"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Dövlət idarəetməsində ifrat mərkəzləşməyə son qoyub, böyük özəlləşdirməyə gedilməlidir”-Qüdrət Həsənquliyev

13 Mart 2026 - 16:33
in MANŞET
FacebookVatsap

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edib, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı fikirlərini bölüşüb.

Bunu da oxuyun

Zelenski Tramp, Putin və Si Cinpin görüşünün gündəmini öyrənmək istəyir

Vuçiçdən Rusiya ilə münasibətlərə görə Avropaya SƏRT CAVAB

Tramp və Netanyahudan İrana hücum siqnalı!

Elchi.az xəbər verir ki, millət vəkili bildirib:

“Hörmətli Sədr, Baş nazir, qonaqlar, həmkarlar, media nümayəndələri!

Hörmətli Baş nazirin hökumətin hesabatına dair çıxışını dinlədik. Öncə görülən işlərə görə öz təşəkkürümü bildirirəm. Amma məndən öncə çıxış edən həmkarlarımın qaldırdığı problemləri həll etmək, xalqımızın rifahını yüksəltmək, təhlükəsizliyini təmin etmək üçün artan çağırışlara cavab verən güclü və sürətlə böyüyən iqtisadiyyata sahib olmalıyıq. Hamılıqla etiraf etməliyik ki, iqtisadiyyatımızn mövcud inkişaf tempi, adambaşına düşən ÜDM-in 1% artması bizi qane edə bilməz. Çox təqdirəlayiq haldır ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov bu günlərdə “Vergi sistemində gələcəyə baxış-yeni idarəetmə modeli və data əsaslı qərarlar” mövzusunda keçirilən forumda çıxışı zamanı iqtisadiyyatımızın durumunu düzgün qiymətləndirərək deyib ki, “mövcud iqtisadi artım templəri ölkə iqtisadiyyatının real potensialını əks etdirmir və iqtisadi siyasətin əsas məqsədi yeni və daha dayanıqlı iqtisadi artım mənbələrinin formalaşdırılmasır”. Nazir bildirib ki, 2027-30-cu illəri əhatə edən tədbirlər planı hazırlanır.
Hörmətli hökumət üzvləri! Böyük təbii sərvətlərə sahib Sovet İttifaqının iqtisadiyyatını beş illik planlar xilas edə bilmədi. Dünyada elə bir nümunə yoxdur ki, dövlət iqtisadiyyata nəzarət etsin və həmin ölkədə iqtisadi inkişaf olsun. İqtisadiyyatın əsas sahələri dövlətin nəzarətindən çıxarılmalı və azad bazar iqtisadiyyatına keçid təmin edilməliidr.
Konstitusiyanın 15-ci maddəsində deyilir ki, dövlət azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir. 59-cu maddə isə göstərilir ki, dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir. 35-ci maddədə isə işsizliyin aradan qaldırılması üçün bütün imkanlardan istifadə edilməsi dövlətin əsas vəzifələrindən biri kimi qeyd olunur.
Təəssüf ki, ölkəmizdə dövlət bizneslə məşğul olur, işsizliyin aradan qaldırılması üçün bütün mümkün imkanlardan istifadə edilmir. Bir nümunə göstərim. SOCAR 2.04 milyard dollara Türkiyədə Petkim zavodunu aldı və onun modernləşdirilməsi və genişləndirilməsi üçün əlavə 2 milyard dollar vəsait xərclədi, indi həmin 4 milyard investisiya yatırılmış müəssiə milyonlarla dollar ziyanla işləyir. Halbuki, həmin investisiya ölkə iqtisadiyyatına qoyulmalı, iş yerləri açılmalı idi. Milli Məclisə, ictimaiyyətə dövlət müəssiələrinin siyahısı və onların rentabelliyi barədə məlumat verilməli, bu rəqəmlər hökumətin hesabatına daxil edilməlidir”.
