Donetskdə toqquşmalar davam edir

103

Təxminən 15 aydır davam edən Rusiya-Ukrayna müharibəsində ən şiddətli qarşıdurmalar Donetsk bölgəsində yaşanır.
Elchi.az xəbər verir ki, Rusiyanın 2022-ci il fevralın 24-də Ukraynada başladığı müharibədə cəbhədə Bəhmut, Uqledar, Marinka və Avdiyivka kimi şəhərlər və digər yaşayış məntəqələri istiqamətində qarşıdurmalar davam edərkən, cəbhə xəttində Ukrayna ordusunun intensiv fəaliyyəti müşahidə olunur.
Ötən il Ukrayna ordusunun Xarkov və Xerson vilayətlərində Rusiya ordusuna qarşı geniş əks-hücumlarından sonra Donetsk vilayətində toqquşmalar daha da şiddətlənib. Ukraynanın Xerson, Luqansk, Zaporojye, Xerson və Xarkov və digər vilayətlərində toqquşmalar davam edir, lakin ən gərgin döyüşlər Donetskin müxtəlif məntəqələrində yaşanır.

Şayəstə Hüseynova