"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Deputatdan silahdaşının həbsi və qızının ölümü ilə bağlı şok ittiham: “İcra başçısının hikkəsi ilə…”

09 Fevral 2016 - 22:17
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Qubadlı azadlığın və quruculuğun yeni dövrünü yaşayır

İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

Azərbaycanın bir sıra rayonlarına qar yağıb, güclü yağışlar davam edir – Faktiki hava

Deputatdan silahdaşının həbsi və qızının ölümü ilə bağlı şok ittiham: “İcra başçısının hikkəsi ilə...”
Millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa həbs olunan dostu, partiyasının Tərtər rayon təşkilatının sədrinin ailəsində baş verən faciə ilə bağlı məlumat yayıb.
Musavat.com xəbər verir ki, deputat hazırda həbsdə olan Zülfüqar İbrahimovun Tərtər rayon icra hakimiyyətinin başçısı tərəfindən şərlənərək həbs olunduğunu, şikəst qızının isə aylarla ata həsrəti çəkdikdən sonra dünyasını dəyişdiyini deyib.
Öz Feysbuk hesabında bu barədə məlumat yayan deputat qeyd edib ki, Z.İbrahimov inanclı şəxs kimi ibadətlə məşğul olub, lakin o, şərlənərək radikal dindar kimi həbs edilib: “Azərbaycan xalq hərəkatının çox dəyərli və fədakar insanlarından biri olan Zülfüqar İbrahimov Tərtərin müdafiəsi üçün Xalq Cəbhəsi batalyonunun yaradıcısı və ermənilərə qarşı döyüşün fəal iştirakçısı olub. Böyük Quruluş Partiyasının Tərtər rayon təşkilatının sədridir. İnanclı bir iş adamıdır. Rayon üçün də əlindən gələni etmiş, Şəhidlər Xiyabanının təmirini öz vəsaiti hesabına gerçəkləşdirmiş dürüst bir insandır. Tərtər rayon İcra hakimiyyəti başçısının verdiyi qərəzli informasiyalar nəticəsində qondarma radikal dindar yarlığı ilə ötən ilin mart ayından həbs olunub və evində ənənəvi patron tapılması səbəbinə iki il azadlıqdan məhrum olunub”.
F.Mustafa Z.İbrahimovun gördüyü işlər haqda bunları yazıb: “Onlarla ləyaqətli vətənpərvər insanlardan biri kimi tək günahı sakitcə öz günlük ibadəti ilə məşğul olmasıdır və qətiyyətlə söyləyə bilərəm ki, ümumiyyətlə radikal baxışlı insanlara qarşı ən sərt mövqeyi olan sağlam inanc sahibidir. Zülfüqar həm də gözəl ailə başçısıdır və iki sağlam övladı ilə birlikdə 23 yaşına qədər gəlib çatmış yataq xəstəsi olan bir şikəst qız övladını da hər cür çilələrə rəğmən fədakar xanımı ilə birlikdə müalicə etdirməyə və yaşatmağa çalışıb. Uşağın ona necə bağlı olduğunu bildiyimə görə, onun atasının həbsinə dözməyəcəyini təsəvvür edirdim. İndicə xəbər aldım ki, o şikəst uşaq atasının ayrılığına aylar boyu o qədər ağlayıb ki, ürəyi tab gətirməyib, dünyasını dəyişib. Allah yerini behiştlik etsin və bizlərin bu məsum uşaqların qarşısında günühlarımızı bağışlasın!”.
Deputat uşağın ölümündə günahı olan məmurlara da səslənib: “İndi buruyun, cənab məmurlar, atasını nahaqdan şərləyib tutdurduğunuz uşaqdan necə halallıq istəyəcəksiniz? Bu əmələ görə hansınızı Allah bağışlayacaq? Həbsxanada olan Zülfüqar qardaşıma dərin hüznlə başsağlığı verirəm və Allahdan səbr diləyirəm. Bir Allah bilir ki, onun bir icra başçısının hikkəsi ilə haqsız tutulduğunu sübut etmək üçün əlimdən gələni etməyə çalışdım, ancaq nə edim ki, qanunsuzluqların qarşısında bir çox hallarda bizim də sözümüz keçərli olmur”.
Xatırladaq ki, Z.İbrahimov və bir neçə şəxs ötən ilin mart ayında həbs olunublar. DİN və Baş Prokurorluğun yaydığı rəsmi məlumatda həmin şəxslər Tərtər ərazisində ayrı-ayrı vətəndaşların ölkə hüdudlarından kənarda qeyri-qanuni fəaliyyət göstərən silahlı birləşmələrin sıralarına qoşulmasını təşkil edən, dini dözümsüzlük və bölücülük təbliğatını aparan ekstremist yönümlü şəxslərdən ibarət mütəşəkkil cinayətkar dəstə yaratmaqda ittiham olunurlar.
Previous Post

Deputatdan silahdaşının həbsi və qızının ölümü ilə bağlı şok ittiham: “İcra başçısının hikkəsi ilə…”

Next Post

Bakının tıxac problemi xeyli azalıb

Bənzər yazılar

Qubadlı azadlığın və quruculuğun yeni dövrünü yaşayır

Qubadlı azadlığın və quruculuğun yeni dövrünü yaşayır

25 Oktyabr 2026 - 12:03

“Bu gün işğaldan azad olunmasını Qubadlı Şəhəri Günü kimi qürurla qeyd etdiyimiz bu qədim yurdumuz ötən əsrin sonlarından başlayaraq ağır...

İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

25 Oktyabr 2026 - 11:11

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli...

Azərbaycanın bir sıra rayonlarına qar yağıb, güclü yağışlar davam edir – Faktiki hava

Azərbaycanın bir sıra rayonlarına qar yağıb, güclü yağışlar davam edir – Faktiki hava

25 Oktyabr 2026 - 11:09

Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 25-i saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, ayrı-ayrı yerlərdə yağıntılar...

Alimlər insan bədənində ağciyər xərçənginə qarşı gizli mexanizm kəşf ediblər

Alimlər insan bədənində ağciyər xərçənginə qarşı gizli mexanizm kəşf ediblər

25 Oktyabr 2026 - 11:07

Avstraliyanın Uolter və Eliza Hall İnstitutunun alimləri qamma-delta T hüceyrələrinin şiş digər immun sistemlərindən yayınsa belə, kiçik hüceyrəli ağciyər xərçəngi...

Next Post

Bakının tıxac problemi xeyli azalıb

AŞ PA-da Qarabağ qətnaməsinin qəbulunu Nuland əngəlləyibmiş – şok iddia

Son xəbərlər

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

26 Oktyabr 2026 - 12:24
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib

Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib

26 Oktyabr 2026 - 12:14
Niderlandın xarici işlər naziri Azərbaycandan sonra Ermənistana səfər edəcək

Niderlandın xarici işlər naziri Azərbaycandan sonra Ermənistana səfər edəcək

26 Oktyabr 2026 - 11:59
Azad edilmiş ərazilərdə daha 164 mina, 526 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 164 mina, 526 PHS aşkarlanıb

26 Oktyabr 2026 - 11:53
Dünyanın ilk xərçəng peyvəndi melanomanın təkrarlanma və ölüm riskini 42% azaldıb

Dünyanın ilk xərçəng peyvəndi melanomanın təkrarlanma və ölüm riskini 42% azaldıb

26 Oktyabr 2026 - 11:41
Ceyhun Bayramovun Niderland xarici işlər naziri ilə təkbətək görüşü başlayıb – YENİLƏNİB

Ceyhun Bayramovun Niderland xarici işlər naziri ilə təkbətək görüşü başlayıb – YENİLƏNİB

26 Oktyabr 2026 - 11:36
Dövlət başçısı İlham Əliyev Avstriya Prezidentini təbrik edib

Dövlət başçısı İlham Əliyev Avstriya Prezidentini təbrik edib

26 Oktyabr 2026 - 11:33
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26 Oktyabr 2026 - 11:23
Azərbaycan çempionatında 10 il əvvəlki rekord təlkrarlandı

Azərbaycan çempionatında 10 il əvvəlki rekord təlkrarlandı

26 Oktyabr 2026 - 11:17
Elm və Təhsil Nazirliyi: İranlı nazirin Azərbaycanda təhsil məsələləri ilə bağlı verdiyi açıqlama təəssüf doğurur

Elm və Təhsil Nazirliyi: İranlı nazirin Azərbaycanda təhsil məsələləri ilə bağlı verdiyi açıqlama təəssüf doğurur

26 Oktyabr 2026 - 11:05
FHN Səbail rayonunda mülki müdafiə ilə bağlı tədbir keçirilib

FHN Səbail rayonunda mülki müdafiə ilə bağlı tədbir keçirilib

26 Oktyabr 2026 - 10:58
Zelenski elan etdi: ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqlar keçiriləcək

Zelenski elan etdi: ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqlar keçiriləcək

26 Oktyabr 2026 - 10:46
Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi bu gün mübarizəyə qoşulur

Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi bu gün mübarizəyə qoşulur

26 Oktyabr 2026 - 10:33
Trampın İsrail xalqına seçki çağırışı: Netanyahuya səs verin

Trampın İsrail xalqına seçki çağırışı: Netanyahuya səs verin

26 Oktyabr 2026 - 10:27
Ötən ay sosial müavinət və təqaüd alanların sayı məlum olub

Ötən ay sosial müavinət və təqaüd alanların sayı məlum olub

26 Oktyabr 2026 - 10:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.