"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MÖVQE

Dostlardan bir addım irəlidə olan dost!-Aydın Canıyev yazır

08 Yanvar 2023 - 19:15
in MÖVQE
FacebookVatsap

Jurnalistika sayəsində kifayət qədər insanla rastlaşırsan, təmas yaranır, dost olduqların da olur, dost olmadıqların da, yazının qəhrəmanına çevrilən də, sevdiyin də, düşmən olduğun da bəs qədər, fəqət… nadir hallarda tanış dosta, dost qardaşa çevrilir!

Bunu da oxuyun

Qətərin Baş naziri Əl Sani: Netanyahu müharibə cinayətkarıdır

Trampın İran müharibəsi ilə bağlı mesajı: “Çox tezliklə qalib gələcəyik”

Pezeşkian: ABŞ ilə “razılaşmağa hazırıq”

Bəzən də jurnalistliyinlə bağlı uzaqdan-uzağa tanıdıqların sənin dostlarından və “qardaş” dediklərindən həyatda daha doğma, əziz olur, sən daha çox onların varlığından zövq alırsan, heç sənə fərq eləmir ki, səninlə dost, qardaş, həmkar deyil!

Bu tip adamlar, rus demiş, “vseqda na plavu”, üzdə olan adamlardır, daha doğrusu, siyasətdə və jurnalistikada “okolo da vokruq” olanlardır, yəni birbaşa proseslərin içində olmasa da, hər hansı siyasi partiya və mətbu orqan təmsilçisindən daha çox siyasətçi, daha çox jurnalistdir!

İxtisasları da həkimdən, müəllimdən, mühəndisdən ta hakimə, polisə, biznesmenəcən!

Başqaları dostlarına, həmkarlarına necə münasibət bəsləyir, necə yanaşır, mənə o qədər maraqlı deyil, amma mənə tanıdığım adamın həyatda ləyaqətli performansıdır!
Özüm üçün içimdə bal arısıyam – hər tanıdığımdan, dostumdan bir şirin pay yığıb oxucuma, xalqıma çatdırıram! Ki, övlad böyüdəndə, qız köçürəndə, gəlin gətirəndə, kürəkən sahibi olanda… nəzərə alsınlar! Yaxşıya düzlənə bilsinlər!

1985-ci ildən üzübəri mənim bu xalq üçün “Farağat! Yaxşılara düzlən!” deyib göstərə biləcəyim çox az İnsan Adam var: hərbçi polkovnik, polis generalı, istefada olan hakim, pensiyaya çıxan müəllim, fəaliyyətdə olan siyasətçi, xilaskar həkim… – hərəsindən bir nüsxə, bir ədəd, bir ekzemplyar… nümunə varımdı!

Azərbaycan xalqı o qədər də kasıb xalq deyil 26 millətli polietnik 10 milyonuyla!

Mən, adətən, milli-etnik mənsubiyyəti gözə almıram, adam hapıtdır, avardır, talışdır, kürddür… fərq etmir, əsl və xas olan… onun dövləti təfəkkürüdür!
Ruslan Dadaşovda bu istisnanı etməyə məcburam!

Ruslan Dadaşova dost deyə bilmirəm – rəhmətlik Elçin Səlcuq demişkən, bir bax gör sənin dost saydıqların da səni dost sayırmı?

Amma Ruslan Dadaşov ölümünə belə dost olası, qardaş qəbul olunası üst düşüncə adamıdır!

Mən Ruslan Dadaşovu hətta əleyhimə danışsa belə, yenə də ürəyimdə tutduğum ucalıqda üstünə külək əsməsinə imkan vermərəm!

Yox, mən Ruslan Dadaşovun tonlarla və hektarlarla yaxşılıq etdiyi sadə azərbaycanlılardan deyiləm ki, bu, mənim üçün yaxşılıq borcu olsun vicdan borcundan da ötə! Mən, uzaqbaşı, Ruslandan bir dostun xanımı üçün notarial yardımdan, bir kəndçim üçün də tərcümə şəraiti xahişindən artığını etməmişəm, əgər “digər” qrafasında olanları nəzərə almasaq!

