"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Daş karxanasından nazirliyə qədər uzanan yol – Keçmişdəki mən

07 Mart 2016 - 13:49
in XƏBƏR LENTİ
FacebookVatsap
Firudin Cəlilov: “Kim həyat imtahanlarından kəsilirsə, onun gələcəyində mütləq axsamalar olur”
Uşaqlıqda rəssam və ya heykəltəraş olmağı düşünürmüş. Özünün də dediyi kimi, həyat ona rəssam olmağa icazə verməyib. Düşünür ki, kim həyat universitetini yaxşı keçirsə, onun gələcəyi də parlaq olur. Eynilə özü kimi… Müsahibimiz keçmiş təhsil naziri Firudin Cəlilovdur. F.Cəlilovun həyat hekayəsinə nəzər salaq.

Həmsöhbətimiz 1947-ci ildə Qərbi Azərbaycanın Vedibasar bölgəsində anadan olub. O həm kənd, həm də şəhər həyatını yaşayıb. Uşaqlığını düşünərkən dərindən köks ötürür və deyir: “Uşaqlıq çağı elə tez gəlib keçdi ki, sanki illər yox, saatlar ərzində başa çatıb. Uşaqlığım həm kənddə, həm də şəhərdə keçib. Uşaqlıq insan həyatının önəmli, qayğısız, saf dövrüdür. İnsanın gələcəkdə özünə seçəcəyi peşə, hansı yolla gedəcəyi həmin dövrdə formalaşır. İncəsənətə meyilli idim. Uşaqlıqda ya rəssam, ya da heykəltəraş olmaq istəyirdim. Dərnəklərə gedirdim, kiçik heykəllər düzəldir, şəkillər çəkirdim. Sonra Əzim Əzimzadə adına rəssamlıq məktəbinə imtahan verdim. Qəbul ola bilmədim. İxtisasdan keçdim, digər fənlərdən kəsildim. Daha sonra yolumu Bakı Dövlət Universitetinin Filologiya fakültəsindən saldım”.

Bunu da oxuyun

İdeoloji manipulyasiyalara şahidlik edən nəsil

Məhsul şəhadətnaməsi üzrə xüsusi qeyd dərhal icra olunacaq

Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb

“Məhəllə davalarına gedirdik”

Müsahibimiz uşaq vaxtı dəcəl olmasa da, dostlarına, ətrafına uymaq məcburiyyətində qalıb. Çünki yaşadığı məhəllə, ətrafı bunu tələb edib: “Yasamalda dağlı məhəlləsində böyümüşəm. Uşaqlıq illərimdə məhəllənin təsiri var. Şəxsən fərd kimi dəcəl olmamışam. Amma yaşadığım məhəllədə tay-tuşlarım dəcəllik etdiyi üçün məcbur olub qruplaşmalarda iştirak edirdim. Məsələn, o dövrdə dəcəlliyimə görə Yasamaldakı 20 saylı məktəbdən qovulmuşdum. Bəzən yaramazlıqlar da edirdik, məhəllə davaları olurdu. Bizim məhəllənin uşaqları universitetin yaxınlığında yaşayan uşaqlarla dalaşırdılar. Bəzən dəstə ilə gedib İçərişəhərdəki uşaqlarla dalaşırdıq. Uşaqlıq illəri idi. Amma fərd kimi davakar deyildim. Bir şeyi xatırlayıram ki, çox kitab oxuyurdum. Həyat universitetini keçməklə bərabər, oxunan kitablar da insanı formalaşdırır”.

“Kitablarımı öz qazancımla alırdım”

Həmsöhbətimiz orta imkanı olan ailədə böyüsə də, pul qazanmağa elə uşaqlıqdan başlayıb: “Ailəmiz kasıb ailə deyildi. Qardaşım da, atam da işləyirdi. Amma mən özüm pul qazanmaq istəyirdim. 6-7-ci sinifdə oxuyarkən artıq kitablarımı öz pulumla alırdım. Bu, mənə ləzzət edirdi. Futbol oyunu olanda bileti çox alırdım. Sonra futbola bilet tapmayanlara satırdım.1 manata alırdımsa 1 manat 50 qəpiyə satırdım. Xeyli pul qazanırdım. Hətta filmlərə belə, bilet alıb baha qiymətə satırdım. Uşaqlıqdan sərbəstliyə, özümü dolandırmağa alışmışdım”.

