"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Daha bir dövlət qurumunda nəhəng korrupsiya şübhəsi — 35-40 milyon manatlıq müəmma

18 Noyabr 2015 - 16:14
in İQTİSADİYYAT, SEÇMƏ, SEÇMƏ XƏBƏRLƏR, XƏBƏR LENTİ
FacebookVatsap

Daha bir dövlət qurumunda nəhəng korrupsiya şübhəsi — 35-40 milyon manatlıq müəmma

Bunu da oxuyun

Tramp Amerika şirkətlərinə tətbiq edilən cərimələrə görə Aİ-ni rüsumlarla hədələyib

ABŞ Oman dənizində LPG tankerinə zərbə endirib, iki nəfər ölüb

BCM-in prokuroru Kərim Xan vəzifədən kənarlaşdırılıb

Noyabrın 15-dən etibarən Azərbaycanda qış rejiminə keçid edilsə də, Bakıda mənzillərə istilik verilməsi ilə bağlı ciddi problemlər ortaya çıxıb. Hazırda paytaxtın bir neçə yerində sakinlər evlərində istiliyin olmamasından narazılıq edirlər.

Artıq vətəndaşların narazılığı KİV-ə də sızır. Son iki gündə bir çox mətbuat orqanlarında cavabdeh quruma – “Azəristiliktəchizat” ASC-yə qarşı şikayətlər yer alıb.

Hələ 20 gün öncə “Azəristiliktəchizat” ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev qurumun qışa tam hazır olduğunu bildirib. İstilik təchizatlarının yoxlanılması prosesinin yekunlaşıb-yekunlaşmaması barədə danışarkən R.Əliyev hər şeyin qaydasında olduğunu və qış mövsümünə tam hazır olduqlarını deyib. Sitat: “Biz demək olar ki, aprelin 15-də istilik mövsümü bitərkən bütün xətlərimizi yoxlamışıq. Harada sıradan çıxan yaxud da ki, qış mövsümündə problem yarada biləcək hissələr vardısa onlarda əsaslı təmir işlərini aparıb başa çatdırmışıq. Yəni ”Azəristiliktəchizat”ın elə də bir ciddi problemi yoxdur”.

Amma qış rejiminə keçidin ilk iki günündə yaranan mənzərə ASC rəsmisinin dediklərinə şübhə ilə yanaşmağa əsas verir. Eyni zamanda qarşıdakı qış aylarında Bakı sakinlərini istilik sarıdan ciddi sınaq gözlədiyinə dair ehtimalları qüvvətləndirir. Əvvəlki illərdə olduğu kimi!

Təkcə 2012-ci ilin dövlət büdcəsində istilik sistemi üzrə yaranan zərərin ödənilməsi, istilik sistemi və təczihatı obyektlərinin istismarına və təmirinə 31,6 milyon manat vəsait ayrılıb. 2011-ci ildə isə bu məqsədlə ayrılan vəsait 19 milyon manat olub. 2005-2010-cu illərdə isə istilik sisteminə üst-üstə təxminən 77 milyon manat ayrılıb.

Başqa bir hesablamaya görə, 2008-2013-cü illərdə dövlət büdcəsindən istilik sisteminə 112 milyon manat vəsait ayrılıb. İnvestisiya xərclərində isə 2007-2013 illər üçün 109 milyon manat yönəldilib. Üst-üstə yaranan 220 milyon manata qədər vəsait bu sahənin inkişafı üçün böyük məbləğdir.

Son illərdə də Azərbaycanda, o cümlədən, paytaxt Bakıda istilik sisteminin yenidən qurulmasına və təmirinə on milyonlarla manat ayrılmaqda daavm edib. İstilik sisteminin bərpasına il ərzində 35-40 milyon manat yönəldilir.

Bununla belə, Bakı da daxil olmaqla, ölkə boyu vətəndaşların qış aylarında istilik sarıdan ciddi problemlər yaşaması yalnız bir ehtimalı qüvvətləndirir: “Azəristiliktəchizat” ASC-də ayrılan büdcə pullarının şəffaf şəkildə, təyinatı üzrə xərclənməsi şübhə altındadır.

