standartını ortaya qoyursa, o zaman anti-müsəlman siyasəti, ovqatı, hansı ki, bu gün Avropada, Qərbdə hökm sürür bunu nə ilə əsaslandırsınlar. Deməli, müsəlmanlar da inkişaf edə bilərmiş, Azərbaycan kimi. Müsəlmanlar da dünya sivilizasiyasına, dünya mədəniyyət xəzinəsinə töhfələr, dəyərlər verə bilərmiş. Belə anda biz beynəlxalq islamafob qüvvələrlə üz-üzə gəlirik. Yəni anti-Azərbaycan kampaniyasının arxasında duran birinci amil, birinci səbəb beynəlxalq islamafob qüvvələrin bir müsəlman dövləti olaraq Azərbaycanı özlərinə bərabər bir dövlət kimi öz sıralarında görmək istəməməsidir. Yəni müsəlman dünyasında onların təqdim etdiyi kimi həmişə xaos, anarxiya olmalıdır. Eyni zamanda insanlar bir-birini öldürməlidir. Gecə-gündüz partlayışlar olmalıdır – İraqda, Suriyada. Yəməndə, Misirdə, Liviyada baş verən proseslər bütün müsəlman dünyasına aid olunmalıdır. Nümunəvi modern müsəlman dünyası dünyada təqdir olunmamalıdır. Birinci səbəb budur.

– Belə çıxır ki, böyük güclər özlərinin Azərbaycan üçün, müsəlmanlar üçün hazırladığı portretin Azərbaycan tərəfindən pozulmasını qəbul edə bilmirlər.

Bunu da oxuyun

Trampdan ağcaqanadlarla bağlı FƏRMAN

YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Azərbaycanın müdafiə sənayesi yeni imkanlara yol açır

– Tamamilə doğrudur, biz ümumi portreti pozuruq. Və müsəlman dünyasında da tolerant bir cəmiyyət formalaşa, nümunəvi ”Evrovison” musiqi yarışması keçirə, ”Evrovison” musiqi yarışmasının qalibi ola, Olimpiya səviyyəli Avropa Oyunlarına ev sahibliyi edə, ümumdaxili məhsulu illlik 8-10 faiz arta, sivil birgə yaşayış normaları cəmiyyətdə höküm sürə bilərmiş. Müsəlman dünyasında demokratiya, insan hüquqları vətəndaş azadlıqlarının vəziyyəti eyni ilə Avropadakı kimi ola bilərmiş. Məhz mövcud reallıq onların müsəlman dünyasına aid etdiyi trafareti pozur. Və bu nöqtədən bizim onlarla ilk qarşıdurmamız bu fonda yaranır. Başqa səbəblər də var. Erməni lobbisi bunun arxasında dayanır. Erməni lobbisi istəmir ki, bu gün Azərbaycan sivil dünyaya olduğu kimi təqdim olunsun. Çünki, onlar illərlə Azərbaycan haqqında özlərinin düşündüyü rəyi formalaşdırmağa çalışmışlar və dava edirlər. Erməni lobbisinin təsiri altında olan bəzi Avropa, Qərb, bunların sırasında hüquq müdafiə, mətbuatla, insan hüquqları vətəndaş cəmiyyətləri ilə bağlı təşkilatlar və s. onlar da erməni lobbisinin təsiri altında anti-Azərbaycan fəaliyyətinə qoşulurlar. Bunların sırasında bəzi hökümətlərarası təşkilatlar, məsələn Avropa Parlamenti də və digər beynəlxalq qurumlar da, “Evrovison” musiqi yarışması ərafəsində də bizə qarşı müəyyən qədər öz tezislərini sırımağa çalışdılar. Eyni zamanda da Ramil Səfərovun azadlığa buraxılıb Azərbaycana gətirilməsi və onun haqqının bərpa olunması məsləsində də bizə problem yaratmağa çalışdılar. Dəfələrlə bu insanlar Azərbaycanı sivil bir dünyanın tərkib hissəsi, inkişaf etmiş bir dövlət kimi təqdim etməkdən imtina edərək ona qarşı belə kampaniyalar aparırlar. Özü də kampaniyaları o zaman aparırlar ki, bizim yürütdüyümüz siyasət, gördüyümüz işlər artıq öz effektini verməyə başlayıb. Sivil dünya Azərbaycanın haqları haqqında danışmağa başlayıb. Necə oldu ki, bu ölkənin ərazisini Ermənistan işğal etdi. Nəyə görə BMT-nin 4 qətnaməsi bu ölkə ilə bağlı neçə illərdir ki, həyata keçirilmir? Nəyə görə bu ölkənin hər tərəfdən mühasirəyə almaq istəyirlər? Bunlar nədən qaynaqlanır? Onlar Azərbaycana gəlib görürlər ki, tolerant cəmiyyəti dünyanın bütün bölgələr ilə müqayisədə daha yaxşıdır. Burda müsəlmanlar, xristianlar və müsəvilər bir arada dinc şəraitdə yaşayırlar. Burada insan hüquqları, vətəndaş hüquqları tam və dolğun bir şəkildə təmin olunur. Bunları gözü götürməyən dairələr əlbəttə, belə anlarda Azərbaycanı o dəyərlərini dünyaya nümayiş etdirmək imkanı qazananda o imkanı bağlamaq üçün belə kampaniyalara başlayırlar.

