Daxili İşlər Nazirliyi (DİN) Göygöl rayonunda 6 nəfərin öldüyü yol qəzası barədə məlumat yayıb.
DİN-dən verilən məlumata görə, iyulun 1-də saat 23 radələrində Göygöl rayonunun Mollacəlilli kəndi ərazisində Samux rayon sakini Orxan Hümbətovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Bakı şəhər sakini N.Bayramovun idarə etdiyi “DAF” markalı yük avtomobili toqquşub. Nəticədə O.Hümbətov və 4 sərnişini hadisə yerində, 1 sərnişini isə xəstəxanada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Bakıda evdən 33 min manat oğurlanıb
Paytaxtın Xəzər rayonu ərazisində yerləşən mənzillərin birindən pul oğurlanması barədə polisə müraciət daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Elchi.az-a...





















Son şərhlər