"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Dövlət qəzeti Obamanı hegemon adlandırdı

03 Mart 2015 - 12:20
in XƏBƏR LENTİ
FacebookVatsap

Dövlət qəzeti Obamanı hegemon adlandırdı
Rəsmi dövlət qəzeti olan “Azərbaycan”ın 3 mart tarixli sayında ABŞ sərt tənqid olunub. Musavat.com həmin məqaləni olduğu kimi təqdim edir:

Bunu da oxuyun

Əraqçi İranın ABŞ-yə göndərdiyi şərtləri açıqlayıb

Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib

“Qarabağ” ev oyunlarını yenidən “Azersun Arena”da keçirəcək

ABŞ prezidenti Barak Obama güclü hegemonluq və despotizm əlamətləri nümayiş etdirir. Öz milli hüquqlarını qorumaq, müstəqilliyini gücləndirmək, Amerikadan fərqli yanaşma nümayiş etdirmək istəyən dövlətlər, xüsusilə də müsəlman ölkələri ciddi təzyiqlərə məruz qalır. Həmin ölkələrdə hakimiyyət çevrilişləri həyata keçirilir, vətəndaş qarşıdurması stimullaşdırılır, bütün bunlar nəticə vermədikdə isə onlara qarşı birbaşa hərbi təcavüz edilir. Bu gün Əfqanıstan, İraq, Liviya, Suriya, Misir və digər ölkələrin xalqları “demokratiya” və “rifah” adı altında yürüdülən siyasətin fəlakətli nəticələrinə görə cənab Obamaya “minnətdar” olmalıdırlar. “Uoll striti işğal et!”, Ferqyuson hadisələri və digər faktlar təsdiq edir ki, ABŞ-da insanlar öz fikirlərini sərbəst şəkildə ifadə edə bilmir, onlara mövcud idarəçiliyə qarşı etiraz səslərini ucaltmağa imkan verilmir, hətta elementar hüquqlarını müdafiə etməkdə belə acizdirlər. Ferqyuson hadisələri göstərdi ki, hətta jurnalistlər, bloqçular, vəkillər, hüquq müdafiəçiləri belə istənilən formada təzyiqlə üzləşə bilərlər.
Cənab Obamanın tənqidçilərini susdurmağa yönəlmiş sevimli alətlərindən biri də həbsdir. Baxmayaraq ki, Amerika prezidenti öz çıxışlarında az qala tanınmış hüquq müdafiəçilərini də geridə qoyur. Quantanamoda bugünə kimi “terrorçuluqda” və ya “terrorçularla əlbir olmaqda” şübhəli bilinən insanlar saxlanılır. Onların sayı, törətdikləri cinayətlər, saxlanma şəraiti barədə heç kimin məlumatı yoxdur. Çünki cənab Obama öz sələfləri kimi onların üzərində ədalət məhkəməsinin həyata keçirilməsini artıq hesab edir. Üstəlik, mövcud vəziyyəti tənqid edən jurnalistlər və fəalların özləri də həbslərə məruz qalırlar. 2013-cü ilin aprelində jurnalist və ictimai fəal Deniel Makqouen “Haffington Post”da Təcridxanalar üzrə Federal Büronu tənqid etdiyinə görə həbs olunmuşdu. Makqouenin həbsinə əsas kimi onun vaxtından əvvəl azadlığa buraxılma şərtlərini pozması kimi obyektivliyi şübhə doğuran iddia göstərilmişdi. Hüquq müdafiəçiləri bu həbsin siyasi motivli olduğu qənaətinə gəlmişdilər. Bu fakt təsdiq edir ki, Amerika məhkəmələri siyasi sistemin təzyiq vasitəsi olan hüquq-mühafizə orqanlarının nökərinə çevriliblər. Müxtəlif beynəlxalq təşkilatların rəylərini, qərar və qətnamələrini, habelə beynəlxalq konvensiyalarda təsbit olunmuş müddəaları əsas kimi göstərərək ayrı-ayrı ölkələrə hücum edən ABŞ nədənsə heç bir təşkilatın qarşısında məsuliyyət daşımaq istəmir, həmin konvensiyaları da, ümumiyyətlə, rədd edir. Seçkilər dövründə ATƏT müşahidəçilərinə göstərilən hörmətsizlik və təzyiqlər də bunun bariz nümunəsi hesab oluna bilər.

