"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

DİM bakalavrlara müraciət etdi

20 Aprel 2018 - 12:45
in CƏMİYYƏT
FacebookVatsap

Bunu da oxuyun

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

DİM kibertəhlükəsizlik qaydaları ilə bağlı istifadəçilərə çağırış edib

“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət edə bilərlər.

DİM-dən  verilən məlumata görə, həmin bakalavrlar 2018-ci il aprelin 30 dək Dövlət İmtahan Mərkəzinin (DİM-in) internet saytında qeydiyyatdan keçməli və 2018-ci il mayın 7-dən 11-dək qabiliyyət imtahanı verməlidirlər.

Jurnalistika üzrə proqramı yalnız qabiliyyət imtahanında iştirak edən və “məqbul” qiymət alan bakalavrlar seçə bilərlər.

Jurnalistika üzrə ixtisaslaşmalara qəbul olmaq istəyənlər 2018-ci il aprelin 20-dən 30-dək DİM-in internet saytının müvafiq səhifəsində həmin ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrların qeydiyyatı üçün nəzərdə tutulmuş bölməyə daxil olaraq sorğu anketini doldurmaqla qeydiyyatdan keçməlidirlər. Anketin bütün bəndləri Azərbaycan dilində, yığcam şəkildə doldurulmalıdır. Anketi doldurmaqla qeydiyyatdan keçən bakalavrlar 2018-ci il mayın 4-dən 6-dək “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edib götürməli və 2018-ci il mayın 7-dən 11-dək vərəqədə göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər.

Bakalavrlar qabiliyyət imtahanında iştirak etmək üçün özləri ilə aşağıdakı sənədləri mütləq gətirməlidirlər:
– şəxsiyyətini təsdiq edən sənədi;
– “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni;
– dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika janrları üzrə yazılarını (radio və televiziyada yayımlanmış çıxışlarının disk yazılarını) (qovluqda);
– təqdim edilən materialların və çıxışların müəllifə məxsus olması ilə bağlı KİV-in məsul işçisi tərəfindən imzalanmış və təşkilatın möhürü ilə təsdiqlənmiş arayışı.

Qeyd: Yuxarıda sadalanan sənədlərdən hər hansı birini gətirməyən bakalavrlar qabiliyyət imtahanına buraxılmırlar.

Qabiliyyət imtahanında hər bir bakalavra təxminən 1 saat (30 dəqiqə imtahan biletinə hazırlaşmaq və 30 dəqiqə biletin suallarını cavablandırmaq üçün) vaxt ayrılır. Hər bir bakalavr bilet çəkməklə Qabiliyyət İmtahanı Komissiyası (QİK) qarşısında cavab verir. Mətbuat materialının təhlili yazılı formada yerinə yetirilir.

Hər bir biletin quruluşu təxminən aşağıdakı kimidir:
1. Bakalavrın dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazılarına baxış və onların qiymətləndirilməsi;
2. Şifahi müsahibə;
3. Bakalavrın ona imtahanda təqdim edilən mətbuat materialını təhlil və redaktə etməsi.

İmtahanda hər bir bakalavrın cavabları müvafiq şəkildə protokollaşdırılır.

Qabiliyyət imtahanının qısa təsviri aşağıda verilir:
1. QİK üzvləri bakalavrın dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazılarını nəzərdən keçirir, onları təhlil edir və qiymətləndirirlər.
2. QİK üzvləri imtahan verən hər bir bakalavrın ümumi dünyagörüş səviyyəsini, dünyada və ölkəmizdə cərəyan edən hadisələrdən və ictimai-siyasi proseslərdən xəbərdar olub-olmamasını, jurnalistikaya marağını, motivasiyasını, jurnalistika üzrə nəzəri biliklərini, KİV-lərlə tanışlığını, jurnalistikanın cəmiyyətdə rolunu başa düşməsini, jurnalistin peşə etikası qaydalarına bələdliyini və s. müəyyənləşdirmək məqsədi ilə təqdim edilmiş ədəbiyyat (mənbələr) çərçivəsində ona müvafiq suallar verirlər. Müsahibənin gedişində komissiya üzvləri bakalavrın maraq dairəsini, erudisiyasını və ümumi mədəniyyət səviyyəsini, KİV-lərdən xəbərdar olmasını, müasir publisistlərin yaradıcılığı ilə tanışlığını, seçdiyi peşənin xüsusiyyətlərini başa düşməsini, yaradıcı tapşırıqları cəld və orijinal şəkildə həll etmək bacarığını, həmçinin obyektiv reallığın hadisə və təzahürlərini qiymətləndirmədə müstəqil yaradıcı təfəkkür qabiliyyətini aşkara çıxaran əlavə suallar verə bilərlər.
3. Bakalavr ona imtahanda təqdim edilən mətbuat materialını təhlil və redaktə edir.
Bu yazılı tapşırıq Azərbaycan və ya rus dillərində verilmiş mətnin təhlilini və redaktə edilməsini nəzərdə tutur. Bakalavr səhvləri tapır və düzəldir, etdiyi düzəlişləri izah edir, mətni redaktə olunmuş formada yenidən yazır. Mətni redaktə edərkən bakalavr ədəbi dili, dil və nitq normalarını bilməsini, müasir dil normalarını pozan orfoqrafik, qrammatik, durğu işarəsi və nitq səhvlərini tapmaq və düzəltmək qabiliyyətini nümayiş etdirməlidir.

