COVID19 virusundan dünya üzrə ölüm hallarının statistikası məlum olub.
Elchi.az xəbər verir ki, bu barədə ÜST-nin statistikasında qeyd olunub.
Son statistikaya görə, COVID19-dan dünya üzrə 7 milyondan çox ölüm halı baş verib. Bu ölüm halları 231 ölkədən ÜST-na bildirilən rəqəmlərdir.
Ayrı-ayrı ölkələr üzrə statistika belədir:
ABŞ – 1.2 milyon;
Braziliya – 704 min;
Hindistan – 534 min;
Rusiya – 404 min;
Meksika – 335 min;
Türkiyə – 101 min;
Gürcüstan – 17.2 min;
Azərbaycan – 10.4 min.
Qeyd edək ki, bu son statistika 7 dekabr 2025-ci ilə qədərki rəqəmləri əks etdirir. Ən son statistika yanvarın 6-da yeniləcək.





