ABŞ ordusunun keçmiş qulluqçusu Bredli Menninq 2010-cu ildə İraqda Amerika hərbi helikopterinin dinc insanları güllələməsi ilə bağlı videonu internetə yerləşdirməklə əsl qalmaqal yaratdı. Həmin güllələmə əməliyyatında nüfuzlu media orqanlarının jurnalistləri də həlak olmuşdular. ABŞ hökuməti məsələnin araşdırılacağını bəyan etsə də, bütün səylərini informasiyanı ictimailəşdirən şəxsin tapılmasına yönəltdi. Daha sonra Menninq jurnalist Adriano Lamo ilə əlaqə quraraq ABŞ hərbçilərinin vəhşilikləri barədə materialları ona ötürdü və həmin məlumatlar ardıcıl şəkildə Wikileaks saytında verildi. 2010-cu ildə elə həmin A.Lamo tərəfindən verilmiş məlumat əsasında həbs olunan Menninq əvvəlcə iki ay Küveytdəki Kemp-Arifcan ABŞ hərbi bazasında saxlandı, iyulda isə ABŞ-a gətirildi. Menninqə qarşı irəli sürülmüş ittihamlara əsasən, onu 52 il azadlıqdan məhrumetmə cəzası gözləyirdi.
2011-ci ilin martında isə bir daha təsdiq olundu ki, ABŞ-ın məhkəmə sistemi öz Orwell xüsusiyyətinə sadiq qalır. Meninqə ona qarşı irəli sürülmüş ittihamlara daha 22-si əlavə olundu və buna görə də o, ölüm hökmünə məhkum oluna bilərdi.
Psixoloji problemləri olan Menninq vəkili Devid Kumbas vasitəsilə ictimailəşdirdiyi məktubda bildirmişdi ki, onu bütün gün ərzində birnəfərlik kamerada saxlayırlar, gözətçilər müntəzəm qaydada əsassız yoxlamalar təşkil edir, bütün gecə və səhər baxışlarında paltarsız olur. Amerika ictimaiyyətinin, “Amnistey İnternational” təşkilatı başda olmaqla hüquq-müdafiə təşkilatlarının, müxtəlif ölkələrin tanınmış ictimaiyyət nümayəndələrinin Menninqi azad etmək və ona dəstək xarakterli müraciətləri heç bir nəticə vermədi. 2013-cü ilin avqustunda o, 35 il müddətinə azadlıqdan məhrum edildi. Bunu da ABŞ hakimiyyətinin və şəxsən Prezident B.Obamanın beynəlxalq ictimai rəyə əsl münasibəti kimi qəbul etmək olar.
Bu arada ABŞ hakimiyyətinin siyasətini ifşa edən və bununla da bütün dünyaya əsl xidmət göstərmiş şəxslərə qarşı kampaniya davam edir. Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) və Milli Təhlükəsizlik Agentliyinin (MTA) keçmiş əməkdaşı Edvard Snouden 2013-cü ilin iyununda “The Guardian” və “The Washington Post” qəzetlərinin redaksiyasına ABŞ xüsusi xidmət orqanlarının mövcud informasiya və rabitə şəbəkələri vasitəsilə total şəkildə dünya üzrə ayrı-ayrı ölkələrin vətəndaşlarını izlədiyinə dair çoxsaylı faktları əks etdirən məxfi materiallar göndərmişdi. İndi o, Rusiyada gizlənməyə məcburdur. Snoudenin son açıqlamaları təsdiq edir ki, o, öldürüləcəyindən bərk ehtiyatlanır.

