Dövlət İmtahan Mərkəzi magistraturada 68, 69 və 70 saylı qəbul proqramlarına aid ixtisaslaşmaları seçmək istəyən bakalavrlara müraciət edib.
DİMd-ən verilən xəbərə görə, müsabiqə şərtlərini ödəyən və ali təhsil müəssisələrinin magistratura səviyyəsinin 68, 69 və 70 saylı proqramlarına aid xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrların qabiliyyət imtahanlarında iştirak etməsi üçün qeydiyyatı 1–3 tarixlərində aparılacaq. Qabiliyyət imtahanları isə 8–17 iyun tarixlərində keçiriləcək.
Ali təhsil müəssislərinin xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalarına qəbul üçün keçiriləcək qabiliyyət imtahanları haqqında ətraflı məlumatı “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyət imtahanları” jurnalının 1-ci sayından əldə etmək mümkündür.
Azərbaycanda su qıtlığı problemi… – BCG
Azərbacan hökuməti su qıtlığı probleminin həllinə ardıcıl olaraq sərmayə qoyur, onun həlli ölkənin əsas məqsəd və prioritetlərindən biridir. Elchi.az xəbər...