Müsahibimiz universitet illərində də həm oxuyub, həm də işləyib. Dərs oxumağa vaxtı az olsa da, o, məqsədinə çatıb: “Gündüz işləyib, gecə oxuduğum üçün çatdırmırdım. İş vaxtım 7-8-də qurtarırdı, axşam dərsi də 7-də başlayırdı. Çətinliklərim olurdu. Üçüncü kursa qədər nadir halda mənə “5” verirdilər. Amma 3-cü kursdan sonra qərara aldım ki, “5” almalıyam və ondan sonra “4”-üm olmadı. Seçdiyin sənətə mükəmməl yiyələnməlisən. Mən bunu etdim. Həyat təcrübəm var idi, böyük bir universitet keçmişdim. Alim kimi meydana çıxanda artıq öz sözüm var idi. Hətta o qədər məqalə yazmışdım ki, 300-dən sonra saymağı buraxdım. Mənim iş stajım yaşıma görə həddindən artıq çox olub. Orta məktəbdə oxuyandan universitet illəri bitənə qədər Güzdək daş karxanasında, Xəzər dənizində – gəmidə, arıçılıq idarəsində, yol idarəsində, kommunal idarəsində işləyirdim. Gündüz işləyir, axşamlar oxuyurdum. Mən universiteti bitirəndə 7-8 il stajım var idi. Başqalarından fərqli olaraq, mənim əmək kitabçam tez doldu. İkinci əmək kitabçası açıldı. Gənclik dövründə dəliqanlı vaxtlarımda idarələrdə işləməyim məni formalaşdırdı. Sözün əsl mənasında həyat məktəbi keçdim. Kim həyat yaşam universitetini yaxşı keçirsə, onun gələcəyi də yaxşı olur. Əgər həyat imtahanlarından kəsilirsənsə, gələcəkdə həyatında mütləq axsamalar olur”.

“Paxıllıq edir, “ayağımdan çəkirdilər”

Həmsöhbətimiz universiteti bitirdikdən sonra seçdiyi sənətə uyğun təhsilini davam etdirmək qərarına gəlib. Özünün də dediyi kimi, “ayağından çəkmək” istəyənlər çox olsa da, bu problemin də öhdəsindən gəlib: “Universiteti bitirəndən sonra da orada qaldım. Azərbaycan dilçilik kafedrasında laborant kimi işə başladım, professor kimi ayrıldım. Elmi karyeram həmin kafedra ilə bağlıdır. Sonra qərara gəldim ki, seçdiyim sənətə uyğun təhsilimi davam etdirim. Həyatımda ən önəmli məqam namizədlik dissertasiyamı yazmağım oldu. Sonra doktorluq dissertasiyasını bitirdim. Ətrafımda paxıl, mənə mane olan insanlar çox idi. Ən dəhşətlisi o idi ki, paxıllıq edən insanlar çevrəmdə olan, mənə yaxın “dostlarım” idi. Məcbur olub dissertasiyanı Moskvada müdafiə etdim. Ətrafımın paxıllığı əvvəl mənə çox pis təsir edirdi. Amma sonra bildim ki, bu, insanların daxilində olan proqramlaşmış məsələdir ki, sənin ixtisasında işləyən adam dostun da, qohumun da olsa, peşəkarlıq paxıllığı çəkir. Paxıllıq sağlam olsa, bir başqasının irəli getdiyini görəndə sən də çalışırsan ona bənzəyəsən və onu ötüb keçəsən. Rəqabət yaranır. Bu normaldır. Amma paxıllıqdan yoldaşının qarşısını kəsmək istəmən anormaldır və insanlıqdan kənardır. Təəssüf ki, mən o mərhələləri çox keçmişəm”.

“Təhsil Nazirliyi ən ağır qurumdur”

