"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Dərmanlar sürətlə bahalaşır

06 Fevral 2017 - 09:23
in aktual-banner, Banner, Cebhe-banner, MANŞET, SOSİAL
FacebookVatsap

Bunu da oxuyun

Tramp: İranla müharibə çox tezliklə bitəcək

Cey Di Vens məxfi sənədlər əsasında UNO-ları araşdıracaq

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Dərmanlar ərzaqdan da sürətlə bahalaşır - əməkdaşımızın paytaxt apteklərindən qeydləriAlıcılar giley edir, satıcılar “bizdən asılı deyil” deyirlər, həkim ekspert isə çıxış yolunu göstərir…

Dolların rəsmi məzənnəsinin gündən-günə artması bütün sahələrdə bahalaşmaya səbəb olduğu kimi, əczaçılıqdan da yan keçməyib. Hazırda apteklərdə dərmanların qiyməti durmadan artıq. Paytaxtın mərkəzində fəaliyyət göstərən bir neçə aptekdə apardığımız müşahidələr də göstərdi ki, qiymətlər günbəgün artır. “Yeni Müsavat”ın müxbiri həmçinin hazırda Azərbaycanın dərman bazarındakı durumla bağlı satıcılar və alıcılarla həmsöhbət olub. 
Paytaxtın mərkəzindəki apteklərin demək olar ki, hamısında kifayət qədər alıcılara rast gəlmək mümkündür. Mövsümi xəstəliklərin yayılması, eyni zamanda dərmanların satışında yaranan problemlər, bəzi dərmanların tapılmaması, habelə daha ucuz almaq istəyi insanların aptek-aptek dolaşmasına səbəb olub. 
İlk növbədə “Avropmed” şirkətinin əsas mərkəzi apteklərindən birinə baş çəkdik. İçəridə təxminən 10 nəfərdən çox alıcı vardı. Söhbət etdiyimiz alıcıların demək olar ki, hamısı qiymətlərin həddindən artıq yüksək olmasından şikayətləndi.
Uşağına dərman almağa gələn Kərim adlı şəxs qiymətlərin bir ay öncəsi ilə müqayisədə çox fərqləndiyini dedi: “Həkim uşağın dişi üçün maz yazıb. 5 ml həcmi olan kiçik maza 8 manat verdim. Uşaq dərisi üçün müalicəvi kremi hər zaman 7 manata alırdım, indi 10 manatdır. Ən sadə vasitələrin – spirtin, yodun, vazelinin belə qiyməti bahalaşıb. Əgər bunlar ölkədə istehsal olunursa, niyə qiyməti artır?”
Aptekdə satıcı işləyən Namiq Kərimov da dərmanların gündən-günə bahalaşdığını etiraf etdi: “Bildiyiniz kimi, dərmanların 90 faizi xaricdən gətirilir. Azərbaycanda yalnız bəzi dərmanlar və tibbi vasitələr və bitki çayları istehsal olunur. Ən çox 3 ölkədən dərman idxalı həyata keçirilir: Almaniya, Polşa və Hindistan. Almaniya dərmanları keyfiyyətli olsa da, çox bahadır. Keyfiyyətinə görə isə digərlərindən yaxşıdır. Keyfiyyətcə ən zəifi Hindistan dərmanlarıdır. Ancaq alıcıların maddi durumuna görə bunları da idxal edirlər ki, Avropa dərmanına imkanı çatmayanlar ala bilsin. Avro və dollar bahalaşdıqca qiymətlər də qalxır. Bütün apteklərdə qiymətlər mərkəzdən tənzimləndiyi üçün onların dediyi qiymətlərlə işləyirik”.
Satıcı bu vəziyyətdən yeganə çıxış yolu kimi, ölkədə əczaçılıq şirkətlərinin sayının artmasını göstərdi: “Bu məsələdə bizim əlimizdən heç nə gəlmir. Dərman hansı qiymətə gəlirsə, biz də üzərinə 10-20 qəpik əlavə edib satırıq. Yaxşı olar ki, ölkədə dərman istehsalı olsun. Yerli şirkətlər yaransa, dərmanlar nisbətən ucuz başa gələr”.
Evdə xəstə valideynlərinin olduğunu deyən başqa bir alıcı isə dərmanların son günlər 20 faiz bahalaşdığını bildirdi: “Mən uzun illərdir valideynlərimə görə apteklərdən asılıyam, hər ay dərman alıram. Heç vaxt indiki kimi bahalaşma olmamışdı. Adicə analgin iynəsi 1 manatdan aşağı idi, indi 2.50 manat olub. Uşaqlara aldığım ”Suprastin”, “Ketotifen”, “Pulmokson”, “Nurofen” hamısı bahalaşıb. 4 manata satılan dərmanlar 5-6 manat olub”.
Baş çəkdiyimiz başqa bir aptekdə isə dərmanların keyfiyyəti ilə maraqlandıq. Satıcılar bildirdilər ki, bahalaşmadan sonra daha çox keyfiyyətsiz dərmanlar apteklərə ayaq açıb. Bəzi dərmanlar var ki, alıcılar istifadə edir, sonra gəlib bizə heç bir nəticənin olmaması ilə bağlı şikayətlənirlər. Ancaq dərmanın keyfiyyətinə biz nəzarət etmirik. Ölkəyə buraxılan bütün dərmanlar yoxlanılır. Ancaq bu yoxlamanın nə dərəcədə ciddi aparıldığını biz deyə bilmərik. Bu cəmiyyətə açıq olmayan bir prosesdir”.
Image result for Seyfəddi Əsəd
Tanınmış həkim Seyfəddin Əsəd də “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, yalnız Azərbaycanda yeni əczaçılıq şirkətlərinin yaradılması bu sahədəki problemləri həll edə bilər: “Əgər ölkədə yeni dərman şirkətləri yaradılsa, keyfiyyətli dərman istehsal olunsa, bu əhalinin əczaçılıq məhsulları ilə təminatı baxımından müsbət rol oynayar. O zaman dərmanlar  daha ucuz və əlçatan olar. Bu şirkətlər nə qədər çox olsa, daha yaxşı olar, həm də rəqabət yaranar. Dərman sahəsində idxaldan asılılıq yaxşı hal deyil. Çünki əgər idxal prosesi dayansa, əhali üçün çətinlik yarana bilər. Bu mənada yerli istehsala üstünlük vermək lazımdır”.
Previous Post

