"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi maarifçi layihəsini yekunlaşdırdı

29 Oktyabr 2019 - 11:05
in CƏMİYYƏT
FacebookVatsap

Əli Cəfərov: “Təlimlər nümunəvi davranış qaydalarına yiyələnməyinizə səbəb olacaq və vətəndaş cəmiyyətinə inteqrasıyanızı asanlaşdıracaq”

Bunu da oxuyun

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

Bu gün Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi paytaxtın Suraxanı rayonunda məskunlaşmış Kəlbəcər rayon 23 saylı tam orta məktəbdə “Şagirdlərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirməklə yol hərəkəti qaydalarının təbliği” mövzusunda keçirdiyi təlimlərdən sonuncusunu reallaşdırdı. Xatırladırıq ki, silsilə xarakteri almış bu təlimlər Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəyərləndirib maliyyələşdirdiyi müvafiq layihə çərçivəsində baş tutmuşdur. 

Layihəni yekunlaşdıran sonuncu təlim Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsilə başladı. Himnin sədaları altında sayğı duruşu başa çatdıqdan sonra söz layihənin rəhbəri, Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyinin sədri Əli Cəfərova verildi. Layihə rəhbəri öz çıxışında bildirdi ki,  yol hərəkət qaydalarının pozulması səbəbindən baş verən ağır və yüngül xəsarətli olaylar barədə məlumatlar media qurumlarında vaxtaşırı yer alsa da, onların başvermə səbəbləri və bu səbəblərin maarifçilik yolu ilə aradan qaldırılması yollarının təbliği məsələləri çox aşağı səviyyədədir: “Bizim əsas hədəfimiz yol hərəkəti qaydaları haqqında geniş məlumat verməklə sizin hər birinizi bu sahədə təbliğatçıya çevirməkdir. Düşünürük ki, maarifləndirmə yolu ilə baş verə biləcək bədbəxt hadisələrdən sizi və ətrafınızdakı insanları qoruya bilərik. Bundan əlavə təlimlərimizdə biz sizlərə yol nişanları və onların məna tutumları haqqında geniş məlumatlar verdik”. 

Sonra natiq layihənin həyata keçirilməsinin bir deyil, bir neçə hədəfi olması barədə də məlumat verdi. Bu isə şagirdlərin yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılmasına hesablanmış çox vacib problemin çözülməsi ilə bağlı söylənilənlər idi: “Artıq arxada qalmış təlimlərimiz zamanı xüsusi diqqətə alıb həyata keçirdiyimiz işlərə bir daha sizin də diqqətlərinizi cəlb etmək istəyirəm. O zaman siz fərqinə varmadan bizim təşkil etdiyimiz təkliflər əsasında rəqabət qabiliyyətinizi ortaya qoymuş oldunuz. Baxın, hansı vasitələrlə biz buna nail olduq? Sizlər üçün kiçik səhnəciklər, qiraət müsabiqələri təşkil etdik. Siz mövzu ilə əlaqədar kiçik səhnəciklərdə, qiraət müsabiqələrində iştirak etməklə öz yaradıcılıq potensialınızı üzə çıxarmış oldunuz və onu daha da inkişaf etdirməyə can atdınız. Təlimlər nəticəsində mənimsəmiş olduğunuz bilgilər mütləq sizdə nümunəvi davranış qaydalarına gətirib çıxaracaq və vətəndaş cəmiyyətinə inteqrasıyanızı asanlaşdıracaqdır. Unutmayın ki, təlimlərimiz sizin daxili aləminizdə gizlənmiş fərdi qabiliyyətlərinizin üzə çıxarılması üçün də böyük şans mənbəyi rolunu oynayır”. 

Əli müəllim öz çıxışında layihə çərçivəsində atılan addımların praktiki baxımdan da qiymətləndirilməsinin vacibliyini bildirdi: “Maarifçiliyə hesablanmış bu addımımız özü ilə digər bir maarifçilik ideyasını da gündəmə gətirməyimizlə nəticələndi. Belə ki, sizləri yalnız nəzəriyyə ilə məlumatlandırmaq hələ işin yarısı hesab olunur. Təcrübə göstərir ki, nəzəri biliklərdən fərqli olaraq, ümumiyyətlə praktiki işlər və hərəkətlilik hər bir kəsin diqqət və marağını özünə daha çox cəlb edir. Üstəlik şübhə yoxdur ki,  sual-cavab, şeir müsabiqələri, səhnəciklər sizlərin yol hərəkəti qaydalarını mükəmməl öyrənməyinizlə nəticələnəcəkdir. Həvəsləndirici mükafatlar isə bu yarışları, xüsusilə də yarışlar vasitəsilə öyrəndiklərinizi sizlərin yaddaşlarınıza əbədi həkk edəcəkdir”. 