Müsahibimizin aktiv gənclik həyatı olub. Hətta bu aktivliyi universitetdə dəfələrlə töhmət almasına səbəb olub: “Ölkənin ictimai-siyasi həyatında da aktivlik nümayiş etdirirdim. Siyasi hərəkata qoşulanda, 1988-ci ildə ilk mitinqlər başlayırdı. Azadlıq meydanında 18 günlük mitinqin nümayiş komitəsinin sədri mən idim. Ona görə məni universitetdən xaric etmək istəyirdilər. Siyasətlə məşğul olduğum üçün 1990-cı ildə seçkilərdə deputat kimi namizədliyimi vermişdim. Xalq məni seçdi. Çox çətin seçkilər oldu. Çünki mənim dairəmdən Binəqədi rayonunun birinci katibi də namizədliyini vermişdi. Rayonun ən böyük adamı ilə alternativ idim. Buna baxmayaraq, milli Azadlıq hərəkatına qoşulmuş gənclər aktiv iştirak etdilər və mən böyük fərqlə keçə bildim. Sonra özümüz Əbülfəz Elçibəy və İsmayıl Tarik Peymanla birlikdə “Varlıq” təşkilatını yaratdıq. Bu təşkilat genişləndi, ilk mitinqləri təşkil etdi”.

Sabiq təhsil naziri deyir ki, nazir təyin olunduğunu ilk dəfə televiziyadan öyrənib: “Millət vəkili olandan sonra məni bir neçə vəzifədə irəli çəkdilər. Parlamentdə komissiya sədri idim, elm, təhsillə bağlı çıxışlarımı görürdülər. Dövlət Əlifba Komissiyasının məsul katibi oldum. Sonra təklif gəldi ki, məni Təhsil Nazirliyinə müavin qoymaq istəyirlər. Etiraz etmədim. Sonra baş nazirin müavini vəzifəsinə təyin edildim. Test imtahanlarını da ölkəmizə ilk dəfə o dövrdə gətirdik. Ali Attestasiya Komissiyasını, TDQK-nı yaratdıq. Bir gün televiziyada eşitdim ki, məni nazir müavini vəzifəsindən azad etdilər və ardınca nazir olmağımla bağlı fərman oxundu. Təhsil naziri olduğumu televiziyadan öyrəndim. Bu vəzifədə çox əziyyət çəkdim. Baxmayaraq ki, 20 ilim təhsillə bağlı idi, amma çətin dövr idi. Təhsil Nazirliyi ən ağır nazirlikdir. Bütün ailələrlə dolayı yolla kontaktda olan qurumdur. O zaman uğurlu təhsil qanununu yaratdıq. Dünya Bankının hesabatında həmin il MDB ölkələri üzrə Azərbaycan bütün sahələrdə axırıncı idi. Təhsil sahəsində isə birinci yerdə idi. Bu mənim hesabıma oldu. Çünki həmin il təhsildə böyük dəyişikliklər etdim. Həmin il Türkiyəyə 2000 tələbə göndərdim”.

“Millətimiz istedadlıdır”

Sonda gənclərə məsləhət verən həmsöhbətimiz vurğuladı ki, gənclər kütlədən ayrılmağı bacarmalı və seçilməlidirlər: “İndiki gənclər bizim dövrdəki gənclərdən çox fərqlidir. Bizim dövrdə də müsbət cəhətlər, imkanlar var idi. Amma indiki qədər deyildi. İndiki gənclərin sənət seçməyi, həyatda yer tutmağı daha asanlaşıb. Sadəcə, onların boynuna ciddi hazırlaşmaq düşür. Seçilməlisən ki, səni seçib harasa qoysunlar. Gənclər kütlədən ayrılmağı bacarmalıdırlar. Seçdikləri sənəti mükəmməl öyrənməlidirlər. Bizim çox istedadlı gənclərimiz var. Ümumiyyətlə, millətimiz istedadlıdır. Sadəcə, şərait yaratmaq lazımdır. İnanıram ki, müvəqqəti çətinlik keçəndən sonra Azərbaycanın vəziyyəti çox yaxşı olacaq. Çünki çox savadlı gənclik yetişir. Az da olsa, bu, var. Vacib deyil hamı yüksək səviyyəli mütəxəssis olsun. 100 nəfərin içindən 10 nəfəri seçilirsə, bu, böyük nailiyyətdir. Mən o 10 nəfəri görürəm və onlara inanıram”.

Aygün ƏZİZ











Previous Post

Daş karxanasından nazirliyə qədər uzanan yol – Keçmişdəki mən

Next Post

Azərbaycana 33 sm qar yağdı

Bənzər yazılar

İdeoloji manipulyasiyalara şahidlik edən nəsil

İdeoloji manipulyasiyalara şahidlik edən nəsil

23 Oktyabr 2026 - 17:11

Bəli, bu gözəl dövlət hər birimizin doğma yurdu-yuvasıdır. Xoşumuza gəlsə də, gəlməsə də, kənardan hamımıza eyni gözlə baxılır. Dövlətin gücü,...

