Prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Dövlət Sərhəd Xidmətinin (DSX) humanitar yardım karvanı qardaş ölkəyə yola salınıb.
Bu barədə Elchi.az-a DSX-dan məlumat verilib.
DSX-yə məxsus 2 TIR vasitəsilə zəlzələdən zərərçəkmişlər üçün yola salınan humanitar yardıma xüsusi hərbi qış çadırı, yarımyun ədyal, yataq kisəsi (qış şəraiti üçün), yarımyun corab, yarımyun əlcək, yarımyun köynək, qış termal alt paltarı, odun sobası (bütün ləvazimatları ilə), içməli “Sərhədçi” suyu (5 litrlik qablaşdırmalarda) daxildir.
ss | Əmlakın adı | Göndərilib | Qeyd |
1 | Xüsusi hərbi qış çadırı (dairəvi 7m x 20m) | 10 dəst | 1000 nəfər heyət üçün |
2 | Yarımyun ədyal | 1000 ədəd | |
3 | Yataq kisəsi (qış şəraiti üçün) | 1000 ədəd | |
4 | Yarımyun corab | 1000 cüt | |
5 | Yarımyun əlcək | 1000 cüt | |
6 | Yarımyun köynək | 650 ədəd | |
7 | Qış termal alt paltarı | 1000 dəst | |
8 | Odun sobası (bütün ləvazimatları ilə) | 20 dəst | |
9 | İçməli “Sərhədçi” suyu (5 litrlik qablaşdırmalarda) | 10 ton |
Eyni zamanda zəlzələ zonasında fəaliyyət göstərən könüllülər üçün təyyarə ilə göndərilən yardıma xüsusi hərbi qış çadırı 25 nəfərlik, yataq kisəsi (qış şəraiti üçün), yarımyun corab, yarımyun əlcək, qış termal alt paltarı, uzunboğaz çəkmə (botinka), bel kəməri, su qabı (qumquma), odun sobası (bütün ləvazimatları ilə), dərman (1 nəfər üçün ilkin tibbi yardım), quru ərzaq payı, konserviləşdirilmiş 1-ci yemək (0.350 kq), konserviləşdirilmiş 2-ci yemək (0.350 kq), konserviləşdirilmiş mal əti (0.525 kq) daxildir.