Unutmaq olmaz ki, layihənin cəmiyyətimiz üçün son dərəcə vacib olan digər hədəfi də var. Bu barədə də danışan layihə rəhbəri söylədi ki, layihə çərçivəsindəki təlimlər vasitəsilə şagirdlərimiz bir sıra neqativ hallardan, zərərli vərdişlərdən də uzaqda dura biləcəklər. Bu da şübhəsiz ki, sağlam düşünən və sağlam bədənli ölkə vətəndaşlarının yetişməsində əhəmiyyətli bir amil kimi çox böyük əhəmiyyət kəsb edəcəkdir. 

Sonra söz Bakı Usaq Teatırının aktyoru Mehman müəllimə verildi. O da öz çıxışında usaqlarla isləməkdən, onlara yaxşı mənada nələrisə təlqin etməkdən çox mütəəssir olduğunu bildirməklə bu təlimlərin usaqların həyatında önəmli rol oynayacağına inandığını dilə gətirdi. 

Çıxışların arasında usaqlar yol hərəkəti qaydalarına aid hazırladıqları şeir və səhnəcikləri təqdim etdilər. Bundan sonra söz məktəbin direktoru Həqiqət xanım Şükürovaya verildi. Həqiqət xanım layihənin mahiyyətini çox yüksək qiymətləndirməklə yanaşı, onun reallaşdırılması üçün məhz Kəlbəcər rayon 23 saylı tam orta məktəbin seçilməsindən məmnun qaldıqlarını, təlimlər zamanı öyrənilənlərin şagirdlərin həyatında silinməz izlər buraxacağını dedi. 

Çıxışlardan sonra layihə rəhbəri Əli Cəfərov təlim planına uyğun olaraq diplomları sahiblərinə təqdim etdi. O, bildirdi ki, ilk diplom məktəbin direktoru Həqiqət xanım Şükürovaya təqdim olunur. Çünki Həqiqət xanımın özü və onun rəhbərlik etdiyi kollektiv layihə icraçıları ilə çox səmimi şəkildə əməkdaşlıq edib və əllərindən gələn dəstəyi onlara əsirgəməyiblər. Bu səmimi əməkdaşlıq isə layihənin mövzusunun mənimsənilməsi ətrafında çox gözəl bir mənzərənin yaranması ilə nəticələnib. Belə ki, vətəndaş cəmiyyəti nümayəndələri və məktəb kollektivinin birgə əməkdaşlığı çox uğurlu nəticələrə nail olunması ilə yekunlaşıb. 

Məktəbin direktoru diplomu aldıqdan sonra gördükləri işlərə görə Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyinin rəhbərliyinə minnətdarlığını bildirdi. Onun çıxışından sonra təlimin iştirakçısı olmuş bütün şadirdlərə diplomlar təqdim edildi. Sonda məktəbin dil ədəbiyyat müəlliməsi Ələskərova Səfurə QHT rəhbərliyinə öz təsəkkürünü bildirdi.

Previous Post

Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi maarifçi layihəsini yekunlaşdırdı

Next Post

525 saylı marşrut xətti üzrə əlavə 20 avtobus istifadəyə veriləcək

Bənzər yazılar

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

07 Oktyabr 2026 - 20:22

  Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var. Elchi.az  "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət...

AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

07 Oktyabr 2026 - 19:20

Nəzarət tədbirləri çərçivəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 5A ünvanında yerləşən,...

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

07 Oktyabr 2026 - 18:25

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)” təsdiqlənib. Elchi.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib. Oyuncaqlar təyinatı üzrə...

Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

07 Oktyabr 2026 - 17:59

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabr ayının pensiya ödənişi başa...

Next Post
525 saylı marşrut xətti üzrə əlavə 20 avtobus istifadəyə veriləcək

525 saylı marşrut xətti üzrə əlavə 20 avtobus istifadəyə veriləcək

525 saylı marşrut xətti üzrə əlavə 20 avtobus istifadəyə veriləcək

525 saylı marşrut xətti üzrə əlavə 20 avtobus istifadəyə veriləcək

Son xəbərlər

İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

07 Oktyabr 2026 - 21:30
Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

07 Oktyabr 2026 - 21:26
AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

07 Oktyabr 2026 - 20:22
Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

07 Oktyabr 2026 - 20:18
“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

07 Oktyabr 2026 - 20:12
DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

07 Oktyabr 2026 - 19:28
AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

07 Oktyabr 2026 - 19:20
Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

07 Oktyabr 2026 - 19:12
Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

07 Oktyabr 2026 - 18:56
Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

07 Oktyabr 2026 - 18:47
BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

07 Oktyabr 2026 - 18:33
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

07 Oktyabr 2026 - 18:25
Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

07 Oktyabr 2026 - 18:16
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

07 Oktyabr 2026 - 17:59
Fransanı şərab böhranı gözləyir

Fransanı şərab böhranı gözləyir

07 Oktyabr 2026 - 17:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.