Eləcə də bütün insani hüquqlarından məhrum olan Wikileaks saytının yaradıcısı Culian Assanc 2012-ci ilin iyunundan, yəni 3 ildir ki Ekvadorun Londondakı səfirliyində “yaşamağa” məhkumdur. Bugünə kimi Assanca qarşı rəsmi şəkildə anlaşıqlı heç bir ittiham irəli sürülməyib. 2012-ci ilin sentyabrında isə ABŞ onu “dövlətin düşməni” elan edib.
Bütün bunlar Vaşinqtonun öz opponentlərinə qarşı necə qəddar davranış nümayiş etdirdiyinin əyani sübutlarıdır. Üstəlik, rəsmi Vaşinqton əlində olan bütün vasitələrlə Assancı və Snoudeni müdafiə edən medianı, hüquq-müdafiə təşkilatlarını susdurur. Bəli, cənab Obamanın siyasətində bu təcrübə də yeni deyil. 2013-cü ildə Russia Today telekanalının əməkdaşları həbs olunaraq 32 saat təcridxanada saxlandılar. Jurnalistlər Corciya ştatında “ölüm məktəbi” adlandırılan hərbi-təlim bazasına qarşı etiraz aksiyasını çəkərkən həbs olunmuşdular. Aksiyaçılar hesab edirdilər ki, həmin düşərgədə Latın Amerikasının ən qəddar qatilləri, diktatorları və s. hazırlanır. Jurnalist Keyli Forts bildirmişdi ki, onunla qəddar rəftar ediblər. Hüquq müdafiə təşkilatları da jurnalistlərin həbsini şiddətli qınamışdılar. Maraqlıdır ki, müxtəlif ölkələrdə jurnalistlərin həbsi və ya onlara qarşı hücumları pisləyən ABŞ-ın aparıcı media orqanları bu hadisəyə laqeyd qalmışdılar.
Cənab Obama E.Snouden, B.Menninq, C.Assanc kimi şəxslərin fəaliyyətindən narahatdır. Snoudenin təcrübəsi göstərir ki, ABŞ-ın aidiyyəti orqanları dünyanın istənilən nöqtəsində onun kimiləri izləyə, tapa və haqq-hesab çəkə bilərlər. Çünki müxtəlif ölkələrdə ABŞ-ın ssenariləri əsasında baş verən qanlı hadisələr, Quantanamo faktoru və digər bu kimi hallardan sonra hamıda Amerikanın həm daxili, həm də xarici siyasətində ədalət məfhumunun olmadığı, verilən yüksək bəyanatların isə gözdən pərdə asmaq xarakteri daşıdığı rəyi formalaşıb. Obama çıxışlarından birində demişdi ki, Amerika bütün dünyada demokratik dəyərləri qoruyacaq. Amma Ferqyuson hadisələrindən sonra əhali ədalətli mühakimə gözlədiyi halda, Obama vətəndaşları qaradərili gənci qətlə yetirən polis əməkdaşının hərəkətlərində heç bir qeyri-qanuni əməl tapmayan və onu sərbəst buraxan məhkəmənin qərarına sakit yanaşmağa çağırmışdı. Əvəzində isə Obama polis əməkdaşlarının təlimini gücləndirmək məqsədilə Konqresdən əlavə 263 milyon dollar istəmişdi. Bu pulun aqibəti ilə maraqlanmadan sual oluna bilər ki, öz ölkəsində insanların hüquqlarının belə kobud şəkildə pozulmasına göz yuman, üstəlik, onları ittiham hədəfinə çevirən bir dövlət başçısı dünyada demokratiyanı necə qoruya bilər? İkili standartları dövlət siyasəti səviyyəsinə yüksəltmiş cənab Obama dünyadan özünə və təmsil etdiyi dövlətə qarşı inam və etimad gözləməkdə haqlıdırmı? Bir neçə il əvvəl Misirə səfəri zamanı Obama ABŞ-ın müsəlman dünyası ilə yeni münasibətlər qurduğunu bəyan etmişdi. Görəsən bundan sonra o, iraqlıdan, suriyalıdan, liviyalıdan ABŞ haqqında nə düşündükləri ilə maraqlanıbmı?
Bu ilin fevralında Vox telekanalına müsahibəsində ABŞ prezidenti demişdi: “Dünyada pis oğlanlar var ki, bizə ziyan vurmaq istəyirlər. Biz güclü orduya malik olmalıyıq və zaman-zaman bizə lazım olanı etmək istəməyən ölkələrin əllərini burmalıyıq ki, onlar özlərini elə aparmasınlar ki, elə bil bizdə müxtəlif iqtisadi, diplomatik və yaxud, bəzi hallarda hərbi rıçaqlar yoxdur, hansılar ki var”. Obama “Amerikanın dünyanın bir nömrəli ölkə olması” ideyasının qurbanına çevrilib. Əlbəttə, əgər o, hegemon və despotik idarəçiliyini, dünyaya qan uddurmaq siyasətini davam etdirəcəksə, bütün dünyanı Amerikaya qarşı qaldıracaq və yəqin ki, birincilik iddiası baş tutmayacaq.
Bu il Konqresə illik müraciətində cənab Obama Ukrayna ilə Rusiya arasında qarşıdurmanı nəzərdə tutaraq demişdi ki, “biz “böyük ölkələr kiçik ölkələri qorxuda bilməzlər” prinsipini müdafiə edirik”. Görəsən İraq ABŞ-dan neçə dəfə böyükdür?

