"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Deputatdan Münhen görüşlərinin əhəmiyyəti barədə açıqlamalar

15 Fevral 2016 - 10:21
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

“Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimi başa çatıb – VİDEO

Türkiyədə avtobus qəzasında 24 nəfər xəsarət alıb

Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”

Deputatdan Münhen görüşlərinin əhəmiyyəti barədə açıqlamalar

Münhen Təhlükəsizlik Konfransı başa çatdı. 70-ə yaxın dövlətin iştirak etdiyi tədbirə Azərbaycan prezidenti İlham Əliyevin şəxsən qatılması, Münhendə Almaniyanın və digər aparıcı dövlətlərinin xarici işlər nazirləri, digər rəsmiləri ilə ikitərəfli görüşlər keçirməsi Münhen Təhlükəsizlik Konfransına Azərbaycan ictimaiyyətində diqqəti daha da artırır.
 
Münhendə ikitərəfli görüşlərin Azərbaycan üçün əhəmiyyəti barədə deputat Zahid Oruc “Yeni Müsavat”a maraqlı fikirlər bildirib. 
Zahid Oruc öncə bildirdi ki, əgər prezidentin son dörd aydakı fəaliyyətinin əsas məqamlarına diqqət yetirməli olsaq, deməliyik ki, heç şübhəsiz, burada ölkə daxilindəki sosial-iqtisadi məsələlər üstünlük təşkil edib. Demək olar ki, qərarların 70-80 faizini əsasən maliyyə-iqtisadi sabitliyin təmin olunması üçün və islahatların dərinləşdirilməsi, qeyri-neft sektorunun inkişafı məsələləri təşkil edib.
Lakin bununla bərabər olaraq Azərbaycan prezidenti beynəlxalq siyasi hadisələri dərindən təhlil etmək və orada ölkəmizin maraqlarını güclü bir şəkildə qorumaq üçün də həm Davos Forumu, sonra Londonda Suriyaya dəstək konfransı, ardınca isə Münhen Təhlükəsizlik Konfransında iştirak etdi.
Bu, dəqiq hədəflərə yönəlmiş bir xarici siyasət kursudur: “Açıq demək lazımdır ki, bu tədbirlərin tribunası kifayət qədər böyükdür. Dünyanın əsas informasiya vasitələri bu tədbirləri hər gün işıqlandırır və onun üzərindən həm ölkəmizin müxtəlif diplomatik maraqlarını təqdim etmək, mövqeyini ortalığa qoymaq imkanları əldə edilir. Bir çoxları düşünə bilərdi ki, Azərbaycanın bu və ya digər səbəblərə görə sanksiya rejimi altına salmaq istəyən dairələrin mövqeyi üstünlük təşkil edəcək, Azərbaycan əsas siyasi qərarları verən beynəlxalq qüvvələrdən kənar düşəcək, Azərbaycanın yolları bloklanacaq, bizim ölkəmizlə tərəfdaşlıq etmək istəyən Qərb dairələrinin əlaqələri kəsiləcək və sair.
Bunlar baş vermədi. Həm Davosda keçirilən görüşlərə, həm London və Münhendəki görüşlərin ümumi dairəsi, həmçinin cənab prezidentinin orada istər Qarabağ problemi ilə bağlı, istərsə regional və beynəlxalq təhlükəsizliyə bağlı mövqeləri sübut edir ki, Azərbaycan bu ailənin tam hüquqlu üzvüdür. Ölkəmiz maksimum dərəcədə çalışır ki, istər Suriya ətrafındakı problemlərin çözümü üçün, eləcə də Rusiya ilə Türkiyə arasında son dövr daha da intensivləşən soyuq münasibətlərin mənfi istiqamətdə dərinləşməsinin qarşısı alınsın. Yəqin ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın günlərdə Gəncəyə səfəri zamanı da Azərbaycan prezidenti bir daha da təkcə bizim coğrafiyanın problemi deyil, regionüstü məsələlərdə də öz rolunu uğurla ifadə edəcək”.
 