Məhsul şəhadətnaməsi üzrə xüsusi qeyd dərhal icra olunacaq

Məhsul şəhadətnaməsi üzrə xüsusi qeyd dərhal icra olunacaq

23 Oktyabr 2026 - 15:16

Mülki Məcəlləyə “Məhsul şəhadətnaməsi” adlı yeni paraqraf əlavə ediləcək. Elchi.az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsində və...

Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb

Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb

22 Oktyabr 2026 - 23:16

Azərbaycan BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Birinci Komitənin (Silahsızlanma və Beynəlxalq Təhlükəsizlik Komitəsi) adi silahlarla bağlı tematik müzakirələrində Azərbaycanın...

Ukrayna və Finlandiya arasında 300 milyon avroluq yeddi saziş imzalanıb

Ukrayna və Finlandiya arasında 300 milyon avroluq yeddi saziş imzalanıb

22 Oktyabr 2026 - 23:14

Ukrayna və Finlandiya arasında ümumi dəyəri təxminən 300 milyon avro olan yeddi saziş imzalanıb. Elchi.az -ın  məlumatına görə, sənədlər oktyabrın...

Next Post

Azərbaycana 33 sm qar yağdı

Azərbaycana 33 sm qar yağdı

Son xəbərlər

Dörd rayonda yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olundu

Dörd rayonda yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olundu

23 Oktyabr 2026 - 18:56
Premyer Liqa klubları “Qalatasaray”ın futbolçusu üçün hərəkətə keçdi

Premyer Liqa klubları “Qalatasaray”ın futbolçusu üçün hərəkətə keçdi

23 Oktyabr 2026 - 18:47
Fransada etirazlar səbəbindən Luvr və metrolar bağlanır

Fransada etirazlar səbəbindən Luvr və metrolar bağlanır

23 Oktyabr 2026 - 18:34
Türkmənistanda BMT Günü münasibətilə Azərbaycan xüsusi stendlə təmsil olunub

Türkmənistanda BMT Günü münasibətilə Azərbaycan xüsusi stendlə təmsil olunub

23 Oktyabr 2026 - 18:26
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb – YENİLƏNİB

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb – YENİLƏNİB

23 Oktyabr 2026 - 18:13
ABŞ partiyaları bir gündə reklama rekord 147 milyon dollar xərcləyib

ABŞ partiyaları bir gündə reklama rekord 147 milyon dollar xərcləyib

23 Oktyabr 2026 - 17:59
Buraxılış və ali məktəblərə qəbul imtahanı üzrə bəzi fənlərin proqramları təsdiqlənib

Buraxılış və ali məktəblərə qəbul imtahanı üzrə bəzi fənlərin proqramları təsdiqlənib

23 Oktyabr 2026 - 17:47
Azərbaycanın özünü ərzaqla təminetmə səviyyəsi bəlli oldu

Azərbaycanın özünü ərzaqla təminetmə səviyyəsi bəlli oldu

23 Oktyabr 2026 - 17:35
Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri müzakirə olunub

Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri müzakirə olunub

23 Oktyabr 2026 - 17:28
İordaniyada kilsədə atışma baş verib: ölənlər və yaralananlar var

İordaniyada kilsədə atışma baş verib: ölənlər və yaralananlar var

23 Oktyabr 2026 - 17:20
Kosmosun hərbi əməliyyat teatrına çevrilməsi riski artır

Kosmosun hərbi əməliyyat teatrına çevrilməsi riski artır

23 Oktyabr 2026 - 17:11
İdeoloji manipulyasiyalara şahidlik edən nəsil

İdeoloji manipulyasiyalara şahidlik edən nəsil

23 Oktyabr 2026 - 17:11
Göyçayda silsilə oğurluqlar edən qohumlar saxlanılıblar

Göyçayda silsilə oğurluqlar edən qohumlar saxlanılıblar

23 Oktyabr 2026 - 16:58
Cəlilabadda ovçuluq təsərrüfatında güclü yanğın başladı

Cəlilabadda ovçuluq təsərrüfatında güclü yanğın başladı

23 Oktyabr 2026 - 16:46
“Brent” neftinin qiyməti 115 dolları ötdü

“Brent” neftinin qiyməti 115 dolları ötdü

23 Oktyabr 2026 - 16:39
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.