"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Daha bir dövlət qurumu ilə bağlı xəbər yayıldı — Natiq Əliyevin də nazirliyi də ləğv edilir

13 Fevral 2015 - 04:33
in GÜNDƏM
FacebookVatsap

natiq-eliy-Son vaxtlar bəzi qurumların ləğvi və yeni səlahiyyət bölgüsü istiqamətində atılan islahat xarakterli addımlar, xüsusilə Dövlət Torpaq və Xərtəçəkmə Komitəsinin ləğv edilməsi ilə bağlı imzalanan sərəncam geniş müzakirə olunur. Bunlar cəmiyyətdə müsbət addımlar olaraq dəyərləndirilir.

Bunu da oxuyun

Əminə Ərdoğan Birinci vitse-prezident Mehriban Əliyevaya zəng edib

ABŞ Prezidenti İranla münaqişənin tezliklə bitəcəyini bildirib

Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib

Bununla bağlı açıqlama verən bir çox ekspertlər eyni funksiyalı nazirliklərin birləşdirilməsi məsələsini qaldırıblar. Onların fikrincə, Azərbaycanın korrupsiyaya qarşı mübarizə strategiyası hazırlanıb. Sənəddə 8 istiqamət üzrə islahatların aparılması təklif olunur. Bunlardan biri də struktur islahatlarıdır. Bu islahatlar birmənalı şəkildə dövlət qurumlarının idarəetmədə çevikliyinin artırılması, bir neçə qurumun birləşdirilməsi, hətta yeni qurumların, agentliklərin yaradılmasını ehtiva edir.
Ekspertlər hesab edir ki, ilkin olaraq struktur dəyişikliyi su sektorunda reallaşdırılmalıdır. Çünki içməli və meliorasiya sularının vahid mərkəzdə birləşdirilməsi daha məqsədəuyğundur. Bu sektorda çalışan qurumların birləşdirilərək vahid mərkəz yaradılması mümkündür.
Ekspertlər həmçinin bildirirlər ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanındakı Antiinhisar və istehlakçıların hüquqlarının müdafiəsi komitəsi xidmətinin nazirlikdən ayrılaraq müstəqil agentlik kimi fəaliyyət göstərməsi daha səmərəli olardı. Çünki indiki vəziyyətdə iqtisadiyyatda rəqabət tələb olunur.
Ümumiyyətlə isə, mütəxəssislər belə düşünürlər ki, struktur islahatları yalnız dövlət qurumlarının birləşdirilməsi deyil, eyni zamanda yeni qurumların yaradılmasını özündə ehtiva etməlidir. Bunlar isə idarəetməni daha da asanlaşdırar və dövlət büdcəsindən bu istiqamətə ayrılan vəsaitlərin azalmasına gətirib çıxarar, qənaətin səmərəliliyinin yüksəldilməsinə xidmət edərdi.
Bu arada əldə etdiyimiz ilginc bir məlumata görə, yaxın vaxtlarda Natiq Əliyevin rəhbərlik etdiyi Energetika Nazirliyinin də ləğvi nəzərdə tutulub. İddia edilir ki, bu nazirliyin funksiyalarının bir qisminin Şahin Mustafayevin rəhbərlik etdiyi İqtisadiyyat və Sənaye nazirliyinə, digər səlahiyyətlərinin isə Rövnəq Abdullayevin rəhbəri olduğu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) verilməsi gözləniləndir.
Xatırladaq ki, Natiq Əliyevin nazirliyi yanacaq-energetika sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Bu nazirlik Azərbaycan Respublikasının Prezidentinin 22 oktyabr 2013-cü il 3 saylı Sərəncamı ilə yaradılmışdır. Daha doğrusu, həmin vaxt Natiq Əliyevin rəhbərlik etdiyi nazirliyin səlahiyyətlərinin önəmli bir hissəsi Şahin Mustafayevin nazirliyinə verilmiş, nəticədə o vaxtadək Sənaye və Energetika Nazirliyi adlanan qurum yalnız energetika sahəsinə məsul olan dövlət orqanı funksiyasını yerinə yetirməyə başlamışdır.
O da maraqlıdır ki, Natiq Əliyevin nazirliyinin ləğv edildikdən sonra səlahiyyətlərinin veriləcəyi qurumların rəhbərləri ilə energetika naziri arasında soyuq münasibət var. Xüsusilə N. Əliyevin ARDNŞ prezidenti Rövnəq Abdullayevlə ixtilaf yaşadığına dair informasiyalar mövcuddur. Bu ixtilaf Abdullayev bir müddət əvvəl ARDNŞ-ə məxsus torpaqların N. Əliyev bu quruma rəhbərlik edərkən satıldığı yönündə açıqlama verərkən, energetika naziri də həmin açıqlamanı sərt dillə yalanlayarkən bütün çılpaqlığı ilə ortaya çıxmışdı.
Onu da deyək ki, hələ ötən ilin payızında Natiq Əliyevin postuna təhlükə yarandığına dair ehtimallar ortaya çıxmışdı. Xatırladaq ki, o vaxt (18 noyabr, 2015) parlamentin iclasında 2015-ci ilin dövlət büdcəsi layihəsi ilə bağlı müzakirələr zamanı deputat Əli Məsimli Azərbaycanda qazlaşmanın zəif getdiyini demişdi: «Onu sürətləndirmək lazımdır. Digər tərəfdən bank faizləri aşağı salınmalı, kənd yollarının çəkilməsi prosesi sürətləndirilməli və regionların su təchizatı yaxşılaşdırılmalıdır. 2009-2013-cü illərin proqramı üzrə büdcədən 620 milyon manat pul ayrılıb ki, regionalarda qazlaşma prosesi getsin. Amma Şəkidə bu proqram üzrə 56 kənddən yalnız 17-si, yəni 30 faizi qazlaşdırılıb. Buna ekoloji və sosial yanaşmaq lazımdır. Buna Energetika Nazirliyi, «Azəriqaz» və digər qurumlar məsuliyyət daşıyır. Ona görə də bu qurumlara müraciət edirəm ki, dövlət qazlaşmaya pul ayırırsa, bu reallaşmalıdır. Niyə indiyə qədər həmin kəndlərə qaz çəkilməyib? Bu istiqamətə ayrılan vəsaitlər hara xərclənib? Buna görə də əlavə arayışların verilməsini daha məqsədəuyğun hesab edirəm. Hesablama Palatası yaxşı olar ki, bizim qaldırdığımız məsələyə diqqəti artırsın və bu istiqamətdə araşdırma aparsın».
O vaxt KİV yazırdı ki, parlamentdə iqtidara yaxınlığı ilə bilinən millət vəkilinin dilindən Natiq Əliyevin nazirliyinin belə sərt şəkildə tənqid olunması təsadüfi sayılmır. Hesab edilir ki, bu, energetika nazirinin «vurulması» yönündə ilk xəbərdarlıq kimi də qəbul oluna bilər.
İndi Energetika Nazirliyinin ləğv ediləcəyi yönündə informasiyanın yayılması həmin vaxtkı təxminlərin heç də əsassız olmadığını göstərir.
 \ unikal.org \