Previous Post

Dövlət qəzeti Obamanı hegemon adlandırdı

Next Post

Sabah qar yağacaq

Bənzər yazılar

Əraqçi İranın ABŞ-yə göndərdiyi şərtləri açıqlayıb

Əraqçi İranın ABŞ-yə göndərdiyi şərtləri açıqlayıb

02 Noyabr 2026 - 23:12

ABŞ və İran arasında mümkün danışıqlarının gündəliyi Tehranın daha əvvəl təklif etdiyi yeddi günlük planın şərtlərindən ibarətdir. Elchi.az xəbər verir...

Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib

Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib

02 Noyabr 2026 - 23:09

Türkiyədə 5,1 maqnitudalı zəlzələ olub. Elchi.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb....

“Qarabağ” ev oyunlarını yenidən “Azersun Arena”da keçirəcək

“Qarabağ” ev oyunlarını yenidən “Azersun Arena”da keçirəcək

02 Noyabr 2026 - 21:40

"Qarabağ" futbol klubunun ev oyunlarını keçirdiyi "Azersun Arena"nın ot örtüyündə renovasiya işləri aparılıb. Bu barədə Elchi.az Ağdam təmsilçisinin mətbuat xidmətindən...

HONOR X9e Pro: Sərhədlərə Meydan Oxu

HONOR X9e Pro: Sərhədlərə Meydan Oxu

02 Noyabr 2026 - 20:41

İnanılmaz zərbəyə dayanıqlılıq, 10 metrədək dərinlikdə suya davamlılıq və 11 000 mAh tutumlu güclü batareya - yeni HONOR X9e Pro...

Next Post

Sabah qar yağacaq

Neft sahələri bombardman etdi

Son xəbərlər

Əraqçi İranın ABŞ-yə göndərdiyi şərtləri açıqlayıb

Əraqçi İranın ABŞ-yə göndərdiyi şərtləri açıqlayıb

02 Noyabr 2026 - 23:12
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib

Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib

02 Noyabr 2026 - 23:09
“Qarabağ” ev oyunlarını yenidən “Azersun Arena”da keçirəcək

“Qarabağ” ev oyunlarını yenidən “Azersun Arena”da keçirəcək

02 Noyabr 2026 - 21:40
HONOR X9e Pro: Sərhədlərə Meydan Oxu

HONOR X9e Pro: Sərhədlərə Meydan Oxu

02 Noyabr 2026 - 20:41
Şəkidəki kanat qəzasında ölüm faktına görə iki nəfər həbs olunub

Şəkidəki kanat qəzasında ölüm faktına görə iki nəfər həbs olunub

02 Noyabr 2026 - 20:12
Kondratiuk: Rusiya ilə münaqişə başlayandan 768 ukraynalı uşaq həlak olub

Kondratiuk: Rusiya ilə münaqişə başlayandan 768 ukraynalı uşaq həlak olub

02 Noyabr 2026 - 20:10
Britaniyada etirazçılar ABŞ-nin aviabazasının girişini bağlayıblar

Britaniyada etirazçılar ABŞ-nin aviabazasının girişini bağlayıblar

02 Noyabr 2026 - 20:08
Müctəba Xamenei İran hökumətinə ABŞ ilə dialoq üçün səlahiyyətlər verib

Müctəba Xamenei İran hökumətinə ABŞ ilə dialoq üçün səlahiyyətlər verib

02 Noyabr 2026 - 19:27
Kanar adalarına gedən yolda miqrantlar həlak olub

Kanar adalarına gedən yolda miqrantlar həlak olub

02 Noyabr 2026 - 18:56
ABŞ-də “Halloween” günü kütləvi atışmalarda 24 nəfər həlak olub

ABŞ-də “Halloween” günü kütləvi atışmalarda 24 nəfər həlak olub

02 Noyabr 2026 - 18:37
Azərbaycan–Çin Sənaye Parkı yaradıla bilər

Azərbaycan–Çin Sənaye Parkı yaradıla bilər

02 Noyabr 2026 - 18:30
Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

02 Noyabr 2026 - 18:21
“Milan” 21 yaşlı müdafiəçi ilə maraqlanır

“Milan” 21 yaşlı müdafiəçi ilə maraqlanır

02 Noyabr 2026 - 18:14
Fransa tələbələri noyabrın 3-ü və 5-də kütləvi etirazlara çağırılıb

Fransa tələbələri noyabrın 3-ü və 5-də kütləvi etirazlara çağırılıb

02 Noyabr 2026 - 17:59
SEPAH hərbi təlim mərkəzlərinin sayını 12-yə çatdıracağını bildirib

SEPAH hərbi təlim mərkəzlərinin sayını 12-yə çatdıracağını bildirib

02 Noyabr 2026 - 17:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.