Amma Ruslan Dadaşov özü o ucalığı qazanıb: tanıdığım 22 ildə mən adamı bir dəfə də olsun, heç bir epizodda görmədim ki, “obıvatel” azərbaycanlı səviyyəsində etdiyinə haqq qazandırsın ki, “balalarıma xatir…”

Bizim orbitdə, yəni öz ranqımızda (day ya lap kasıb, ya da lap varlı təbəqə yox da), ziyalı saydığımız kontingentin içində Ruslan Dadaşov ƏP sədrinin müavini Elxan Şükürlü, tovuzlu dostum-qardaşım Gülağa Ağazadə ilə birlikdə üçüncü adamdır ki, bu baxımdan istinad mənbəyimdir: 1998-ci ildə bir iş yoldaşım vardı, elə dinən kimi, “uşaqlar… uşaqlar” deyirdi, bir dəfə dözmədim, dedim ki, get bu gün evdə o uşaqlardan soruş gör, onlar sənin belə oğraşlıqla qazandığın çörəyi yemək istəyirlər, ya yox (düzdür, sonra həyat göstərdi ki, o uşaqlar elə o cür çörəyi yeməyi haqq ediblər – alma ağacından uzaq düşməyib)!?

Fəqət… 22 ildir mən bu üç insanın övladları üçün təmiz, saf çörək qazandığını, halallıqla, cəmiyyət üçün üst təbəqəyə layiq, ləyaqətli övlad böyütdüklərini gördüm!
Ruslan Dadaşov həm də əxlaqi baxımdan cəmiyyətin hər zaman arzuladığı imkan sahibidir!

Ruslan Dadaşov maddi, mənəvi, iqtisadi üstünlükləri üstündə heç vaxt manipulyasiya etməyib: səhər evindən mömin çıxdığı kimi, axşam da evinə mömin kimi qayıdıb!
Bu ikinci amildir ki, mən Ruslan Dadaşovu bizdən – dostlardan bir addım irəlidə saymışam, eləcə də cəmiyyətin bir addım irəlidə olan nümayəndələrindən!
Düşdüyü mühitin və maddiyyatın əxlaqını, xarakterini dəyişmədiyi ikinci tanıdığımdır şirvanlı Bəhruz Əzəmidən sonra!

Kəlbəcərli tələbə yoldaşım Şahin Əliyevdən sonra ikinci tanıdığımdır ki, bu günə qədər sonda üzr istəyəsi heç bir hərəkəti olmayıb – hamımızda o qədər belə yanlışlıqlar olub ki!

Əslən Qərbi Zəngəzurlu, Milli Məclisin Tərtərdən olan deputatı Sahib Alıyevdən sonra ikinci tanıdığımdır Ruslan Dadaşov… ilk gündən müdrikliyini nümayiş etdirib və elə müdrik də qalıb!

Ruslan Dadaşov həm də rəhmətılik Şakir Yaqubovdan sonra ikinci tanıdığımdır ki, heç zaman doğru sözün tərəfini verməyib, həmişə də doğru sözü deyib! Doğru sözü qoruyub – Ruslanın ikinci üzünü görən olmayıb Sözünə görə!

Bu fərqli xüsusiyyəti də hesab edirəm ki, elə Şakir Yaqubovla bir kənddən olmağı, bir torpağın suyunu içməyindəndir!

Ruslan Dadaşovu bizdən bir addım irəlidə saxlayan həm də Azərbaycanın və Astaranın ağırtaxta nəslinin nümayəndəsi olmasıdır!

Adam söz deyəndə eynən və eyzən köhnə kişilərin dediyi kimi olur: saqqal tərpədib söz deməyə bərabər, yəni!