Previous Post

Daha bir dövlət qurumu ilə bağlı xəbər yayıldı — Natiq Əliyevin də nazirliyi də ləğv edilir

Next Post

Dövlətin investisiya layihələri kimlərin marağına xidmət edir?

Bənzər yazılar

Özbəkistan Prezidenti Mehriban Əliyevanı təbrik etdi

Əminə Ərdoğan Birinci vitse-prezident Mehriban Əliyevaya zəng edib

26 Avqust 2026 - 18:46

Avqustun 26-da Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya zəng edib. Elchi.az xəbər verir ki,...

ABŞ Prezidenti İranla münaqişənin tezliklə bitəcəyini bildirib

ABŞ Prezidenti İranla münaqişənin tezliklə bitəcəyini bildirib

26 Avqust 2026 - 17:56

ABŞ və İran arasında müharibə "olduqca tezliklə" başa çatacaq. Elchi.az xəbər verir ki, bu barədə Amerikanın Prezidenti Donald Tramp "The...

Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib

Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib

26 Avqust 2026 - 17:15

Avqustun 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Bakının Nəsimi...

İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident İlham Əliyev “Sabah” futbol klubunu təbrik edib

26 Avqust 2026 - 11:05

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə əldə etməsi münasibətilə paylaşım edilib....

Next Post

Dövlətin investisiya layihələri kimlərin marağına xidmət edir?

Dövlətin investisiya layihələri kimlərin marağına xidmət edir?

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Azərbaycanda yeni sanitariya norma və qaydaları təsdiq edilib

Azərbaycanda yeni sanitariya norma və qaydaları təsdiq edilib

26 Avqust 2026 - 23:15
Qazaxıstan və Sinqapur Orta Dəhliz çərçivəsində əməkdaşlıq edəcək

Qazaxıstan və Sinqapur Orta Dəhliz çərçivəsində əməkdaşlıq edəcək

26 Avqust 2026 - 23:12
Qətərin Baş naziri sabah İrana səfər edəcək

Qətərin Baş naziri sabah İrana səfər edəcək

26 Avqust 2026 - 23:09
Sahibə Qafarova Serbiyaya səfər edəcək

Sahibə Qafarova Serbiyaya səfər edəcək

26 Avqust 2026 - 22:52
Fidan YPG-nin ləğvinin Suriyada kürd-ərəb qardaşlığını gücləndirəcəyini bildirib

Fidan YPG-nin ləğvinin Suriyada kürd-ərəb qardaşlığını gücləndirəcəyini bildirib

26 Avqust 2026 - 22:50
Azərbaycanda 2389 məscid var

Azərbaycanda 2389 məscid var

26 Avqust 2026 - 22:35
Sabah Bakıda 31 dərəcə isti olacaq, rayonlarda leysan yağacaq

Sabah Bakıda 31 dərəcə isti olacaq, rayonlarda leysan yağacaq

26 Avqust 2026 - 22:33
Əraqçi BMT-ni ABŞ-nin sanksiyalarını pisləməyə çağırıb

Əraqçi BMT-ni ABŞ-nin sanksiyalarını pisləməyə çağırıb

26 Avqust 2026 - 22:31
Heydər Əliyev Fondu qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirib

Heydər Əliyev Fondu qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirib

26 Avqust 2026 - 20:19
Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsinə başlanılır

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsinə başlanılır

26 Avqust 2026 - 20:18
Cəlilabadda zəlzələ baş verib

Cəlilabadda zəlzələ baş verib

26 Avqust 2026 - 20:15
Bakıda 53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

Bakıda 53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

26 Avqust 2026 - 20:13
Tibetdə sel zamanı 3 nəfər ölüb, 260-dan çox insan itkin düşüb

Tibetdə sel zamanı 3 nəfər ölüb, 260-dan çox insan itkin düşüb

26 Avqust 2026 - 20:11
53 nömrəli marşrutun istiqaməti dəyişib

53 nömrəli marşrutun istiqaməti dəyişib

26 Avqust 2026 - 19:29
Tayvanda 5,1 bal gücündə zəlzələ qeydə alındı

Cəlilabadda zəlzələ olub

26 Avqust 2026 - 19:16
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.