Z.Orucun sözlərinə görə, konkret Münhen Konfransında iştirak, orada keçirilən görüşlər Azərbaycan üçün bir sıra mühüm məsələlərdə əhəmiyyətlidir: “Almaniya ilə Azərbaycan arasında müxtəlif məsələlərlə bağlı soyuq münasibətlər yaranmışdı. Ondan öncə də Böyük Britaniyada Çöten Haus Siyasi İnstitutu – əslində hər kəs bilir ki, bu qurum Britaniyanın siyasi dairələrinə bağlı mərkəzdir – Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyanı dəvət etmişdi və bu, Azərbaycanın kəskin narazılığına səbəb olmuşdu. İstər Almaniya, istər Britaniya ilə müxtəlif məsələlərdə çox ciddi fikir ayrılıqları mövcud idi. Soyuqlaşmanı inkar eləmək çətin idi.
Hətta bir sıra layihələrdən imtina olunmuşdu. Həmçinin Britaniyanın yüksək görəv sahiblərinin Azərbaycana səfərləri də təxirə salınmışdı. Bir az məlumatlı insan kimi deyə bilərik ki, ayrı-ayrı diplomatik əlaqələrin qırılması fonunda bundan həm də iqtisadi-siyasi maraqlarımız ziyan çəkirdi. Təbii ki, bu, qarşı tərəfin də mənafelərinə ziyan vururdu. İndi artıq bu soyuqluqlar istiləşib. Ölkə başçısı Almaniyanın xarici işlər naziri ilə görüşdü. Bu görüş də sübut elədi ki, Azərbaycan tərəfindən Qərblə münasibətləri bağlamaq, dayandırmaq, əlaqələrdən imtina etmək, xarici siyasətini bir qütbə doğru indeksləmək mövqeyi yoxdur. Nə insan haqları, nə demokratiya, nə başqa məsələlər bizim əlaqələrimizi kəsmək üçün səbəb ola bilməz. Deyirdilər ki, bu, yalnız neft və qaz üzərində qurulmuş dostluqdur, əlaqələrdir. Amma göründüyü kimi, dünyada neftin və qazın rolu xeyli dərəcədə aşağı düşüb. Lakin bununla bərabər, Azərbaycan Avropa dairələri ilə öz əlaqələrini yüksək bir şəkildə saxlamaqda davam edir”.
 
Deputat onu da bildirdi ki, bu gün təhlükəsizlik məsələləri dünyanın ön məsələsinə çevrilib. Azərbaycan təhlükəsizliyə öz töhfəsini verməyə hazır ölkə olduğunu haqqında söhbət gedən konfransda iştirakı ilə ortaya qoydu: “Bölgədə böyük hərbi hərəkətlənmə mövcuddur. Bu, Azərbaycanın maraqlarına mənfi təsir göstərir. O biri yandan da Ermənistan öz avantürist hərəkətlərindən geri durmur. Azərbaycan prezidenti təkbaşına bütün siyasi diplomatik işləri yüksək səviyyədə görməyi ilə bir tərəfdən Ermənistanın parçalayıcı, təxribatçı mövqelərinə zərbə vurur, o biri yandan Azərbaycanın bölgədə gərəkli siyasi tərəf olduğunu, Avropa və bütün region dövlətləri üçün mühüm tərəfdaş olduğunu bir daha da göstərir. Hesab edirəm ki, cənab prezident bütün beynəlxalq əlaqələri yüksək səviyyədə saxlamaqla Azərbaycanın təcrid olunmasının qarşısını alır. Bu istəkdə olan dairələrin mövqeyinə zərbə vurur”.
Previous Post

Deputatdan Münhen görüşlərinin əhəmiyyəti barədə açıqlamalar

Next Post

Kapital Bank ləğv edildi

Bənzər yazılar

“Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimi başa çatıb – VİDEO

“Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimi başa çatıb – VİDEO

21 Oktyabr 2026 - 10:51

Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin Hərbi Hava Qüvvələrinin aviasiya və hava hücumundan müdafiə vasitələrinin iştirakı ilə ölkəmizdə keçirilən “Şahinlərin Görüşü-2026”...

