Sarayevoda keçirilən cüdo üzrə Avropa kubokunun sonuncu günündə 4 idmançımız tatami üzərinə çıxıb.
81 kq çəki dərəcəsində Məhərrəm İmamverdiyev finalda Niderland cüdoçusu Koen van Vindeni məğlub edərək qızıl medal qazanıb. Bu çəkidəki digər təmsilçimiz Kərim Allahverdiyev 5-ci yerlə kifayətlənib. 100 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Aslan Mirzəyev bürünc medalçı olub. Ruslan Nəsirli Avropa kubokunu 7-ci sırada tamamlayaraq mükafatçılar sırasına düşə bilməyib. Qeyd edək ki, ötən gün Ruslan Paşayev və İbrahim Əliyev qızıl, Telman Vəliyev gümüş, Kamran Süleymanov isə bürünc medal qazanmışdı. Turniri 6 medalla başa vuran Azərbaycan yığması ölkə sıralamasında yalnız Almaniya millisindən geri qalaraq ikinci olub.
“Qarabağ” və “Neftçi” cərimə edildi
Azərbaycan Premyer Liqasının VIII turunda baş verən qayda pozuntularına görə bir sıra klublara və futbol rəsmilərinə qarşı intizam tədbirləri görülüb....





















Son şərhlər