Ruslan Dadaşovu daha bir paraleldə təqdim edim, fikrimi yekunlaşdırım: əgər məclisdə varamsa, Ruslan da ordadırsa, bütün tarixi, ədəbi, publisitik, siyasi bilgilərimə baxmayaraq, mən danışmaq üçün haqqı Ruslana tanıyaram!

Ruslan Dadaşov təmkinlə, ağılla-müdrikliklə, pafossuz çatdırar, konkret istinad mənbələrini göstərər! Hesab edirəm ki, Ruslan Dadaşovla məclisdə olanda ayrı ağıllı, müdrik adamlar da belə edir!

Ruslan Dadaşov ummur onu özümüzdən bir addım irəli verməyi, əksinə, çalışır ki, onunla ayaqlaşa bilək!

Mən 22 il qabaq tanımışam Ruslanı, daha doğrusu, dostlar təqdim edib!

Bu 22 ildə mənim tanıdıqlarım, dost olduqlarım, çoxları ya elə “uşaq ağlında” o illərdə qaldılar, ya “öldülər”, ya “canlı meyit” kimi ildən-ilə keçdilər, ya da…
Amma Ruslan Dadaşov hər Yeni təqvim ilində növbəti ilə adladı – bunu onu tanıyanların hamısı və Yaradan arzuladı!

Böyüdü! Böyük böyüdü!

Ağırtaxta, sanballı, səngin kişilərdən oldu!

Və… bu gün müqayisəli təqdimatda bir məqsədim var: Ruslan Dadaşov… Azərbaycanın istənilən bölgəsinin ən yaxşısı saydığımın üzünə birlikdə çıxası dostdur, qardaşdır, tanışdır: kəlbəcərlinin də, naxçıvanlının da, şirvanlının da, Qərbi Zəngəzurlunun da, tovuzlunun da…

Dövləti, onun ideoloji-siyasi tələblərini anlayan, anladan, dini-etnik körükləmələrin mənbəyini bilən, ona qarşı çıxan, amma milli kimliyinin dəyərini azaltmadan, rəxnə salmadan, özünə hörməti haqq edən, özgüvəni dövlətə, vətənə fayda ilə təsbit olunan bu ƏZİZ AZƏRBAYCANlını ad günü münasibəti ilə təbrik edirəm və təəssüfümü bildirirəm ki, bunu bir həftə gec edə bildim: səhhətim imkan vermədiyi üçün!

İstənilən halda, Aydın Can haçan təbrik edirsə, əsl təbrik elə odur!

Sayğılarla və dərin rəğbət hissiylə, ƏZİZ VƏ BÖYÜK AZƏRBAYCANLI!
Müstəqil Azərbaycanın Astara rayonunun Bala Şahağac kəndinə təşəkkür və təzimlərlə…

Previous Post

Dostlardan bir addım irəlidə olan dost!-Aydın Canıyev yazır

Next Post

Putin sui-qəsddən qorxduğu üçün bu addımı atdı – FOTO

Bənzər yazılar

Qətərin Baş naziri Əl Sani: Netanyahu müharibə cinayətkarıdır

Qətərin Baş naziri Əl Sani: Netanyahu müharibə cinayətkarıdır

30 Sentyabr 2026 - 10:17

Qətərin Baş naziri və Xarici İşlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Sani İsrailin Baş naziri Binyamin Netanyahunun "müharibə cinayətkarı" olduğunu...

Trampın İran müharibəsi ilə bağlı mesajı: “Çox tezliklə qalib gələcəyik”

Trampın İran müharibəsi ilə bağlı mesajı: “Çox tezliklə qalib gələcəyik”

29 Sentyabr 2026 - 10:46

ABŞ Prezidenti Donald Tramp Oval Ofisdə keçirilən tədbir zamanı İranla gərginlik barədə açıqlama verib. Jurnalistlərin ABŞ rəsmilərinin İranla münaqişəyə son...