Materialı təhlil və redaktə edərkən bakalavr aşağıdakı məsələləri əhatə etməyə çalışmalıdır:
• mövzunun açılma dərəcəsi;
• başlıq və məzmunun uyğunluğu;
• materialın quruluş və formasına görə janrının müəyyənləşdirilməsi;
• materialın yazıldığı janrın tələblərinə uyğunluq dərəcəsi;
• yazının dil və üslub normaları baxımından təhlili;
• səhvləri aradan qaldırmaqla materialın yenidən işlənilməsi.

Qeyd: Təhlil üçün materiallar tədris bölmələrinə müvafiq olaraq Azərbaycan və rus dillərində təqdim olunur.

Bakalavrın biletin hər bir bəndi üzrə cavabı 5 ballıq şkala üzrə qiymətləndirilir (3 bənd üzrə maksimum bal: 15). Biletin hər bir bəndi üzrə ən azı 3, bilet üzrə ümumilikdə isə 9 və daha çox bal toplamış bakalavrlar imtahandan “məqbul” qiymət almış hesab edilirlər və proqram seçimi zamanı jurnalistika üzrə 44 saylı proqramı seçmək hüququ qazanırlar. Onlar magistraturaya qəbul imtahanının ikinci mərhələsində həmin proqram üzrə imtahan verərək inşa (esse) yazırlar. Bu bakalavrlardan mərhələ üzrə və ümumi müsabiqə şərtini ödəyənlər ixtisaslaşma seçimi zamanı jurnalistika üzrə ixtisaslaşmaları seçə bilərlər.

Jurnalistika üzrə qabiliyyət imtahanına hazırlaşmaq üçün ədəbiyyat siyahısı:

1. Azərbaycan Respublikasının Konstitusiyası. http://e-qanun.az/framework/897
2. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. http://www.president.az/files/future_az.pdf
3. “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. http://www.president.az/
4. Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu, № 769-IQ, 7 dekabr 1999 cu il. http://e-qanun.az/files/framework/data/7/f_7512.htm
5. İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikasının Qanunu, № 1024-IIQ, 30 sentyabr 2005 ci il. http://e-qanun.az/files/framework/data/11/c_f_11142.htm
6. Məlumat azadlığı haqqında Azərbaycan Respublikasının Qanunu, №505-IQ, 19 iyun 1998 ci il. http://e-qanun.az/files/framework/data/3/c_f_3420.htm
7. Dövlət sirri haqqında Azərbaycan Respublikasının Qanunu, № 733-IIQ, 07 sentyabr 2004 cü il. http://e-qanun.az/files/framework/data/3/f_3731.htm
8. Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası. Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2008 ci il tarixli Sərəncamı ilə təsdiq edilmişdir. http://www.presscouncil.az/metbuat-shurasi/KIV-huquqi-normativ%20baza/KIV-Konsepsiya.doc
9. Azərbaycan jurnalistlərinin peşə davranışı qaydaları (yeni variant). Sənəd 2003-cü il martın 15 də Azərbaycan jurnalistlərinin birinci qurultayında qəbul edilib. http://www.presscouncil.az/az/show.page.php?guid=6b713f93-ba53-11df-b529-0022190362dd
10. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya. Roma, 4 noyabr 1950 ci il. Konvensiyanın rəsmi tərcüməsi (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 31 mart 2002-ci il, №3). http://www.ajb.az/site/konvensiya.pdf
11. Beynəlxalq Jurnalistlər Federasiyasının Jurnalist Davranışının Prinsipləri Haqqında Bəyannaməsi. Beynəlxalq Jurnalistlər Federasiyasının (BJF) II Ümumdünya Konqresində (Bordo, 25-28 aprel 1954-cü il) qəbul edilmiş; BJF-nin XVIII Ümumdünya Konqresində (Helsinki, 2-6 iyun 1986-cı il) düzəlişlər edilmişdir. http://www.ajb.az/site/beyanname.pdf
12. Aslanov A. İnformasiya yaradıcılığı: standartlar və yeni yanaşmalar. Bakı, 2016.
13. Əhmədli N. Jurnalistin nitq mədəniyyətinin əsasları. Dərslik. Bakı, 2014.
14. Əliyev V. Beynəlxalq jurnalistikada etik normalar və Azərbaycan mətbuatı. Bakı, 2006.
15. Fichtelius E. Jurnalistikanın on qızıl qaydası. http://www.ajb.az/i/jurnalistikanin_on_qizil_qaydasi.pdf
16. Məmmədli C. Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi. Dərslik. Bakı, 2013.
17. Vəliyev H. Xarici ölkələrin jurnalistikası tarixi. Dərslik. Bakı, 2012.

