Bu il Birləşmiş Ərəb Əmirliklərinin Ras el-Xayma şəhərində keçiriləcək minifutbol üzrə dünya çempionatının püşkü atılıb.
Elchi.az-ın məlumatına görə, mərasimdə Azərbaycan milli komandasının da rəqibləri bəlli olub.
Elşad Quliyevin baş məşqçi olduğu kollektiv Tunis, Misir və İraq yığmaları ilə birlikdə G qrupunda mübarizə aparacaq.
Qeyd edək ki, mundial oktyabrın 26-dan noyabrın 4-dək Birləşmiş Ərəb Əmirliklərində təşkil olunacaq.
Fabio Kannavaro Özbəkistan millisinin baş məşqçisi vəzifəsindən ayrıla bilər
Özbəkistan millisinin baş məşqçisi, italiyalı mütəxəssis Fabio Kannavaro Asiya Kubokunun təxirə salınması səbəbindən vəzifəsini tərk edə bilər. Elchi.az xəbər verir...




















Son şərhlər