Pezeşkian: ABŞ ilə “razılaşmağa hazırıq”

Pezeşkian: ABŞ ilə “razılaşmağa hazırıq”

25 Sentyabr 2026 - 10:32

İran Prezidenti Məsud Pezeşkian bəyan edib ki, İran ABŞ ilə müharibə istəmir və danışıqlar yolu ilə razılığa gəlməyə hazırdır. Elchi.az...

Makron Rusiya və Ukraynaya enerji obyektlərini vurmamağa çağırdı

Makron Rusiya və Ukraynaya enerji obyektlərini vurmamağa çağırdı

23 Sentyabr 2026 - 11:23

Makron Ukrayna və Rusiyanı enerji infrastrukturuna və Qara dənizdəki hədəflərə qarşı zərbələrlə bağlı moratoriuma razılaşmağa çağırıb. Elchi.az xəbər verir ki, Nyu-Yorkda...

Next Post
Putin sui-qəsddən qorxduğu üçün bu addımı atdı – FOTO

Putin sui-qəsddən qorxduğu üçün bu addımı atdı - FOTO

Putin sui-qəsddən qorxduğu üçün bu addımı atdı – FOTO

Putin sui-qəsddən qorxduğu üçün bu addımı atdı - FOTO

Son xəbərlər

İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb

İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb

01 Oktyabr 2026 - 00:01
“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunda əsas mərhələyə yüksəlib

“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunda əsas mərhələyə yüksəlib

30 Sentyabr 2026 - 22:36
Tramp ABŞ qoşunlarının İraqdan tam çıxarılmasını administrasiyasının qələbəsi adlandırıb

Tramp ABŞ qoşunlarının İraqdan tam çıxarılmasını administrasiyasının qələbəsi adlandırıb

30 Sentyabr 2026 - 22:34
Danimarka səfiri HHQ helikopteri ilə bağlı insidentə görə Rusiya XİN-ə çağırılıb

Danimarka səfiri HHQ helikopteri ilə bağlı insidentə görə Rusiya XİN-ə çağırılıb

30 Sentyabr 2026 - 22:33
ABŞ səfirliyi: Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk

ABŞ səfirliyi: Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk

30 Sentyabr 2026 - 22:31
Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində vahid ölkə stendində nümayiş olunur

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində vahid ölkə stendində nümayiş olunur

30 Sentyabr 2026 - 19:52
Yakutiyada yeniyetmə məktəbdə terror aktı törətmək istəyib

Yakutiyada yeniyetmə məktəbdə terror aktı törətmək istəyib

30 Sentyabr 2026 - 19:50
Həsənzadə: ABŞ SEPAH və “Bəsic” qərargahlarına hücumla heç nəyə nail olmayıb

Həsənzadə: ABŞ SEPAH və “Bəsic” qərargahlarına hücumla heç nəyə nail olmayıb

30 Sentyabr 2026 - 19:48
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

30 Sentyabr 2026 - 19:44
FHN kiçikhəcmli gəmi istifadəçiləri üçün tədbirlər keçirib

FHN kiçikhəcmli gəmi istifadəçiləri üçün tədbirlər keçirib

30 Sentyabr 2026 - 19:29
Azərbaycan MN ilə Türkiyə müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

Azərbaycan MN ilə Türkiyə müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

30 Sentyabr 2026 - 19:12
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq

Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq

30 Sentyabr 2026 - 18:56
Bakıda və bölgələrdə külək güclənəcək

Külək güclənəcək – XƏBƏRDARLIQ

30 Sentyabr 2026 - 18:48
Rutte Rusiyaya NATO-nun müdafiə məqsədlərini xatırladıb

Rutte Rusiyaya NATO-nun müdafiə məqsədlərini xatırladıb

30 Sentyabr 2026 - 18:39
Prezidentin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib

Prezidentin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib

30 Sentyabr 2026 - 18:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.