ABŞ-da üç nəfər Listeria bakteriyası ilə çirklənmiş süd kokteyllərini qəbul etdikdən sonra ölüb.
Elchi.az xəbər verir ki, ABŞ- ın Vaşinqton ştatının Takoma şəhərində dondurma aparatlarının düzgün təmizlənməməsi nəticəsində ortaya çıxan Listeria bakteriyası ilə çirklənmiş “milkshake” adlı içkini qəbul edən 3 nəfər ölüb, 3 nəfər xəstəxanaya yerləşdirilib.
BBC-nin xəbərinə görə, Vaşinqton ştatının Səhiyyə Departamenti hadisə ilə bağlı açıqlama verib. Səlahiyyətlilər Frugal adlı restoranda dondurma aparatlarının təmizlənməməsinin qida yoluxucu “Listerioz epidemiyası”na səbəb olduğunu və Listeria bakteriyasına yoluxan 3 nəfərin dünyasını dəyişdiyini, 3 nəfərin isə xəstəxanaya yerləşdirildiyini bildirib.
Nuranə Məmmədova