Millət vəkili əlavə edib ki, İranın raket zərbələri nəticəsində İsarailə iş dalınca gedib tikinti şirkətində çalışan iki gəncin ölüm xəbərini eşitdik: “Nə qədər iş dalınca Ukraynaya, Rusiyaya gedən gənclər müharibəyə cəlb olunub, həyatlarını itirirlər. Allah hamısına rəhmət eləsin! Bakıda bu qədər istismar müddəti başa çatmış evlər, minimal standartlara cavab verməyən “gecəqondular”, qəzalı binalar olmasına baxmayaraq, tikinti şirkətləri tikintiyə icazə ala bilmədikləri üçün xarici ölkələrə gedir, mənzillərin qiyməti qalxır. Təkcə Özbəkistanda Azərbaycanlılara məxsus 43 tikinti şirkəti fəaliyyət göstərir.
2026-2028-ci illər rəqabətin inkişafı üçün Milli Fəaliyyət Proqramı hazırlanır. Bu, proqram, plan hazırlamağı bir kənara qoyub iş görmək lazımdır. 2016-ci ildə iqtisadiyyatın inkişafına dair Strateji Yol Xəritəsi də qəbul olunmuşdu. Rəqabətin inkişafı üçün Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmalıyıq. Qonşu ölkələrdən İran, Türkmənistan və biz Ümumdünya Ticarət Təşkilatın üzvü deyilik. Bu təşkilata üzv olan qonşularımız Türkiyə, Rusiya, Qazaxıstan, Gürcüstan və Ermənistan üzv olmayan ölkələrdən daha yaxşı iqtisadi göstəricilərə sahibdir. Neft Fondunun vəsaitinin bir hissəsi yerli banklarda yerləşdirilməlidir ki, sahibkarların ucuz kreditlərə çıxışı olsun. Mülkiyyəti və biznesi qorumaq, ölkəyə iqtisadiyyatına investisiya yatırılmasını cəlbedici və təhlükəsiz etmək üçün kompleks iqtisadi islahatlar, o cümlədən məhkəmə-hüquq islahatları həyata keçirilməlidir. Yoxsa İqtisad Məhkəməsinin adının dəyişdirilib Kommersiya Məhkəməsi qoymaq məhkəmə islahatı deyil”.
Qüdrət Həsənquliyev həmçinin diqqətə çatdırıb ki, dövlət idarəetməsində ifrat mərkəzləşməyə son qoyub, böyük özəlləşdirməyə gedilməlidir: “Hesabat ilində 236 kiçik dövlət müəssiəsi 135.3 milyon manata özəlləşdirilib. Hər biri təqribən 500-600 min manata. Çox yaxşı, amma bəlli deyil hansı şərtlərlə özəlləşdirilib. Həmin müssilərdə iş yerləri qorunubmu, əlavə invesisiya qoyulacaqmı və s.
Hörmətli iclas iştirakçıları, toxunmaq istədiyim digər mühüm bir məsələ repetitorluğu aradan qaldırılmamasıdır. Orta təhsil pulsuz olsa da hər gün Bakının küçələrində 10 minlərlə avtomobil şagirdələri bir müəllimdən digərinin yanınan daşıyır, valideyinlər sürücülərə və müəllimlərə pul ödəyir. Bu ailələr üçün ağır yükdür. Təəssüf ki, hökumət bu istiqamətdə heç bir addım atmır.
Hər birinizi Ramazan və Novruz bayramları münasibətilə təbrik edirəm.
Diqqətinizə görə sağ olun”.