– Bizim gəldiyimiz qənaət belədir ki, Azərbaycan eyni zamanda həm də onun acısını çəkir ki, birdən-birə mövcud dünya nizamını pozur, özünün mövcudluğuyla. Yəni artıq dünya dövlətləri öz yerlərini bilirlər, xəritədə müəyyən məsələləri həll ediblər və birdən Azərbaycan çıxır ortalıqa bərabər hüquqlu, bərbər imkanlı bir dövlət kimi deyir mən də varam. Mən də varam sözü kiminsə xoşuna gəlmir. Bax bu da öz sözünü müəyyən mənada deyir. Siz bununla razısınız?

– Azərbaycanın geosiyasi, geoiqtisadi və hər geiostrateji dəyəri çox yüksəkdir. Azərbaycan Cənubi Qafqazın o ölkəsidir ki, Qara dəniz hövzəsində Ukraynanın oynadığı rolu oynayır. Bu gün Ukrayna uğrunda beynəlxalq güclər necə mübarizə aparırsa, Cənubi Qafqazda öz geosiyasi, geoiqtisadi və hər geiostrateji maraqlarını təmin etmək üçün də Azərbaycan uğrunda mübarizə gedir. Ona görə də Azərbaycanın hansı cəbhədə dayanacağı, hansı blokun yanında yer alacağı və hansı bloka qarşı istifadə ediləcəyi məsələsi beynəlxalq güclərin maraq cərcivəsindədir. Ermənistan, və buna bənzər dövlətlərin geiosiyasi dəyəri o qədər aşağıdır ki, onların kimi yanında durması, necə dayanması, hansı şəkildə idarə olunması, dövlətin özünün müstəqil iradəsinin olub-olamaması dünya üçün o qədər də maraq kəsb etmir. Təassəvür edin ki, dünyanın yeganə alternativ enerji mənbəyi hardadır? Azərbaycandadır. Eləcə də dünyanın yeganə alternativ nəqliyyat komunikassiya xətlərinin başlandığı, bitdiyi və əlaqələndirici ölkəsi haradır? Azərbaycandır. Dünyanın hərbi gieostrateji mövqeyində mövcud dəyişiklik edə biləcək, yəni Xəzərə NATO-nun çıxışını təmin edəcək ölkə hansıdır? Azərbaycan. Bu gün NATO qoşunlarının Əfqanıstana daşınan bütün hərbi dəhliz Azərbaycan üzərindən keçir. Azərbaycan günü sabah Xəzərin qapısı açıb NATO-nu ora buraxsa nə olacaq? Və yaxud da Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsinə qoşulub NATO-ya qarşı blokda yer alsa nə olacaq? Məhz bütün bunlar, əlbəttə, beynəlxalq dairələri çox düşündürür. Ona görə də Azərbaycan balanslı siyasət yürüdür. Siyasətin təməlində isə Azərbaycan xalqının maraqları durur. Biz beynəlxalq ailəmə baş salmağa çalışırıq ki, kiçik olmağımıza baxmayaraq bizim də Amerika, Rusiya, İran, Türkiyə, və Avropa kimi öz maraqlarımız var. Bizim millətin də maraqlarının təmsil olunduğu yeganə yer Azərbaycan coğrafiyasıdır.

https://www.youtube.com/watch?feature=player_embedded&v=ENsinYYxqnQ
Previous Post

“Dünyada Azərbaycan uğurunda mübarizə gedir”- Əli Həsənov (Video)

Next Post

Təyyarəni təcili Bakıya endirən danimarkalı öld

Bənzər yazılar

Trampdan ağcaqanadlarla bağlı FƏRMAN

Trampdan ağcaqanadlarla bağlı FƏRMAN

01 Oktyabr 2026 - 15:00

ABŞ Prezidenti Donald Tramp 2028-ci ilə qədər Vaşinqtonda ağcaqanad populyasiyasının 90 faiz azaldılması barədə göstəriş verib. Elchi.az xəbər verir ki,...

YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

01 Oktyabr 2026 - 14:52

Oktyabrın 1-də Yeni Azərbaycan Partiyasının VIII qurultayının nümayəndələri Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, YAP-ın yaradıcısı, Ümummilli Lider Heydər...

Azərbaycanın müdafiə sənayesi yeni imkanlara yol açır

Azərbaycanın müdafiə sənayesi yeni imkanlara yol açır

01 Oktyabr 2026 - 13:17

Azərbaycan təhlükəsizliyini tam təmin etməyi bacaran ölkələr sırasında öz layiqli yerini qoruyur. 44 günlük Vətən müharibəsində dünya ölkəmizin hərbi imkanlarının,...

Dövlət başçısı: Azərbaycan AQEM-in rolunun daha da artırılması üçün səylərini əsirgəməyib

Dövlət başçısı: Azərbaycan AQEM-in rolunun daha da artırılması üçün səylərini əsirgəməyib

01 Oktyabr 2026 - 10:33

“Asiya qitəsinin 90%-ni əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə...

Next Post

Təyyarəni təcili Bakıya endirən danimarkalı öld

Təyyarəni təcili Bakıya endirən danimarkalı öld

Son xəbərlər

KMBİ 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvlərini saxlayıb – VİDEO

KMBİ 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvlərini saxlayıb – VİDEO

01 Oktyabr 2026 - 15:16
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

01 Oktyabr 2026 - 15:08
Zahid Oruc:” Dövlət qulluğuna namizədi eyni imtahana qaytarmaq bürokratik və maddi yükdür”…

Zahid Oruc:” Dövlət qulluğuna namizədi eyni imtahana qaytarmaq bürokratik və maddi yükdür”…

01 Oktyabr 2026 - 15:01
Trampdan ağcaqanadlarla bağlı FƏRMAN

Trampdan ağcaqanadlarla bağlı FƏRMAN

01 Oktyabr 2026 - 15:00
YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

01 Oktyabr 2026 - 14:52
Oktyabrın dörd günü meteor yağışı olacaq

Oktyabrın dörd günü meteor yağışı olacaq

01 Oktyabr 2026 - 14:43
Paşinyan: Azərbaycana qarşı ittihamlar sülhü sıfıra endirər

Paşinyan: Azərbaycana qarşı ittihamlar sülhü sıfıra endirər

01 Oktyabr 2026 - 14:30
Mourinyodan Ronaldo ilə bağlı xoşagəlməz açıqlama

Mourinyodan Ronaldo ilə bağlı xoşagəlməz açıqlama

01 Oktyabr 2026 - 14:14
Sabah Bakıya yağış yağacaq

Sabah Bakıya yağış yağacaq

01 Oktyabr 2026 - 14:07
Tramp administrasiyası dövründə nə qədər viza ləğv edilib?

Tramp administrasiyası dövründə nə qədər viza ləğv edilib?

01 Oktyabr 2026 - 14:00
Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların SAYI

Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların SAYI

01 Oktyabr 2026 - 13:51
Millətlər Liqası: bu gün 8 matç baş tutacaq

Millətlər Liqası: bu gün 8 matç baş tutacaq

01 Oktyabr 2026 - 13:42
Azərbaycanda qadın prokurorların sayı artır – RƏQƏMLƏR

Azərbaycanda qadın prokurorların sayı artır – RƏQƏMLƏR

01 Oktyabr 2026 - 13:30
Azərbaycanda yeni agentlik yaradıldı

Azərbaycanda yeni agentlik yaradıldı

01 Oktyabr 2026 - 13:18
Azərbaycanın müdafiə sənayesi yeni imkanlara yol açır

Azərbaycanın müdafiə sənayesi yeni imkanlara yol açır

01 Oktyabr 2026 - 13:17
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.