Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında Azərbaycan millisinin üzvü Zelim Kotsoyev növbəti görüşünü keçirib.
Elchi.az xəbər verir ki, cüdoçumuz 1/16 finalda Benjamin Mataseje (Slovakiya) ilə üz-üzə gəlib.
Təmsilçimiz bu mərhələdə də ipponla rəqibini məğlub edib.
O, 1/8 finalda Rusiya təmsilçisi Arman Adamian ilə münasibətlərə aydınlıq gətirəcək.
***
10:53
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında Azərbaycan millisinin üzvü Zelim Kotsoyev mübarizəyə başlayıb.
Elchi.az xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi və 2024-cü ilin dünya çempionu kişilərin -100 kq çəki dərəcəsində qüvvəsini sınayıb.
Kotsoyev yarışa 1/32 final mərhələsindən başlayıb. Onun ilk rəqibi Türkmənistan təmsilçisi Baymırat Majanov olub.
Təmsilçimiz vaxtından əvvəl ipponla qələbə qazanıb. O, 1/16 finalda Benjamin Mataseje (Slovakiya) ilə üz-üzə gələcək.



