Dərmanlar sürətlə bahalaşır

Next Post

Gündəmdə olmaq və gündə dəm olmaq

Bənzər yazılar

Tramp: İranla müharibə çox tezliklə bitəcək

Tramp: İranla müharibə çox tezliklə bitəcək

30 Oktyabr 2026 - 16:28

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin, onun hansı yolla yekunlaşmasından asılı olmayaraq, yaxın vaxtlarda başa çatacağı barədə fikrini bildirib. Elchi.az...

Cey Di Vens məxfi sənədlər əsasında UNO-ları araşdıracaq

Cey Di Vens məxfi sənədlər əsasında UNO-ları araşdıracaq

30 Oktyabr 2026 - 12:12

ABŞ-ın vitse-prezidenti Cey Di Vens məxfi dövlət məlumatlarına çıxış imkanından istifadə edərək UNO və fövqəltəbii hadisələr haqqında materialları öyrənmək niyyətindədir....

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

29 Oktyabr 2026 - 20:21

Yasamal rayonunda yerləşən orta məktəbdə "Real Təhlil və İnformasiya Mərkəzi"nin əməkdaşlarına qarşı törədilən xuliqanlıq əməlləri ilə bağlı cinayət işi başlanılıb....

Nyu-Yorkda uşaqlar üçün romantik süni intellekt botları məhdudlaşdırıldı

Nyu-Yorkda uşaqlar üçün romantik süni intellekt botları məhdudlaşdırıldı

29 Oktyabr 2026 - 16:46

Nyu-Yorkda uşaqlarla dostluq və romantik münasibətləri imitasiya edən çat-botların istifadəsi məhdudlaşdırılıb. Elchi.az xəbər verir ki, bu barədə ştat qubernatorunun saytında...

Next Post

Gündəmdə olmaq və gündə dəm olmaq

Gündəmdə olmaq və gündə dəm olmaq

Son xəbərlər

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

30 Oktyabr 2026 - 23:33
Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a məğlub olub

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a məğlub olub

30 Oktyabr 2026 - 21:13
“Gem No. 2” tankerindən neft sızması dayandırılıb

“Gem No. 2” tankerindən neft sızması dayandırılıb

30 Oktyabr 2026 - 21:11
“Yəmən şəfəqi” əməliyyatı çərçivəsində husilərə 1087 zərbə endirilib

“Yəmən şəfəqi” əməliyyatı çərçivəsində husilərə 1087 zərbə endirilib

30 Oktyabr 2026 - 20:29
G20 ölkələrinin XİN rəhbərləri Rusiyaya görə birgə foto çəkdirməkdən imtina ediblər

G20 ölkələrinin XİN rəhbərləri Rusiyaya görə birgə foto çəkdirməkdən imtina ediblər

30 Oktyabr 2026 - 20:26
Suriyada mina partlayışları nəticəsində ölənlər və yaralananlar var

Suriyada mina partlayışları nəticəsində ölənlər və yaralananlar var

30 Oktyabr 2026 - 20:24
Avropa Komissiyası Ukraynaya 45 milyard avro kredit ayrılmasını təklif edib

Avropa Komissiyası Ukraynaya 45 milyard avro kredit ayrılmasını təklif edib

30 Oktyabr 2026 - 20:22
YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair geniş müşavirə keçirildi

YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair geniş müşavirə keçirildi

30 Oktyabr 2026 - 19:28
İspaniya millisi Bakıda dünya çempionu oldu

İspaniya millisi Bakıda dünya çempionu oldu

30 Oktyabr 2026 - 19:20
“Böyük Dəbilqə”: Hidayət Heydərov bürünc medal qazanıb

“Böyük Dəbilqə”: Hidayət Heydərov bürünc medal qazanıb

30 Oktyabr 2026 - 19:11
Əli Əsədov Gürcüstanda hotel açılışında iştirak etdi – FOTO

Əli Əsədov Gürcüstanda hotel açılışında iştirak etdi – FOTO

30 Oktyabr 2026 - 18:59
Bakıda FIFA U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib

Bakıda FIFA U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib

30 Oktyabr 2026 - 18:45
Almaniyada “Z Nəsli”nin kütləvi etiraz aksiyaları gözlənilir

Almaniyada “Z Nəsli”nin kütləvi etiraz aksiyaları gözlənilir

30 Oktyabr 2026 - 18:38
Meyvə və tərəvəzlərin atılan hissələri sağlamlıq üçün faydalı ola bilər – Tədqiqat

Meyvə və tərəvəzlərin atılan hissələri sağlamlıq üçün faydalı ola bilər – Tədqiqat

30 Oktyabr 2026 - 18:26
Sabah Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək

Sabah Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək

30 Oktyabr 2026 - 18:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.