Əks halda külli miqdarda dövlət vəsaitinin yönəldildiyi istilik sistemi niyə qış rejiminə keçidin ilk günündəcə vətəndaşların narazılıqlarına səbəb olsun?!

Əslində bu şübhə ötən il rəsmi təsdiqini tapmışdı: məlum olmuşdu ki, adıçəkilən ASC əhaliyə mənzillərin qızdırılması ilə bağlı normal xidmət göstərmədiyi halda, büdcədən mənimsədiyi vəsait milyonlarladır. Belə ki, Hesablama Palatasının 2013-cü il üzrə apardığı audit zamanı ASC-də 1,2 milyon manatlıq korrupsiya fakt üzə çıxarıldı. Həmin nəhəng məbləğin 35,7 min manatı ayrılan subsidiyalardan mənimsənilib. Qalan yeyinti isə təmir-tikinti xərcləmələrində baş verib.

Daha bir xatırlatma: hələ 2012-ci ilin dekabrında deputat Adil Əliyev Milli Məclisin iclasındakı çıxışında millət vəkili seçildiyi Nərimanov rayonunda 200 binanın istiliksiz qaldığını söyləmiş və əlavə etmişdi: “Bu səhər insanlar məni işə gəlməyə qoymiurdular. Onlar evlərində soyuqdan donurlar. “Azəristiliktəchizat” ASC-yə böyük həcmdə vəsait ayrılsa da, ortada iş yoxdur. Qərargahımın qarşısına insanlar toplaşırlar, ora gedə bilmirəm. Dəfələrlə rəsmi müraciət etmişəm, nəticə yoxdur. “Azəristiliktəchizat” ASC ilə bağlı Hesablama Komitəsinə də müraciət edəcəyəm. Əgər problem yeni olsaydı, susmaq olardı. Bu problem illərdir davam edir”.

O vaxt YAP-dan olan deputat Siyavuş Novruzov həmkarını dəstəkləmış, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə məsələnin araşdırılacağını bildirmişdi.

Adil Əliyev bununla da kifayətlənməmiş, Yaşar Həsənovun sədri olduğu “Azəristiliktəchizat” ASC-dən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət etməyə hazırlaşdığını açıqlamışdı.

Amma belə görünür, hətta Milli Məclis səviyyəsində müzakirələr də adıçəkilən ASC-nin öz fəaliyyətində müsbət dönüş yaratmasına gətirib çıxarmayıb. “Azəristilik” hələ də “korrupsiya tavasında” YANAN MİLYONLARLA MANAT sayəsində DONAN MİNLƏRLƏ AİLƏ-nin narazılıq və şikayətlərinin əsas ünvanlarından biri olaraq qalır

Previous Post

Daha bir dövlət qurumunda nəhəng korrupsiya şübhəsi — 35-40 milyon manatlıq müəmma

Next Post

Əli Həsənov: “Azərbaycan regionun mərkəzi ölkəsinə çevrilib”

Bənzər yazılar

Tramp Amerika şirkətlərinə tətbiq edilən cərimələrə görə Aİ-ni rüsumlarla hədələyib

Tramp Amerika şirkətlərinə tətbiq edilən cərimələrə görə Aİ-ni rüsumlarla hədələyib

24 İyul 2026 - 23:01

ABŞ Prezidenti Donald Tramp Amerika texnologiya şirkətlərinə tətbiq edilən böyük cərimələrdən sonra Vaşinqtonun Avropa İttifaqının (Aİ) siyasəti ilə bağlı araşdırmaya...

ABŞ Oman dənizində LPG tankerinə zərbə endirib, iki nəfər ölüb

ABŞ Oman dənizində LPG tankerinə zərbə endirib, iki nəfər ölüb

24 İyul 2026 - 22:57

ABŞ ordusu Oman dənizi istiqamətindən bölgəyə daxil olmaq istəyən mayeləşdirilmiş neft qazı (LPG) daşıyan tankerə zərbə endirib. Elchi.az bu barədə...

