Dünyaca məşhur rok qrupunun üzvü vəfat etdi

🗓 17.12.2023 12:54 ✍️ "Elçi" qəzeti
Dünyaca məşhur rok qrupunun üzvü vəfat etdi

Dünyaca məşhur AC/DC rok qrupunun ilk nağara ifaçısı Colin Burgess 77 yaşında dünyasını dəyişib. Elchi.az xəbər verir ki, AC/DC qrupunun Facebook-da yayımladığı mesajda bu ifadələr işlədilib: "Kolin Burgessin ölümü bizi çox kədərləndirdi. O, hörmətli sənətçi olmaqla yanaşı, bizim ilk nağaraçımız idi. Rok və Roll sülh içində." Avstraliyalı sənətçinin ölüm səbəbi hələlik açıqlanmayıb. Burgess 1973-cü ildə qardaşı Angus, ritm gitaraçısı Malcolm Young, vokalist Dave Evans və basçı Laryy Van Kriedt ilə birlikdə AC/DC qrupunu yaradıb. Şayəstə Hüseynova  

Bənzər yazılar