Previous Post

Tramp İrana “çox güclü zərbələr” endirəcəyini açıqlayıb

Next Post

Heydər Əliyev adına Hərbi İnstitutda qanvermə aksiyası keçirildi

Bənzər yazılar

Zelenski Tramp, Putin və Si Cinpin görüşünün gündəmini öyrənmək istəyir

Zelenski Tramp, Putin və Si Cinpin görüşünün gündəmini öyrənmək istəyir

20 Oktyabr 2026 - 17:35

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və ÇXR Sədri Si Cinpin arasında keçirilməsi ehtimal...

Vuçiçdən Rusiya ilə münasibətlərə görə Avropaya SƏRT CAVAB

Vuçiçdən Rusiya ilə münasibətlərə görə Avropaya SƏRT CAVAB

20 Oktyabr 2026 - 14:52

Serbiya Rusiyaya qarşı çıxmaq istəmir və Avropaya mane olan və onun siyasi elitasını qıcıqlandıran Ukrayna münaqişəsində neytrallığı qorumağa çalışır. Elchi.az...

Tramp və Netanyahudan İrana hücum siqnalı!

Tramp və Netanyahudan İrana hücum siqnalı!

20 Oktyabr 2026 - 12:21

ABŞ-da fəaliyyət göstərən "Washington Post" qəzetinin məlumatına görə, İran Hörmüz boğazında hücumları artırmaqla ABŞ Prezidenti Donald Trampa təzyiqi gücləndirməyi hədəfləyir....

Qüdrət Həsənquliyev: “Türkiyə qarşıdurmalardan yayınmalıdır” – MÜSAHİBƏ

Qüdrət Həsənquliyev: “Türkiyə qarşıdurmalardan yayınmalıdır” – MÜSAHİBƏ

19 Oktyabr 2026 - 19:25

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev ARB24-ə müsahibə verib. Elchi.az xəbər verir ki, Qüdrət Həsənquliyev İsraildə...

Next Post
Heydər Əliyev adına Hərbi İnstitutda qanvermə aksiyası keçirildi

Heydər Əliyev adına Hərbi İnstitutda qanvermə aksiyası keçirildi

Kiberpolis süni intellekt proqramlarından istifadə edib qadınları şantaj edən şəxsi saxladı – VİDEO

Kiberpolis süni intellekt proqramlarından istifadə edib qadınları şantaj edən şəxsi saxladı - VİDEO

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Türkiyədə avtobus qəzasında 24 nəfər xəsarət alıb

Türkiyədə avtobus qəzasında 24 nəfər xəsarət alıb

20 Oktyabr 2026 - 23:41
Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”

Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”

20 Oktyabr 2026 - 23:38
Qalibaf: ABŞ yeddi şərti icra etməsə, İranın etimadını qazana bilməz

Qalibaf: ABŞ yeddi şərti icra etməsə, İranın etimadını qazana bilməz

20 Oktyabr 2026 - 21:51
Culfada baş verən avtomobil qəzasında bir azyaşlı ölüb, səkkiz nəfər xəsarət alıb

Culfada baş verən avtomobil qəzasında bir azyaşlı ölüb, səkkiz nəfər xəsarət alıb

20 Oktyabr 2026 - 21:49
Sabah Hökməli–Qobu–Güzdək avtomobil yolunda hərəkət tam məhdudlaşdırılacaq

Sabah Hökməli–Qobu–Güzdək avtomobil yolunda hərəkət tam məhdudlaşdırılacaq

20 Oktyabr 2026 - 21:47
Kanada və Türkiyə müxtəlif sahələrdə əməkdaşlıq haqqında bəyannamə imzalamağı planlaşdırır

Kanada və Türkiyə müxtəlif sahələrdə əməkdaşlıq haqqında bəyannamə imzalamağı planlaşdırır

20 Oktyabr 2026 - 21:39
Osloda Zelenski və Uitkoffun görüşü başlayıb

Osloda Zelenski və Uitkoffun görüşü başlayıb

20 Oktyabr 2026 - 20:06
SEPAH: Hörmüz boğazında neft tankeri yanıb

SEPAH: Hörmüz boğazında neft tankeri yanıb

20 Oktyabr 2026 - 20:00
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub

20 Oktyabr 2026 - 19:59
“Qarabağ” və “Neftçi” cərimə edildi

“Qarabağ” və “Neftçi” cərimə edildi

20 Oktyabr 2026 - 19:26
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

20 Oktyabr 2026 - 19:05
Azərbaycan XİN Fransaya səyahət barədə xəbərdarlıq edib

Azərbaycan XİN Fransaya səyahət barədə xəbərdarlıq edib

20 Oktyabr 2026 - 18:46
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub

Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub

20 Oktyabr 2026 - 18:34
Fransada biznes sahibləri özlərini qorumaq üçün silahlanır

Fransada biznes sahibləri özlərini qorumaq üçün silahlanır

20 Oktyabr 2026 - 18:21
Azərbaycan və Xorvatiya arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Xorvatiya arasında siyasi məsləhətləşmələr keçirilib

20 Oktyabr 2026 - 18:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.