BCM-in prokuroru Kərim Xan vəzifədən kənarlaşdırılıb

BCM-in prokuroru Kərim Xan vəzifədən kənarlaşdırılıb

24 İyul 2026 - 22:55

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) iştirakçı dövlətlərinin assambleyası prokuror Kərim Xanın tutduğu vəzifədən kənarlaşdırılmasına səs verib. Elchi.az xəbər verir ki, bu...

Hakan Fidan ukraynalı həmkarı ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib

Hakan Fidan ukraynalı həmkarı ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib

24 İyul 2026 - 21:54

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə telefon danışığı aparıb. Elchi.az xəbər verir ki,...

Next Post

Əli Həsənov: "Azərbaycan regionun mərkəzi ölkəsinə çevrilib"

Əli Həsənov: "Azərbaycan regionun mərkəzi ölkəsinə çevrilib"

Son xəbərlər

Tramp Amerika şirkətlərinə tətbiq edilən cərimələrə görə Aİ-ni rüsumlarla hədələyib

Tramp Amerika şirkətlərinə tətbiq edilən cərimələrə görə Aİ-ni rüsumlarla hədələyib

24 İyul 2026 - 23:01
ABŞ Oman dənizində LPG tankerinə zərbə endirib, iki nəfər ölüb

ABŞ Oman dənizində LPG tankerinə zərbə endirib, iki nəfər ölüb

24 İyul 2026 - 22:57
BCM-in prokuroru Kərim Xan vəzifədən kənarlaşdırılıb

BCM-in prokuroru Kərim Xan vəzifədən kənarlaşdırılıb

24 İyul 2026 - 22:55
Latviya Rusiyaya etiraz notası təqdim edib

Latviya Rusiyaya etiraz notası təqdim edib

24 İyul 2026 - 21:55
Hakan Fidan ukraynalı həmkarı ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib

Hakan Fidan ukraynalı həmkarı ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib

24 İyul 2026 - 21:54
Gürcüstanda genişmiqyaslı elektrik qəzasının səbəbləri araşdırılır

Gürcüstanda genişmiqyaslı elektrik qəzasının səbəbləri araşdırılır

24 İyul 2026 - 21:52
WSJ: Küveyt və Bəhreyn iyulda İrana gizli şəkildə zərbələr endirib

WSJ: Küveyt və Bəhreyn iyulda İrana gizli şəkildə zərbələr endirib

24 İyul 2026 - 21:49
Zelenski: Ukrayna PUA-larının uçuş məsafəsini 10 min kilometrə qədər artırmağı planlaşdırır

Zelenski: Ukrayna PUA-larının uçuş məsafəsini 10 min kilometrə qədər artırmağı planlaşdırır

24 İyul 2026 - 21:25
Xəzər rayonunda son istifadə tarixi dəyişdirilmiş 49 mindən çox içki məhsulu müsadirə olunub

Xəzər rayonunda son istifadə tarixi dəyişdirilmiş 49 mindən çox içki məhsulu müsadirə olunub

24 İyul 2026 - 21:13
“Biləcəri” dairəsində yanğınla bağlı nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub

“Biləcəri” dairəsində yanğınla bağlı nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub

24 İyul 2026 - 21:12
Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib

Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib

24 İyul 2026 - 21:08
Meşələrdə yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət…

Meşələrdə yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət…

24 İyul 2026 - 19:29
İqlim danışıqçılarının üçüncü Şamaxı qeyri-rəsmi toplantısı keçirilib

İqlim danışıqçılarının üçüncü Şamaxı qeyri-rəsmi toplantısı keçirilib

24 İyul 2026 - 19:14
Nazirlik gözlənilən isti, quraq və küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi

Nazirlik gözlənilən isti, quraq və küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi

24 İyul 2026 - 19:05
PA Vətəndaş Qəbulu Mərkəzində avqust ayında vətəndaşların qəbulu CƏDVƏLİ

PA Vətəndaş Qəbulu Mərkəzində avqust ayında vətəndaşların qəbulu CƏDVƏLİ

24 İyul 2026 - 18:52
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.