Türkiyədə avtobus qəzasında 24 nəfər xəsarət alıb

Türkiyədə avtobus qəzasında 24 nəfər xəsarət alıb

20 Oktyabr 2026 - 23:41

Türkiyənin paytaxtı Ankaranın Etimesqut rayonunda marşrut avtobusu yerüstü piyada keçidinə çırpılıb. Elchi.az yerli mətbuata istinadən xəbər verir ki, qəza nəticəsində...

Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”

Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”

20 Oktyabr 2026 - 23:38

"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas futbolçuları ilə fəxr edir. Elchii.az azxəbər verir ki, bunu adıçəkilən klubun baş məşqçisi UEFA Çempionlar...

Qalibaf: ABŞ yeddi şərti icra etməsə, İranın etimadını qazana bilməz

Qalibaf: ABŞ yeddi şərti icra etməsə, İranın etimadını qazana bilməz

20 Oktyabr 2026 - 21:51

Tehranın irəli sürdüyü yeddi şərt ABŞ tərəfindən icra olunmasa, Vaşinqton İranın etimadını qazana bilməyəcək. Elci.az IRIB-yə istinadən xəbər verir ki,...

Next Post

Kapital Bank ləğv edildi

Kapital Bank ləğv edildi

Son xəbərlər

Ordubada qar yağıb – FAKTİKİ HAVA

Ordubada qar yağıb – FAKTİKİ HAVA

21 Oktyabr 2026 - 11:28
Çempionlar Liqasında son 66 ilin rekord göstəricisi qeydə alınacaq

Çempionlar Liqasında son 66 ilin rekord göstəricisi qeydə alınacaq

21 Oktyabr 2026 - 11:17
Rubio: ABŞ-ın dəstəyi olmasaydı, Ukrayna mövcud olmazdı

Rubio: ABŞ-ın dəstəyi olmasaydı, Ukrayna mövcud olmazdı

21 Oktyabr 2026 - 11:04
“Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimi başa çatıb – VİDEO

“Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimi başa çatıb – VİDEO

21 Oktyabr 2026 - 10:51
Səfir: Aİ ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar konstruktiv məcrada davam edir

Səfir: Aİ ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar konstruktiv məcrada davam edir

21 Oktyabr 2026 - 10:42
Mask Ukraynaya dəstəyini tədricən geri çəkir!

Mask Ukraynaya dəstəyini tədricən geri çəkir!

21 Oktyabr 2026 - 10:35
Fransada etiraz aksiyaları zamanı 149 nəfər saxlanılıb

Fransada etiraz aksiyaları zamanı 149 nəfər saxlanılıb

21 Oktyabr 2026 - 10:27
Tramp administrasiyası 300 mindən çox vizanı ləğv edib

Tramp administrasiyası 300 mindən çox vizanı ləğv edib

21 Oktyabr 2026 - 10:18
Gürcüstanda Azərbaycan sərhədinədək avtomagistralın inşası 2031-ci ilin sonuna qədər tamamlanacaq

Gürcüstanda Azərbaycan sərhədinədək avtomagistralın inşası 2031-ci ilin sonuna qədər tamamlanacaq

21 Oktyabr 2026 - 10:06
Bakıda Azərbaycan–Avropa İttifaqı Biznes Forumu keçirilir

Bakıda Azərbaycan–Avropa İttifaqı Biznes Forumu keçirilir

21 Oktyabr 2026 - 09:58
Brüsseldə Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri müzakirə edilib

Brüsseldə Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri müzakirə edilib

21 Oktyabr 2026 - 09:45
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

21 Oktyabr 2026 - 09:37
Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub

21 Oktyabr 2026 - 09:26
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

21 Oktyabr 2026 - 09:13
Türkiyədə avtobus qəzasında 24 nəfər xəsarət alıb

Türkiyədə avtobus qəzasında 24 nəfər xəsarət alıb

20 Oktyabr 2026 - 23:41
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.