Polşa prezidenti Anjey Duda Rusiya Federasiyasının Polşaya hücum ehtimalına inanmadığını bildirib.
Elchi.az bu barədə Fakt.pl-ə istinadən xəbər verir.
“Mən buna inanmıram” deyə o, Rusiyanın Polşaya hücumu ehtimalı ilə bağlı sualı cavablandırıb: “Onlar güclülərə hücum etmirlər, zəiflərə, asanlıqla məğlub edilə bilənlərə hücum edirlər”, deyə Duda fikirlərini bölüşüb.
O, ölkəni effektiv müdafiə etmək üçün Polşa hərbçilərinin ən yaxşı silahlara malik olmasının zəruriliyini qeyd edib.
Rusiya prezidenti Vladimir Putin izah edib ki, Moskva NATO-nun Qərb hərbi-siyasi blokunun üzvü olan ölkələrə hücum etmək fikrində deyil. Eyni zamanda Rusiya lideri bildirib ki, Qərb dövlətləri Rusiya Federasiyasının strateji məğlubiyyətinin mümkünsüzlüyünü dərk etməyə başlayıblar, ona görə də gələcək addımlar barədə düşünməlidirlər. Moskva, Putinin qeyd etdiyi kimi, dialoqa hazırdır.
Yeganə