Previous Post

DİM bakalavrlara müraciət etdi

Next Post

Dolları bahalaşdıran ehtimal

Bənzər yazılar

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

02 Noyabr 2026 - 18:21

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər. Baş Prokurorluğun Mətbuat xidmətindən Elchi.az-a verilən məlumata görə, noyabrın 2-də uzun illər prokurorluq orqanlarında qulluq...

DİM kibertəhlükəsizlik qaydaları ilə bağlı istifadəçilərə çağırış edib

DİM kibertəhlükəsizlik qaydaları ilə bağlı istifadəçilərə çağırış edib

02 Noyabr 2026 - 17:38

Dövlət İmtahan Mərkəzi özünün elektron xidmətlərindən, informasiya sistemlərindən və digər onlayn resurslarından istifadə edən şəxslərə hesablarının təhlükəsizliyinin təmin olunması məqsədilə...

“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi

“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi

02 Noyabr 2026 - 17:26

“Gözel Seeds” və ADA Universitetinin birgə təşkilatçılığı ilə Türkiyənin genetika və kənd təsərrüfatı biotexnologiyası sahəsində altı aparıcı aliminin iştirakı ilə...

Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müşavir təyin olunub

Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müşavir təyin olunub

02 Noyabr 2026 - 16:44

Vəzirov Rəşid Şamil oğlu əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri təyin olunub. Elchi.az xəbər verir ki, bu barədə nazir Anar...

Next Post
Dolları bahalaşdıran ehtimal

Dolları bahalaşdıran ehtimal

Həcc ziyarətinə getmək üçün 800 nəfər sənəd verdi

Həcc ziyarətinə getmək üçün 800 nəfər sənəd verdi

Son xəbərlər

Əraqçi İranın ABŞ-yə göndərdiyi şərtləri açıqlayıb

Əraqçi İranın ABŞ-yə göndərdiyi şərtləri açıqlayıb

02 Noyabr 2026 - 23:12
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib

Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib

02 Noyabr 2026 - 23:09
“Qarabağ” ev oyunlarını yenidən “Azersun Arena”da keçirəcək

“Qarabağ” ev oyunlarını yenidən “Azersun Arena”da keçirəcək

02 Noyabr 2026 - 21:40
HONOR X9e Pro: Sərhədlərə Meydan Oxu

HONOR X9e Pro: Sərhədlərə Meydan Oxu

02 Noyabr 2026 - 20:41
Şəkidəki kanat qəzasında ölüm faktına görə iki nəfər həbs olunub

Şəkidəki kanat qəzasında ölüm faktına görə iki nəfər həbs olunub

02 Noyabr 2026 - 20:12
Kondratiuk: Rusiya ilə münaqişə başlayandan 768 ukraynalı uşaq həlak olub

Kondratiuk: Rusiya ilə münaqişə başlayandan 768 ukraynalı uşaq həlak olub

02 Noyabr 2026 - 20:10
Britaniyada etirazçılar ABŞ-nin aviabazasının girişini bağlayıblar

Britaniyada etirazçılar ABŞ-nin aviabazasının girişini bağlayıblar

02 Noyabr 2026 - 20:08
Müctəba Xamenei İran hökumətinə ABŞ ilə dialoq üçün səlahiyyətlər verib

Müctəba Xamenei İran hökumətinə ABŞ ilə dialoq üçün səlahiyyətlər verib

02 Noyabr 2026 - 19:27
Kanar adalarına gedən yolda miqrantlar həlak olub

Kanar adalarına gedən yolda miqrantlar həlak olub

02 Noyabr 2026 - 18:56
ABŞ-də “Halloween” günü kütləvi atışmalarda 24 nəfər həlak olub

ABŞ-də “Halloween” günü kütləvi atışmalarda 24 nəfər həlak olub

02 Noyabr 2026 - 18:37
Azərbaycan–Çin Sənaye Parkı yaradıla bilər

Azərbaycan–Çin Sənaye Parkı yaradıla bilər

02 Noyabr 2026 - 18:30
Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

02 Noyabr 2026 - 18:21
“Milan” 21 yaşlı müdafiəçi ilə maraqlanır

“Milan” 21 yaşlı müdafiəçi ilə maraqlanır

02 Noyabr 2026 - 18:14
Fransa tələbələri noyabrın 3-ü və 5-də kütləvi etirazlara çağırılıb

Fransa tələbələri noyabrın 3-ü və 5-də kütləvi etirazlara çağırılıb

02 Noyabr 2026 - 17:59
SEPAH hərbi təlim mərkəzlərinin sayını 12-yə çatdıracağını bildirib

SEPAH hərbi təlim mərkəzlərinin sayını 12-yə çatdıracağını bildirib

02 Noyabr 2026 - 17:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.